Emin Hüseynov :Azərbaycan hakimiyyəti öz vətəndaşlarına qarşı repressiyalara son qoymalıdır ! 

“Biz Azərbaycanda bloger Mehman Hüseynovun aclıq etməsindən həddindən artıq narahatıq. Onun işini diqqətlə izləyirik və hakimiyyəti onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Həmçinin, bütün digər siyasi məhbusları dərhal azad etməyə çağırırıq”. Bu barədə bazar ertəsi AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennax Avropa Şurasının plenar sessiyasında bildirib.

Elə bu gün AŞPA-nın divarları arasında Şennaxın iştirakı ilə Mehman Hüseynovun işi üzrə dinləmələr keçirilib və iştirakçılar rəsmi Bakını fərqli düşünənlərin təqib edilməsinə, vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə qınayıblar. Onlar hakimiyyəti Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməyə və nəhayət, siyasi məhbuslar problemini həll etməyə çağırıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email