%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-04-15-%d0%b2-17-22-33
 Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan hüquq professoru Elşad Abdullayev 13 oktyabr 2003-cü il tarixindən – yəni 13 il əvvəl, bu gün Akif Çovdarovun “MTN İşi” generalları tərəfindən ogurlanmış qardaşı Mahir Abdullayevlə bağlı hazıra qədər çoxsaylı müraciət yayıb. Avropaninsesi.com saytının elektron poçtuna daxil olan bu günki müraciətində Eşad Abdullayev qardaşının axtarışı üçün köməklik istəyir. Müraciətdə deyilir:

                                                   elshadalawprof@gmail.com

 Hörmətli dostlar və müstəqil mediya nümayəndələri … !!!
 01 may 1962-ci il doğum tarixli Mahir Abdullayevin axtarılıb tapılmasına köməklik edin… !
Bu gün Mahir Abdullayevin ogurlanması cinayətinin 13-cü ili tamam olur… !
Mahir Abdullayev Azərbaycan diktatoru İlham Əliyevin KQB-in (DTX), Polisin, Prokurorlugun, Məhkəmənin, Hərbi və s. Ədliyyə orqanlarının tərkibində yaratdıgı ’’Ölüm eskadronu’’nun generalları ( Akif Çovdarov, Hilal Əsədov, Rəsul Rəsulov və s.) tərəfindən 13 oktyabr 2003-cü il tarixindən məkan-yer etibarı ilə mügənni Mətanət İsgəndərlinin evindən ogurlanıb.
Hamıya bəllidir ki, bu cinayət faktını bir hüquq professoru olaraq bizim tərəfimizdən təzibolunmaz maddi sübutlarla sosial şəbəkələrdə və KİV-də ictimailəşdirilib. Yüzlərlə maddi sübutların olmasına baxmayaraq Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov və Məhkəmə Hakimləri siyasi sifarişlə 13-cü ildir ki, vəzifə mövqeyindən cinayətkarcasına sui-istifadə edərək bilə-bilə cinayəti qəsdlə ört-basdır ediblər.
 04 oktyabr 2012-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokurorlugu yanında Eldar Camalovun rəhbərliyi altında (hazırda, Şəki Şəhər Prokuroru) Müstəqil İstintaq Komissiyası (MİK) yaradıldı. Lakin, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilata himayədarlıq edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təzyiqi üzündən MİK normal fəaliyyət göstərə bilmədi, prokurorluq ortada bu qədər maddi sübutların olmasına baxmayaraq tam gücü ilə cinayəti ört-basdır etməyə cəhd etdi.
Baş Prokurorlugun MİK-in yaradılmasının məqsədi guya Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin ogurlanması cinayətini araşdırıb, cinayətkarı ifşa etmək idi. Lakin, Prokurorlugun əvvəlki istintaq komissiyalarında olduğu kimi, MİK Mahir Abdullayevin bütün dünyaya məlum olan açıq cinayət işini araşdırmaq və günahkarları cəzalandırmaq əvəzinə əvəzinə, bu işin açılmasını istəyənləri, zərərçəkmişin ailə üzvülərini qorxu altında saxlamaqda davam etdi. Günahı olmayan adamların arasında günah keçisi axtarmaga başladı. Məlum cinayətkarlar isə mükafatlandırıldı…
Əgər, vaxtında mənim bir hüquq professoru olaraq MTN İşi’’ cinayətləri haqqında şikayətlərim əsasında obyektiv, tam və hərtərəfli Prokurorluq istintaqı aparılsa idi, bu gün yüzlərlə günahsız MTN əməkdaşları məhkəmə məsuliyyətinə cəlb olunmazlardı, onların ailələri bu faciəni – acını yaşamazdılar.
 MTN işi” haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 17 oktyabr 2015-ci il tarixli Xüsusi Sərəncamı əsasında Baş Prokurorlun Birinci müavini Rüstəm Usubovun rəhbərliyi ilə yaradılan Müstəqi İstintaq Qrupu da əvvəlki MİK-sı kimi hələdə hüquqi aksioma kimi hamıya, orta məktəb şagirdinə belə məlum olan Mahir Abdullayevin ogurlanması cinayətinini qəsdlə ört-basdır etməkdə davam etdi.
Cinayət bəlli, cinayətkar bəlli, lakin,”MTN işi” cinayətində Prokurorluq və Məhkəmə istintaqı yenə də qanun alililiyinin və ölkədə insan hüquqlarının təmin olunmasına deyil, çirkin siyasi sifarişləri yerinə yetirdi.
Əziz dostlar ! Xahiş edirəm ki, oxuyun və paylaşın. Paylaşın ki, Azərbaycan Respublikasnın Baş Prokuroru Zakir Qaralovun Mahir Abdullayevin ogurlanması cinayətndəki şərəfsizlik oyununu ilə bütün Azərbaycan xalqı yaxından tanış ola bilsin … !
Bu fotonu sosial şəbəkələrdə paylaşın! Paylaşın ki, hamı Mahir Abdullayevi tanısın … !

