Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

Fransada mühacir həyatı yaşayan Rşad Qurbanovun fəaliyyətinə görə yaxın qohunu həbs etdilər …

“Yeznə”yə görə daha bir həbs. Redaksiyamıza Şəki şəhər sakini Quliyev İlkin adlı vətəndaşın  “polisin qanuni tələbinə tabe olmamaqda” günahlandırılaraq 30 gün müddətinə inzibati həbs olunması barədə məlumat daxil olub. Onun həbsinin  səbəbi Fransada mühacir həyatı yaşayan qaynı və xalası oğlu Rəşad Qurbanovun xaricdəki fəaliyyəti ilə bağlı olduğu iddia olunub. Qurbanov Rəşad Parisdə keçirilən 2 fevral akiyasında fəallıq edənlərdən olub. Sosial şəbəkədə də aktivliyi ilə seçilir.

 

 

Yaxın qohumunun həbsinə də özünün feysbuk səhifəsində münasibət bildirib.  “Mənim xalam oğlu Quliyev İlkin mənim siyasi faliyyətimə görə Şəki şəhəri polis bölməsinə aparılıb, orada haqqımda sorğu sual ediblər, sonra ondan tələb ediblər ki, İlham Əliyev haqqında yazdığım yazıları, video çəkilişləri silim. Bunun müqabilində onu azad edəcəklərini deyiblər. O, isə  bildirib ki, mən deməklə onsuz da silən deyil. Bundan sonra  iki polis əməkdaşı üzünə duraraq saxta  məhkəmə qarşısına çıxarılıb. Mart ayının 8-də ona 30 sutka həbs verlib. Mən burdan hakimiyyətdəkilərə  səslənirəm ki,  məni susdura bilməyəcəksiniz və belə iyrənc hərəkətlərlə heç bir şey əldə etmək mümkün olmayacaq”,- deyə Rəşad Qurbanov qeyd edib.

Əməkdşımız Şəki şəhər sakini Quliyev İlkinin həqiqətən 30 sutka inzibati həbslə cəzalandırıldığı barədə məlumatın döğruluğunu öyrənib. Eləcə də,  Rəşad Qurbanovun paylaşdığı status və videoların silinməyəcəyi təqdirdə İlkinin uzunmüdətli həbs olunacağı  haqda onun yaxınlarına xəbərdarlıq olduğunu da  bildirilib. İlkinin yaxınları isə  açılama vermək istəməyiblər.

Şəki Rayon Polis Şöbəsindən və Şəki  məhkəməsindən məsələ ilə bağlı hər hansı münasibət öyrənmək mümkün olmayıb.  01 Aprel 2018 02:0

Azadliq.info