Print Friendly, PDF & Email

 

 

 

 

 

Fransada mühacir həyatı yaşayan Pərviz Aliyev ölkədə baş verən son hadisələrdən yazdı … Bəziləri bu son hadisələri krimnal hadisə kim qiymətləndirmsi düz deyil, bu hadisələr bir daha təsdq edirki, Azərbaycan Xalqının səbt kasası daşıb, ölkəd baş verən ədalətsizlilərə etria edir.
3 iyulda Azərbaycanın Bakıdan sonra ikinci böyük şəhəri Gəncənin İcra Hakimiyyətinin qəddar despotik başçısı Elmar Vəliyevin  güllələnməsi və eyni zamanda Mingəçevir İES-da partlayışın baş verməsi ölkəmizin necə sürətlə “inkişaf” etdiyini bir daha təsdiq edir.
Ancaq, unutmayın ki hər zülmət gecənin bir işıqlı sabahıda olur. xalqıma səbirsizlik  arzu edirəm ki bir an öncə işıqlı sabahına qovuşa bilsin…

Məlum olduğu kimi ötən gün Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı silahlı hücum edilib, sosial şəbəkələrdə həmin anların videosu yayılıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:

 

Video: Gəncənin icra başçısı Elmar Vəliyevin vurulduğu an
Bəlkə bir az yavaşlayaq çox sürətlə “inkişaf” edirik. Bu sözləri ölkə başçısı İlham Əliyev öz çıxında bildirmişdi.Heç cürə anlamaq olmur ki,bu hakimiyyət necə siyasət yürüdür !?
Keçmiş Socarın əməkdaşı kimi deyə bilərəm ki,ölkəmizdə bu qədər zəngin neft yataqları olduğu halda insanlar aclıq və səfalət içində yaşamamalıdırlar.Socarın bəzi lazımsız layihələrinə və reklama xərclədiyi milyonları Azərbaycan büdcəsinə yatırsalar daha məqsədə uyğun olardı.Ölkədə hər şey Neftə bağlıdı deməli sabah yenə neftin qiyməti kəskin ucuzlaşsa yenədə devolivasiya olacaq adınıda qoyacaqlar ki,qiymət düşdü.iqtisadiyyat deyilən bir şey yoxdu ölkədə.Nə üçün biz təkcə Neftdən asılı olmalıyıq?
Qardaş Türkiyənin nə qazı yoxdu,  nədə ki nefti. Buna baxmayaraq o qədər zavod fabrikləri var ki insanlar yetərincə iş yerləri ilə təmin olunurlar.Rəsmi açıqlamalara görə Azərbaycanda 10 milyona yaxın əhali var, ancaq insanlarımız səfalət içində yaşayır.Minimun əmək haqqı o qədər aşağıdır ki onunla ən yaxşı halda kamunal xərcləri ödəyə bilərsən, əhalinin yarıdan çoxunun Banklara borcu var, kredit faizləri 25, 35% arasıdı. Blelə vəziyyətlə ünyada heç yerdə rastlaşa bilməyəcəyiniz faizlərdi.
Gənclər işsizlikdən və ev ala bilmədiklərindən evlənə bilmirlər.Ölkədə uşaq pulu illərdir ki dondurulub.
Həkimə gedirsən tibbi sığorta yoxdu, pulun var get həkimə,yoxsa ölümə məhkumsan.
Məmurlarımıza rüşvət yetməmiş kimi bütün sahələri də manapoliyalaşdırıblar.İnanın ki,bütün bunları sadalamak mənim üçün heç ürək açan deyil.Ancaq,  təəssüflər olsun ki, bunlar bu gün Azərbaycanımızın acı reallığıdır.
Son illərdə Hakimiyyətin yarıtmaz siyasəti nəticəsində insanlarımız na ümüd vəziyyətdə ölkəni kütləvi şəkildə tərk edirlər.Kimisi evini, kimisi Avtomobilini sataraq ölkədən gedirlər.Cənab Prezident nəyə görə Avropada sığınacaq istəyən ölkələr arasında Azərbaycan vətəndaşları ilk 5 likdə qərar tutmalıdır?
Budurmu sizin “sürətli inkşafın “nəticəsi !?
Pərviz Aliyevin Facebook səhofəsindən, Fransa, Paris,04.07.2018