AzEuroNews.com  ► Fransada 10 illik yaşayış icazəsi kartı üçün həm üç illi yaşayış icazəsi olanlar, həm də evlənərək bu ölkəyə köçənlər müraciət edə bilər.

AzEuroNews.com  xəbər verir ki, Fransa vətəndaşı ilə evlənərək “Ailə birləşməsi” proseduru ilə gələn əcnəbilər OFII tərəfindən təsdiq aldıqdan sonra müvəqqəti olaraq onlara 1 illik viza verilir.

Bu müddətin bitməsinə 3 ay qala, evlənərək ölkəyə gələn şəxs iki illik yaşayış icazəsi kartı əldə edir.

Fransada qanuni şəkildə 3 il yaşayan əcnəbilər isə, 10 illik yaşayış icazəsi kartına sahib ola bilərlər. Bunun üçün mövcud yaşayış icazəsi müddətinin bitməsinə 2 ay qalmış 10 illik müddət üçün müraciət edə bilərsiniz.

Fransada da yaşayış icazəsi kartı üçün fransız dili şərtdir. 65 yaşa qədər hər bir şəxs Fransa vətəndaşı ilə evlənən  zaman, A2 səviyyəsində fransız dili bilməlidir.

10 illik yaşayış icazəsi kartı üçün müraciət edən hər bir şəxs 269 avro məbləğində dövlət rüsumu ödəməlidir.

 

Print Friendly, PDF & Email