Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

elshadalawprof@gmail.com

Hacı Məmmədovun  ölümü intihar deyil, siyasi qətildi :  “Şahid yoxdursa, cinayətdə yoxdur !”
Keçmiş polis zabiti Hacı Məmmədovun  intihar deyil, siyasi qətil və dövət terrorudu. “Şahid yoxdursa, cinayətdə yoxdur” prinsipi, Əliyev despotik dktatorlugu Gizli polisinin fəaliyyət prinsipidi. Bu prinsip “xalqlar atası” Stalinin Sovet xalqıarına qarşı etdyi sovet dövlət terrorunun əsas prinsipi olub.
Əslində, Hacı Məmmədovun rəsmi intiharı Mahir Abdullayevin ogurlanması cinayəti kimi, artıq hamıya bəlli olan yüzlərlə sirli dövləti cinayətlərin ört-basdır edilməsinə hesablanıb.
Bir ölkədəki dövlət Mahir Abdullayevin ogurlanması cinayətinin ifşa edə bilmirsıə, Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkil cinayətkar təşkilata qarşı dura bilmirsə və xalqının yanında dura bilmirsə bu dövlət həqiqətəndə Paris Məhkəməsinin 7 noyabr 2017-ci il tarixli Verdiktinə-Hökmünə görə Azərbaycan Diktatura dövlətidir, İlham Əliyev isə  dünyanın ən qəddar  trian və despotik diktatorudur.
Xatırlatmaq lazımdır ki, Hacı Məmmədovun Polis cinayətləri və Akif Çovdarovun KQB cinayətləri bir medalın iki üzüdür … Fikrimcə, yaxın zamanlarda çoxsyalı məxf sirlərin daşıyıcısı keçmiş MTN işi cinayətlərinin əsas fiqurantı Akif Çovdarovu dan aqibəti də Hacı Məmmədovunki kimi olacaq.
Hacı Məmmədovun intiharı bu günlərdə ölkə gündəmini zəbt edib O, 12 il həbsdə olub .
4 dekabr 2017-ci il tarixində Bakı Şəhər Prokurorluğunda DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mılumatına görə həbsdə olan H.Məmmədov özünü asaraq intihar edib.
Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb.
Açığı, bir hüquq professoru olaraq belə intiharlara inanmıram. Çünki,  Hacı Məmmədov xüsusi rejimli bir nəfərlik həbsxana kamerasında cəza çəkirdi. Belə vəziyyətdə mühafizə çox ciddidir. O, çox ciddi informasiya daşıyıcısı idi, ciddi şahid idi. Bu baxımdan mənə elə gəlir ki, bu cinayət faktında başqa maraqlı şəxslər olub. Hazıra qədər Azərbaycan Məhkəmə orqnları və prokurorluq Hacı Məmmədovun Polisi cinayətlərinin əsas cinayt subyektləri olan cinayətin Başçısını, Rəhbərini, Təşkilatçısını və Himayədarlarını uzun müddət keçməsinə baxmayaraq, hələ də müəyyən edə bilməyib !?
Bütün dünya Hacı Məmmədov cinayətinin əsas subyektlərini tanıyır, məhz onlar Hacı Məmmədovu aradan götürüblər. Çünki, onun ölmünün başlıca səbəblərindən biri də  Hacı Məmmədov hakimiyyəti  şantaj etməsi olub, bu səbəbdən də aradn götürdülər. Yəni, şəhid yoxdursa, cinayətdə yoxdur. Şəxsən bir hüquq professoru olaraq  onun intihar etməsinə inanmıram. Apardıgım kriminal araşdırmalara görə onu yaxından tanıdıgıma görə Hacı Məmmədov öxünü öldürən şəxs deyil. İnsan dəhşətli xəstə ola bilər, ağrılara dözməyərək intihar edə bilər, Hacı Mmmədov üçün bu ehtimallar olduqca azdır. Bu baxımdan hesab edirəm ki, cəmiyyət və dövlətçilik  üçün çox ciddi informasiyaya sahib olan şəxs aradan getdi.
Mən bu işə, dünyanın ən qəddar Azərbaycan despotik diktatorlugunun öz cinayətlərini ört-basdır etmək məqsəilə,  yalnız Hacı Məmmədovun qətlə yetiriməsi kmi deyil, eyni zamanda Azərbaycan xalqının əleyhinə törədilmiş aglasıgmaz xəyanət və agır dövlət terroru kimi baxıram:
Azərbaycan xalqının dövlət hakimiyyətinin bir ovuc qatil tərəfindən  ogurlanması və zəbt olunması cinayəti və  öz xalqına qarşı dövlt terrorunun edilməsi  kimi baxıram :
guya sirr kimi saxlanılan bütün dünyaya bəlli, lakin  açılmayan agır dövləti cinayətlər kimi baxıram; dövlət və elm xadimlərimizin qətlə yetirilməsi kimi baxıram; Akademik Ziya Bünyadovun və akademik Fərəməz Maqsudovun qətlə yetirilməsi kimi baxıram; Akademik Əli İnsanovun saxta ittihamlarla həbs edilməsi kimi baxıram; jurnalistlər Elmar Hüseynovun, Akif Tagının, Rəsul Cəfərovun və s. qətilləri yetirilməsi kimi baxıram; Tiblisdən ogurlanmış Araşdırmaçı Jurnalist Əfqan Muxtarlının saxta ittihamlarla həbs olunması kimi baxıram; Azərbaycanın adını yüksəklərə qaldırmış ikiqat Avropa çempionu Renad Əliyevin Saxta ittihamlarla həbs olunması kimi baxıram; Saxta ittihamlarla həbs olunmuş Siyasi məhbuslar kimi baxıram; Saxta ittihamlarla həbs olunmuş Siyasi girov Mübariz Abdullayev kimi baxıram; Araşdırmaçı Jurnalist Xədicə İsmayılın saxta itihamlarla həbs olunması kimi baxıram; Jurnalist Emin Hüseynovun ölkədən didərgin salınması cinayəti kimi baxıram; Tanınmış Hüquq müdafiəçisi vəkil Aslan Ismayılovu qorxutmaq məqsədilə Banditizm İdraəsində vəhşicəsinə döyülməsi cinayəti kimi baxıram; Hüquq müdafiəçisi Oqtay Gülalıyevin azyaşlı ogluna saxta ittihalarla cinayət işi açılması kimi baxıram; Müstəqil fikirli real müxaliflərə qanunsuz terror kimi baxıram; Real hərəkatının lideri Ilqar Məmmədovun saxta ittihamlarla həbs edilməsi kimi baxıram; Qarabag savaşında canından keçməyə hazır olanların saxta ittihamlarla təqilb olunması kimi; Qarabagda şəhid olmuş əsgərlərimizin intiqamı kimi baxıram ; Azərbaycanın ərazi bütövlüyünə və dövlətçiliyinə xəyanət edilməsi kimi baxıram;
Hüquq professoru Elşad Abdullayev, Fransa, Paris, 11.12.2017