Print Friendly, PDF & Email

 

 

 

 

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Fransa Suriyada vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.
Azadinform-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.
Fransa XİN rəhbəri “Twitter” sosial şəbəkəsində yazıb ki, Fransa Quta, İdlib və Afrində vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edir.
Qeyd edək ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.