Yeni dərs ilindən etibarən Fransada məktəblər uşaqlar üçün üç yaşından məcburi olacaq.

Fransa mətbuat;na istinadən bildirir ki, bu barədə qanun iyul ayında qəbul edilib, ancaq sentyabrın 2-dən qüvvəyə minəcək.

Yeni dərs ilində 3-6 yaş arası 26 min yeni uşaq məktəbə gedəcək.

Bildirilir ki, bu vaxtadək məcburi olmasa belə 3-6 yaşlı fransalı uşaqların 98 faizi məktəbə gedib.

 

 

 

 

Print Friendly, PDF & Email