Bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində bildirib.

“Mayın 11-dən etibarən biz yeni mərhələyə qədəm qoyacağıq”, – ölkə prezidenti deyib.

E.Makron bildirib ki, həmin gündən etibarən ölkə ərazisindəki orta məktəblər, uşaq bağçaları qapılarını açacaq. Lakin restoranlar, kafelər, teatrlar, kinoteatrlar, muzeylər, sərgilər və digər mədəniyyət ocağları iyulun ortalarına qədər bağlı qalacaq.

E.Makronun sözlərinə görə, yeni qərara qədər ölkənin sərhədləri də bağlı saxlanılacaq.

Xatırladaq ki, Fransada koronavirusun yayılmasının qarşısının alınması üçün karantin rejimi martın 17-də tətbiq edilib və ölkədə vətəndaşların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Həmin gündən ölkə əhalisi istisna hallarda evdən çölə çıxa bilir.

Bu günə qədər Fransada 14 967 nəfər koronavirusun qurbanı olub.

 

euronews.com

 

Print Friendly, PDF & Email