%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f-4-mahir_abdulla

 

Əziz dostlar və KİV-i… ! Kim, Mahir Abdullayev haqqında, onun tapılmasına köməklik edə bilən foto, vidieo və s. maddi sübutları varsa xahiş edirəm mənim ünvanıma göndərəsiniz. Çünki, əvvəlki göndərdiyiniz informasiyalar işimizə yaradı. Öncədən, təşəkkür edirəm, müəlliflərin məxfiliyinə söz verirəm…
Mənimlə əlaqə:
Telefon mob:    +33 651 44 95 04
E-mail :             elshadalawprof@gmail.com
Facebook:
https://www.facebook.com/elshad.abdullayev.378?ref=tn_tnmn
 İmza: hüquq professoru Elşad Abdullayev
Fransa, Paris, 13 oktyabr 2016

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının 19 avqust 2013-cü il tarixli Hesabatının tam mətni:
 
10 ildir açılmayan cinayət və ya Azərbaycan hakimiyyət Mahir Abdullayev ogurlanması cinayətinin açılmasında niyə maraqlı deyil !? – Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin Hesabatı
http://avropaninsesi.com/mahir-abdullayevin-huquqlarini-mudafi%c9%99-ed%c9%99n-komit%c9%99nin-hesabati-abdullayev-cinay%c9%99tind%c9%99-istirak-ed%c9%99n-s%c9%99b%c9%99k%c9%99/
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-ci il, 187 səhifə. – l bölüm – MTN işi
http://avropaninsesi.com/mtn-sussurlugu-451-mtn-zabiti-mahir-abdullayevin-mut%c9%99skkil-cinay%c9%99tkar-t%c9%99skilat-t%c9%99r%c9%99find%c9%99n-ogurlanmasina-dair-cinay%c9%99t-isi-il%c9%99-bagli-ictimai-t%c9%99hqiq/
Mahir Abdullayevin dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmasına dair cinayət işi ilə baglı İctimai Təhqiqqat Komissiyasının Hesabatı (187 səhifə), 1-21-ci hissələr – ll bölüm
 http://avropaninsesi.com/page/2/?s=Hesabat%C4%B1
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – lll bölüm
http://avropaninsesi.com/mtn-sussurlugu-452-mtn-zabiti-mahir-abdullayevin-mut%C9%99skkil-cinay%C9%99tkar-t%C9%99skilat-t%C9%99r%C9%99find%C9%99n-ogurlanmasina-dair-cinay%C9%99t-isi-il%C9%99-bagli-ictimai/
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – lV bölüm
 http://avropaninsesi.com/mtn-sussurlugu-453-mtn-zabiti-mahir-abdullayevin-mut%c9%99skkil-cinay%c9%99tkar-t%c9%99skilat-t%c9%99r%c9%99find%c9%99n-ogurlanmasina-dair-cinay%c9%99t-isi-il%c9%99-bagli-ictimai-t/
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının 19 avqust 2013-cü il tarixli Hesabatı, Bakı, 19 avqust 2013-cü il, Son bölüm -MTN İşi
http://avropaninsesi.com/mtn-sussurlugu-454-mtn-zabiti-mahir-abdullayevin-mut%C9%99skkil-cinay%C9%99tkar-t%C9%99skilat-t%C9%99r%C9%99find%C9%99n-ogurlanmasina-dair-cinay%C9%99t-isi-il%C9%99-bagli-ictimai-t/
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – Son bölüm
http://avropaninsesi.com/mtn-sussurlugu-454-mtn-zabiti-mahir-abdullayevin-mut%c9%99skkil-cinay%c9%99tkar-t%c9%99skilat-t%c9%99r%c9%99find%c9%99n-ogurlanmasina-dair-cinay%c9%99t-isi-il%c9%99-bagli-ictimai-t/

 

Print Friendly, PDF & Email