Eynşteyninin dözülməz xarakterinə rəğmən ətrafı geniş idi və başına həmişə maraqlı hadisələr gəlirdi. Bəlkə də çoxu bilmir, amma İsrailin ilk prezidenti Xaim Veytsman dünyasını dəyişəndən sonra Eynşteynə namizədlik təklif olunur. Amma dövlət işində təcrübəsi olmadığı üçün alim təklifdən imtina edir. Hətta bir vaxtlar Sovetlər birliyinin xəfiyyəsi olduğu barədə xəbər yayılır və FBI tərəfindən axtarışa verilir.

Planetin ən ağıllı insanı Albert daim dünyanın diqqət mərkəzində olub. Qalmaqallı fizik yaşasaydı (bu, fantastika olardı), dünən 140 yaşını qeyd edərdi.

Albert heç vaxt şəraitə, hadisələrə boyun əyməzdi. Məsələn, heç vaxt corab geyinmirdi. Hətta rəsmi tədbirlərdə corabdan imtina edirdi.

Eynşteyn qadınları çox sevirdi, maraqlıdır ki, zərif cinsin nümayəndələri də ona eyni məhəbbətlə cavab verirdilər. Məsələn, bir dəfə bir gözəl qadın alimə yaxınlaşıb ona intim münasibət təklif edir: “Təsəvvür edirsiniz, bizim körpəmiz sizin qədər ağıllı, mənim kimi gözəl olacaq. Albert bir az düşündükdən sonra cavab verir: Bəs əksi baş versə, nə edəcəyik?

***

Gənc xanım alimə yaxınlaşıb telefon nömrəsini söyləyir:

-Mənim telefon nömrəm asanlıqla yadınızda qalacaq 36-361-144. Təkrar edin…

-Yadda saxladım, üç dəfə 19,12-nin kvadratı

***

Belçika kraliçasının skripkada mükəmməl ifasını dinləyəndən sonra Eynşteyn – Əlahəzrət, möhtəşəm ifa edirsiniz. Məncə, kraliça peşəsi heç sizə lazım deyil- demişdi.

***

Eynşteynə sual verirlər:

-Zamanla əbədiyyət arasındakı fərqi deyə bilərsiniz?

-Əgər bunu izah etməyə zamanım olsaydı, siz anlayanadək, əbədiyyət keçərdi.

***

Sirr deyil ki, Eynşteyn Çarli Çaplinin sənətinə dərin rəğbət bəsləyirdi. Bir dəfə Çaplinə məktub göndərir.

-Son filminizi izlədim. Düşünürəm ki, obrazınızın xarakteri dünyanın hər bir sakini üçün aydındır. Siz çox böyük insan olacaqsınız.

Çaplin cavab məktubu ilə qarşı tərəfi susdurur:

-Mən sizə daha çox rəğbət bəsləyirəm. Doğrudur nisbilik nəzəriyyənizi heç kim anlamır, amma Siz artıq böyük şəxsiyyətsiniz.

***

Bir dəfə mühazirədə Albertdən soruşurlar:

-Böyük ixtiralarınız necə doğulur?

-Tutaq ki, hər kəs bilir ki, bir şey mümkünsüzdür. Amma həmin kütlənin içərisindən mütləq bunu anlamayan bir cahil çıxıb ixtiraların müəllifinə çevrilir.

***

-Cənab Eynşteyn, mühazirə boyu ən çətin məqam hansı oldu?

-Yatmış auditoriyanı oyatmaq.

***

Eynşteyn küçədə yeni tanışına rast gəlir. Tələsik səslə:

-Axşam mütləq bizə buyurun. Professor Stimson da qonağım olacaq.

-Stimson mənəm axı…

-Nə fərqi var ki? İstənilən halda, gəlin.

***

İsrailin prezidenti Xaym Veytsman deyirdi: “Eynşteyn hər gün yeni nəzəriyyəsini mənimlə bölüşürdü. Günlərin bir günü anladım ki, o nə dediyini nəhayət özü dərk edib”.(publika.az)

 

Print Friendly, PDF & Email