Print Friendly, PDF & Email

 

 

 

 

 

Yeni müsavat qəzetinin “Fikrət Hüseynli həbs olundu, Elşad Abdullayev onu ittiham etdi” adlı  yazısına dair qeydlər :
Fikrət Hüseynli KQB-in pislik üfürən “Pandora qutusu” du (“Həşərat”) – Dosye – KQB-yə iş verən Satqınları üzdən tanıyın.Daha ətraflı: http://avropaninsesi.com/fikr%C9%99t-huseynli-kqb-in-pandora-qutusudu/

Yadda saxlamaq lazımdır ki, birisinə şər-böhtan atan zaman, öncə gərək özün haqqında fikirləşməlisən. Əgər, öz xalqını aldadan, ona yalan informasiyalar verən bir jurnalisti varsa, o, xalqın heç erməni faşistləri kimi düşmənə də ehtiyacı yoxdur…!
Təkrar bildirirəm, mənim Fikrət Hüseynli ilə heç bir ədavətim və iş birliyində olmamışam. Lakin, mən Avropadan sıgınacaq alan gündən, Fikrət Hüseynlini davamlı qarşımda gördüm, Azərbaycanın ərazi bütövlayanə qəsd edən Xüsusi Xidmət Orqanlarının separatçı-terroristlərin sifarişilə mənim əleyhimə Facebook və media üzərindən həqiqətə və boyuna uygun olmayan informasiyalar yayırdı.
 
O, həbs olunandan sonra İndi onun havadarları gizlənib yenə də vicdanlı insanlar onun müdafiəsinə qalxıb, himayədarlarının səsi də çıxmır, çünki, onun cinayət ortaqları olduqları üçün səsləri çıxmır. Avropada hamıya bəllidir ki, Fikirət Hüseynlinin cinayət ortqaları kimdir…
Lakin, Facebok üzərindən aparılan araşdırmalarla müəyyən etmək olar ki, onu bu oyuna salan adamlar sosial şəbəkəklər üzərindən bizi qızışdırılar ki, biz Fikrət Hüseynlinin üstünə gedək (Azərbaycanda KQB-in “Baş cəlladı” kimi tanınan 35 illik staja malik olan keçmiş KQB-DTX-in Mühaüm İşlər üzrə Baş müstəntiqi Ramin Nagıyev…Gizli polisin banda başçıları Akif Çovdarovdan və Hacı Məmmədovdan da Azərbaycan xalqına zərər vurmuş KQB-in qanlı banda başçısı indi Avropada peyda olub Azərbaycan xalqının adınan danışması hamıya gülünc gəlir. Onun KQB-də istintaqını apardıgı adamlarıa verdiyi işgəncədən çıgıran Vətəndaşlarımızın səsi Nərmanov heykəlinin yanında eşidilirdi…). Lakin, mənim kimi Fikrət Hüseynlinin KQB sayagı təhqiqrlərinə məruz qalan Avropa Azərbaycanlılarının Milli Birlik Şurasınin sədri Gabil Rzayevin və Kanada Dostluq Cəmiyyətinin sədri Həsən Səftərovun Fikrət Hüseynilinin həbsdə oldugu müddətdə onun müdafiəsinə qalxmaları təqdirəlayiq hərəkət hesab edirəm.
 
