Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

elshadalawprof@gmail.com

Ramiz Mehdiyev və ətrafı özləri qanuna əməl etmədikləri halda,  xalqdan Qanun tələb edə bilməzlər. Bu səbəbdən də ölkədə özbaşnalıq baş alıb gedir…

Bütün Beynəlxalq Təşkilatlara bəllidir ki, Azərbaycanda Qanunun aliliyinin dövlət təminatı yoxdur. Bəllidi ki, bütün despotik diktatura dövlətərində belə olur. Azərbaycan Prezident Admnstarssiyasının rəhbəri Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci ildə anadan olub, Aprelin 17-də Ramiz Mehdiyevin 80 yaşı tamam olur. Əvvəla, pensiya yaş həddi hüquqi-tibbi kriteriya oldugu üçün qanunvericilikdə dəqiq həddi müəyyən edilib. Qüvvədə olan qanunverciliyə görə kimliyindən asılı olmayaraq hər bir şəx 65 yaşında pensiyaya çıxmalıdır.Əgər istefa etmirsə, Azərbaycan Respublikası Konstitussiyasının 148-152-ci maddələrini kobud şkildə pozuldugu üçün avtomatik olaraq Konstitussiyasının 148-ci maddəsi qüvvəyə minir. Bu səbəbdən də Ramiz Ənvər oğlu Mehdiyevin Azərbaycan Prezident Admnstarssiyasının rəhbəri vəzifəsində olması müqəddəs Azərbaycan qanunlarının kobud şəkildə pozulmasıdır, adam ən azından 17 il öncə, yalnız pensiya yaşına görə istefaya getməli idi. Həqiqətəndə çəxışlarından da bəlli olur ki, artıq üzünədə oxuya bilmir…

“Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikası Qanunun kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.

4.1. Yaşa görə əmək pensiyası hüququ

 4.1.1. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

4.1.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

 

Dövr Kişilər üzrə pensiya yaşı Qadınlar üzrə pensiya yaşı
1 iyul 2017 – 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay
1 iyul 2018 – 30 iyun 2019 64 il 61 il
1 iyul 2019 – 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay
1 iyul 2020 – 30 iyun 2021 65 il 62 il
1 iyul 2021 – 30 iyun 2022 65 il 62 il 6 ay
1 iyul 2022 – 30 iyun 2023 65 il 63 il
1 iyul 2023 – 30 iyun 2024 65 il 63 il 6 ay
1 iyul 2024 – 30 iyun 2025 65 il 64 il
1 iyul 2025 – 30 iyun 2026 65 il 64 il 6 ay
1 iyul 2026 və sonra 65 il 65 il
Görünür, İlham Əliyev Qanuna zidd olaraq   bir 7 ildə Ramiz Mehdiyev işləyəcək: 80 yaşlı taqətsiz pensioner “Şöhrət” ordeni ilə təltif edilib.

Dövlət başçısı İlham Əliyev aprelin 16-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.

Aprelin 17-də Ramiz Mehdiyevin 80 yaşı tamam olur.

Novator.az bildirir ki, Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib.

1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən KP MK-nın katibi postlarında çalışıb.

1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən Prezident Administrasiyasının rəhbəridir. Həqiqi dövlət müşaviridir.

 

Elşad Abdullayev, Paris, 17.04.2018

elshadalawprof@gmail.com