Dünya Sair və Yazıcılar İttifaqının sədri şair Qaraxan Əkbəroglu (Viyana) Avropaninsesi.com saytına növbəti şeirini göndərdi:

 

 

 

 

 

 

 

 

 

 

 

yagubovg@mail.ru

Hər yolumda bir şeytan tələ qurdu

ALDIM

 

         Böyüdükcə insanlara inandım,

         İnandıqca mən daha çox aldandım.

         Aldandıqca adamları tanıdım,

         Tanıdıqca tək Allahı mən andım.

 

         Tək qaldıqca gecə- gündüz üzüldüm,

         Taleyimə gah acıdım, gah güldüm,

         Heyvanları daha vəfalı bildim,

         Çöldə qalanını evimə aldım.

 

         Çörək verdiklərim üzümə durdu,

         Hər yolumda bir şeytan tələ qurdu,

         Dost sandığım belə arxamdan vurdu,

         Ən böyük zərbəni yaxından aldım.

 

         Əzildikcə mən daha da gücləndim,

         Gücləndikcə nə danışdım, nə dindim,

         Susa- susa alçaqları itirdim,

         Haqqa çox güvəndim, haqq ilə qaldım.

 

         Saxtakarlar məndən aralı qaldı,

         Fələk bəzisinin canını aldı,

         Ətrafımda insanlar lap azaldı,

         Nə günaha batdım, nə qarğış aldım.

 

 

         Qaraxanam, el dərdini çəksəm də,

         Doğmaların iffətini çəksəm də,

         Vətənimdə yüzlərlə ev tiksəm də,

         Özümə qürbətdə mən yuva saldım.

        

        

 

 

 

Print Friendly, PDF & Email