Hər kəsə öz əməllərinə görə qiymət verilir.Bəziləri Azərbaycan Müsqəqil Mediasının Simvolu Araşdırmaçı Jurnalist Əfqan Muxralını Fikrət Hüseynli ilə müqasiyə etmələrini ədalətsizlik hesab edirəm. Mahir Abdullayevin ogurlanması cinayətində dəyərli jurnalist Əfqan Muxtarlının əzmini, jurnalist etikasını və əxlaqını sındıra bilmədilər, pullada satın ala bilmədilər, belə jurnalist Azərbaycanda barmaqla da tapmaq müşkülə çevrilib.. Lakin, mən bu məsələdə Fikrət Hüseynlini xalqın yanında deyil, yerlisi və qohumu Şefi keçmiş MTN-im Birinci müavini Hilal Əsədovun yanında gördüm, bizi Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilata 50 dolara satdı… Belə adama jurnalist deməyə adamın dili də gəlmir. Bu adam həm Azərbaycanda, həm də Avropada jurnalist reketçilikyilə məşgul olub, müxaifətciliyin biznesilə məşguldu. Azərbaycan xalqının tale yüklü həyati problemlərilə alver edirlər. Elə il boyu eşidirik ki, Fikrət Hüseynli pul yıgır və qalmaqal böyüyüb Facebook səhifəsinə və medianın qızgın müzakirə predmetinə çevrilir. Onu bu oyuna salanlar isə pərdəsinin arxasında gizlənmişləri hamı da yaxşı tanıyır. Bunları özlərindən başqa hamı tanıyır…
Tutalım Fikrət Hüseynli Azərbaycandaki avtoritar rejimin teəzyiqlərinə görə yaza bilmirdi, bəs azad medianın oldugu Avropada yasadigi halda Fikrətin bir araşdırmaçı jurnalist kimi analtik xarakterli yazilarini gören olubmu !?
Fikretin insan haqqlari baredə analtik yazilarını görən olubmu !?
Xeyir, hec kəs görə bilməz. Fikrət sadəcə olaraq ona dəstək verdiyi siyasi dairəlerə alternativ müstəqil fikirli müxalifətciləri hədəfə götürüb…Belə addımı yalnız KQB-DTX-in dümokratik qüvvələr içərisində yerləşmiş oldugu radikal qəzetçilər edir. Onlar KQB qarşısında öhdəlik götürdükləri üçün Şeflərindən komanda gələn kimi aktivləşirlər. Onların bu funksiyası Azərbaycan xalqının bütövlüyünün pozulmasına hesablanşəş addımdır. KQB müstəqil fikirli oponentlərinə qarşı radikal müxalifətçi cilidinə girib sistemli və metodlu terror vasitələrindən istifadə edir.Necə İŞİD terror təşkilatı müsəlman bayragına bürünüb müsəlmanları kütləvi sürətdə qətlə yetirirlər.Bu taktika Avropada yaşayan Azərbaycanlıların hamısına bəllidi…
Fikir verin, son president seçkilərində mən şəxsən müxalifətin vahid namizədi Milli Şuranın sədri, müəllim dostum prof.Cəmil Həsənliyə dəstək verdim və KİV-də mənim Bəyənatım yayıldı. Amma, biz başa düşə bilmirik ki, necə olur ki, MŞ-in sədri Cəmil Həsənlinin ətrafınd olanlar mənə dil uzadır ! Onların qarayaxçaları Əliyev rejiminin şər-böhtan kompaniyası ilə eyni məzmunludu.  Ona görə ki, KQB-in müxalifət düşərgəsinə yerləşdirmiş oldugu agentləridi. Mən heç bir baxt görməmişəm ki, həqiqə demokratik fikirli insanlar müstəqil-demokratik fikirli adamlara dil uzatsın. Uzadırsa, bu adam Gizli polislə iş birliyində olanlardı. Azərbaycanda müxalif qüvvələr öz içlərində olan bu qlobal problemi həll edə bilməsələr, hələ bir 25 ildə ölkədə heç bir demkratik dəyişiklər olmayacaq, qulaqlarının dibini görəcəklər. Bunlar elə edəcəklər ki, sonda xalq İlham-Mehriban Əliyevaya min şükür edəcəklər. Onlar Azərbaycan xalqının faciəsi üzərindən KQB ilə iş birliyinə girib xalqa xəyanət mövqeyi tutublar…
Daha ətraflı
http://musavat.com/news/fikret-huseynli-hebs-olundu-elsad-abdullayev-onu-ittiham-etdi_475857.html

Fikrət Hüseynli həbs olundu, Elşad Abdullayev onu ittiham etdi

Eks rektor Fikrət Hüseynlini fırıldaqçı və miqrant alverçisi adlandırıb

Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev jurnalist Fikrət Hüseynlinin həbs olunmasına münasibət bildirib. Eks-rektor Fikrət Hüseynlini fırıldaqçı və miqrant alverçisi adlandırıb. Həmçinin o, “Fikrət Hüseynlini müxalifətçi pərdəsi adı altında Azərbaycanda adam oğurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar şəbəkənin yanında gördük, onun tərəfində oldu” cümləsini yazıb.

Daha sonra sabiq rektor mövqeyini bu cür ifadə edib:“Biz hesab edirdik ki, Fikrət Hüseynli Avropaya mühacirət edəndən sonra Bakıdakı pis vərdişlərindən əl çəkər. Lakin Avropadakı müşahidələrimizdən bizə bəlli oldu ki, o, Bakıdakı pis əməllərindən nəinki əl çəkib, əksinə, daha sosial təhlükəli cinayətlər edir”.

