%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-10-18-%d0%b2-17-11-30

 

14732415_977544012372821_3788961348779064563_n-1

 

Tanınmış Hüquq Müdafiəçisi Oktay Gülalıyev  feysbook səhifəsində Siyasi Məhbus Mübariz Abdullayevdən yazdı:
Hakimiyyət, Mahirin ogurlaması cinayətini ifşa etmək əvəzinə ,  ABU rektoru Elşad Abdullayevdən qisas alır, qardaşı oglu Mübarizi  saxta ittihamlarla  3-cü ildir ki, həbsxanada  girov saxlayır …
… Dostlar, siyasi məhbuslar arasında elə şəxslər var ki, ictimaiyyət onları hələ də tam, yaxşı tanımır. Onlardan biri bu gün 50 yaşını həbsxanada “qeyd edən” siyasi girov Mübariz Abdullayevdir. O, fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı oğludur. O, əmisinin yaydığı, hakimiyyəti ifşa edən adam ogurlugu, “mandat alveri” və digər qalmaqallı videolara görə 3 ildən çoxdur ki, şərlənib həbs olunub.
Mübariz Abdullayev 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O 3 ildir ki, həbs olunduqdan sonra dünyaya gələn 3 nəvəsinin hələ üzünü görməyib. Onları bir baba olaraq bağrına basıb nəvaziş göstərə bilməyib.
Hakimiyyət, Mahir Abdullayevin ogurlaması cinayətini ifşa etmək əvəzinə ,  Elşad Abdullayevdən qisasını onun Kürdəmirdə yaşayan sadə, dinc və günahsız kəndli qohumundan çıxır, onu 3-cü ildir ki, həbsxanada  girov saxlayır.
Gəlin, siyasi məhbusları unutmayaq. Şad və dar günlərində onların yanlarında olduğumuzu bir daha bildirək.
Doğum günün mübarək,  Mübariz bəy!  Sizə dözüm, səbr və mübarizə dolu ömür arzulayıram. İnanıram ki, növbəti doğum günlərinizi ailənizlə, nəvələrinizlə bir yerdə keçirəcəksiniz.
Sizin timsalınızda bütün siyasi girovlara və siyasi məhbuslara Azadlıq arzulayıram! Azadlıq sizin haqqınızdır!

 

14716222_977544625706093_3851065417954857650_n

14724593_977544922372730_1722460154932178880_n

 

14720556_977545255706030_8676640485935269783_n

 

Ulduz, 26.10.2016

 

Print Friendly, PDF & Email