Habil Vəliyev: Sabiq rektorun bu müraciəti KQB bandasına media yardımı edən «Təzadlar» adlı qəzetin baş redaktoru Asif Mərzilini təşvişə salıb – MTN işi

Elşad Abdullayevin müraciəti «Təzadlar» qəzetinin baş redaktorunun yuxusunu ərşə çəkib «Səhərisi günü səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabagında təcili tibbi yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Məni Akif Çovdarovun tapşırıgı ilə Masazırdakı şəxsi həbsxanasına gətirdilər. Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar».

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayevin ölkə rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və KİV-lərə ünvanlanmış yeni müraciətində belə deyilir. Keçmiş ABU rektoru bildirir ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarovun onun qardaşı Mahir Abdullayevə 300 min dollar borcu olub: «Akif Çovdarov məni Azərbaycan Beynəlxalq Universitetindəki «qanun pozuntuları» ilə təhdid etməyə başladı. O məni MTN-in Təhsil Nazirliyindəki «Qara qutusu» İlyar Vahabovun yoxlama protokolları, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin yazdığı yazılarla gecə saat 2-yə qədər təhdid etdi. Məni qorxu və təəccüb bürümüşdü. Akif Çovdarovun şəxsi həbsxanasında hamı qara maskalı və silahlı idi».

Sabiq rektorun bu müraciəti «Təzadlar» adlı qəzetin baş redaktoru Asif Mərzilini təşvişə salıb. Redaktor tez-tələsik rəhbəri olduğu qəzetin saytına müsahibə verib. Redaktor bu məsələdə də «Gündəlik Bakı» qəzetinin bostanına daş atıb. Bizi guya Elşad Abdullayevi müdafiə etməkdə ittiham edib. Ay Asif Mərzili, sənin deyəsən, mətbuatdan həqiqətən də, xəbərin yoxdur. Get «Gündəlik Bakı»nın arxivini aç oxu, bizdən çox Elşad Abdullayevdən tənqid yazan olmayıb. Burda məsələ səndən gedirsə, Elşad Abdullayevin ittihamlarına cavab ver. Bizim adımızı hallandırmaqla diqqət yayındırma. Deyirsən ki, guya «Gündəlik Bakı»da Elşad Abdullayevin külliyatı dərc edilib. Asif Mərzili, sənin rəhbərlik etdiyin saytda keçmiş rektorun son müraciəti yerləşdirilib və altında da öz müsahibəni qoymusan. Deyəsən, sabiq rektorun bu müraciəti səni yaman təlaşa salıb. Nə etdiyini, nə danışdığını da bilmirsən artıq. Bu gedişlə yuxuların da ərşə çəkiləcək. Növbəti saylarımızda bu məsələ ilə bağlı geniş yazı dərc edəcəyik.

«Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev

23.06.2017

 

Daha ətraflı izlə Avropaninsesi.com:  
 Asif Mərzili; Asif Millət oglu Məmmədov; Zümrüd Məmmədova;  “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev;Reket jurnalist; Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənovun arvadı Sonanın uşaqları – reket jurnalistləri; Mətbuat  Şurası: Reket jurnalistlərin qara siyahısı; Arzu Kazımov; Hüseyn Səfərov;  Gülərqeyt Işi; Ramizqeyt;Hacı Məmmədov – Polis İşi; DİN-in Naziri Ramil Usubov Zahid Dünyamalıyev;  Rasim İldrımzadə; Nərimanov Rayon Məhkəməsinin sədr Agababa Babayev;DİN-in Vll İdarəsinin polkovniki Rövşən Abbasquliyev; mügənni Mətanət İsgəndərli;  Fuad Quliyev;  Akif Çovdraov –MTN İşi; Hilal Əsədov; Rəsul Rəsulov; Nazim Lətifov; Fikrt Əliyev; Əli Nagıyev; Təhsil işi-Samir Məmmədov, İlyar Vahabov; Azərbaycan Beynəlxalq Universiteti ; ABU;Mahir Abdullayev; Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin Hesabatı;  AAMBŞ-in İctimai Təhqiqat Komissiyasının Hesabatı; Avropa Məhkəməsi; Interpol; Əfqan Muxtarlı;  Elçin Məmmədli; Vidadi İsgəndərli; Adil İsmayılov; Azad Mürsəliyev; Aslan Ismayılov …
 
 info@avropaninsesi.com

 

Снимок экрана 2016-12-29 в 1.00.11

 

Снимок экрана 2017-04-23 в 14.59.46

 

Снимок экрана 2017-03-19 в 17.42.51

 

Foto: Bəh-bəh! Diqqətli olun, reket jurnalist cinayətkar Asif Mərzili gəlir !!!  Avropada reket jurnalisti cinayətkar, fahişə və tualet tullantısı hesab edilir… Azərbaycanda isə dövlət başçısı Ramiz Mehdiyevin  “Tamamilə Məxfi” mötəbər məclisində direktiv kriminal reket əmrləri alır !!!
– Bu səbəbdən də reket jurnalistlər  Mahir Abdullayevin ogurlanması cinayətini sistemli və metodik şəkildə ört-basdır etməyə cəhd edirlər  !!! Mahir Abdullayevin ogurlanması cinayətini ört-basdır edən jurnalist Azərbaycan kriminal aləmin smvolikası olan qatil və ogru KQB generalı Akif Çovdarov və Polis generalı Hacı Məmmədovdan cəmiyyət üçün daha sosial təhlükəli potensial cinayətkarlardı !!!

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email