E.Abdullayev həmçinin Fikrət Hüseynlini facebook “pəhləvanı” adlandıraraq, onu ayrı-ayrı adamlara qara yaxmaqda suçlayıb: “… Bu adamdan Avropada azərbaycansayağı sifarişli qarayaxmadan və reketçilikdən başqa heç bir şey görmədim. Hanı Fikrət Hüseynlinin analtik jurnalist araşdırmaları? Birini göstərə bilərmi? Ola bilməz. Adamın başı reketçiliyə və miqrant alverinə qarışıb”.

Keçmiş rektor F.Hüseynliyə qarşı qərəzli münasibət bəsləmədiyini, ümumiyyətlə, bu cür vərdişlərdən uzaq olduğunu yazıb. “Mənim Fikrət Hüseynli ilə heç bir düşmənçiliyim yoxdur, onunla işbirliyində olmamışam, heç bir qərəzli münasibətim yoxdur” deyən E.Abdullayev eyni zamanda Avropa qanunlarına görə, F.Hüseynlinin Azərbaycana ekstradisiya edilə bilməyəcəyini vurğulayıb: “Xatırlatmaq istəyirəm ki, sabah İnterpolun Fikrət Hüseynlini Kiyevdən Azərbaycana göndərməsindən asılı olmayaraq, bizim Fikrət Hüseynliyə münasibətimiz dəyişməz olaraq qalacaqdır. Onun barəsində obyektiv çoxsaylı ifşaedici məqalələr yazmışıq. Bunun da səbəbkarı özüdür, ”KQB”nin Avropaya yerləşdirmiş oldugu xəfiyyədir”.

E.Abdullayev müraciətində həmçinin F.Hüseynli barəsində bəzi iddialar da səsləndirib. Onun dediyinə görə, F.Hüseynlinin adı bir çox cinayət xarakterli qalmaqallarda hallanır. E.Abdullayev iddia edib ki, jurnalist ləğv olunmuş keçmiş MTN nazirinin birinci müavini Hilal Əsədovun mediadakı KQB agenti, yerlisi və qohumudur: “MTN-in pandora qutusu açılsa, onun içərisindən Fikrət hüseynlilər çıxar. Belə adama jurnalist deməyə adamın dili də gəlmir. Bu adam həm Azərbaycanda, həm də Avropada reketçiliklə məşğul olub. Tutalım Fikrət Hüseynli Azərbaycanda təzyiqlərə görə yaza bilmirdi. Bəs Avropada yaşadığı halda, Fikrətin bir jurnalist kimi analitik, araşdırmaçı yazılarını görən olubmu? Fikrətin insan haqları barədə yazılarını görən olubmu? Xeyr, heç kəs görə bilməz. Fikrət, sadəcə, ona və dəstək verdiyi siyasi dairələrə alternativ müxalifətçiləri hədəfə götürüb”.

Image result for Elşad Abdullayev

F.Hüseynli həbsdə olduğu üçün bu iddialara ondan münasibət öyrənə bilmədik. Amma “Yeni Müsavat” xatırladır ki, onlar arasında yaranan gərginlik bir neçə ay öncə F.Hüseynlinin yazdığı bir statusdan sonra daha da alovlanmışdı. Jurnalist iddia etmişdi ki, Fransavf mühacir həyatı yaşayan  E.Abdullayevə verdiyi sığınacaq müddətini uzatmaqdan imtina edib. Onun sözlərinə görə, Fransa hökuməti Elşad Abdullayevə verdiyi 1 illik sığınacaq müddətini uzatmayıb. E.Abdullayev də vəziyyətdən çıxmaq üçün əvvəlcə psixi xəstə adı ilə sığınacaq almağa cəhd göstərib, lakin buna inanmayıblar.

“Ona görə də indi bir sayt açıb və jurnalist kimi özünü fransızlara təqdim edib status almaq istəyir”, – deyə F.Hüseynli keçmiş rektoru saxtakarlıqda ittiham edib.

Elə həmin vaxt E.Abdullayev də bu ittihamın yalan olduğunu, heç nəyə əsaslanmadığını deyərək, F.Hüseynlini reketlikdə ittiham etmişdi.

Bir müddət əvvəl isə Fikrət Hüseynlinin mühacir biznesi ilə məşğul olmasına dair bir sıra səs yazıları, sənədlər və onu ittiham edən şəxslər ortaya çıxmışdılar.

Sevinc TELMANQIZI

 

Hüquq professoru Elşad Abdullayevin Fcaebook səhifəsindən

Ulduz, Paris, 17.10.2017

info@avropaninsesi.com