Print Friendly, PDF & Email

 

 

 

 

Gürcüstan parlamentinin deputatı, prezidentliyə namizəd Salome Zurabişvili Fransa vətəndaşlığından məhrum edilib. Bu barədə Salome Zurabişvili özü məlumat verib.

O deyib ki, Fransanın Baş naziri və daxili işlər naziri avqustun 23-də onun Fransa vətəndaşlığından məhrum edilməsi barədə əmr imzalayıblar. O, həmin tarixdən Fransa vətəndaşı deyil.

Deputatın sözlərinə görə, mövcud qanunvericiliyə görə, başqa ölkənin vətəndaşı Gürcüstan prezidenti ola bilməz. Ona görə də S.Zurabişvili Fransa hökumətinə müraciət ünvanlayaraq onun Fransa vətəndaşlığından azad edilməsini istəyib.

Qeyd edək ki, Salome Zurabişvili uzun illərdir ikili vətəndaşlığa malik idi.