AzEuroNews.com  ► Fransanın Eson bölgəsindəki Əcnəbilərlə iş üzrə İdarənin 3 əməkdaşı saxta sənədlə əcnəbilərə yaşayış icazəsi verdikləri üçün həbs edilib. AzEuroNews.com xəbər verir ki, saxlanılan idarə əməkdaşları ilkin dindirilmələri zamanı cinayət əməllərini etiraf ediblər.

Onlar polisdəki ifadələrində qeyd ediblər ki, saxta sənədlərlə 10 min manat qarşılığında Afrika ölkələri və Türkiyədən olan əcnəbilərə Fransada yaşamaq icazəsi veriblər.

Hazırda sözügedə idarə saxta yollarla Fransada yaşamaq icazəsi alan şəxslərin işi ilə bağlı araşdırmalara başlayıb. Onların yaşamaq icazələrinin ləğv edilməsi gözlənilir.

 

 

 

 

Print Friendly, PDF & Email