Print Friendly, PDF & Email

Fransa Prezidenti Fransua Olland bəyan edib ki, ölkəsi 2020-ci ildən yoxsul ölkələrin inkişafı üçün dövlət yardımından 4 milyard avro ayıracaq. Modern.az bildirir ki,  bu haqda ilkin məlumatı Olland  BMT Baş Assambleyasında qlobal inkişaf üzrə keçirilən sammit zamanı verib.Prezident həmçinin Avropanın ən iri inkişaf bankı yaradılmasının təmin olunması üçün Dövlət Yardım Agentliyinin islahatlar aparmaq qərarına gəldiyini də vurğulayıb.