Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oktay Gülalıyev  Facebook səhifəsində Azərbaycan Hakimiyyətinin “Humanistləşdirmə” nağılı:  ABU-in sabiq rektoru Elşad Abdullayevin ifşaedici videolarından sonra şərlənərək 10 il müddətə həbs olunan qardaşı oğlu  Qarabag müharibəsi iştirakçısı, Şəhid ailəsi, Çoxuşaqlı ailə başçısı, Siyasi girov Mübariz Abdullayevin də cəzasının azaldılacağı gözlənilirdi, amma hələdə saxta ittihamlarla 5-ci ildir ki, həbsdə saxlanılır:
“Humanistləşdirmə” nağılı…
Yadınızdadırmı bir müddət öncə “humanistlik” prinsipindən çıxış edərək qanunvericilik aktlarına bəzi yumşaldıcı əlavə və düzəlişlər etdilər. O zaman deyirdilər ki, bu addım nəticəsində guya 1000- lərlə dustaq azadlığa çıxacaq. O cümlədən bəzi siyasi məhbuslar da… Artıq həmin qərardan xeyli vaxt keçib. Deyilən qədər olmasa da bəzi məhbuslar bu və ya digər formada (!?) azadlığa çıxsdı, amma gözlənilən addım siyasi məhbuslara şamil olunmadı. Məsələn, yeni dəyişiklik nəticəsində AXCP fəalı, Qarabağ qazisi Asif Yusifli azadlığa çıxmalı idi, çıxmadı…
Həmin dəyişikliyə görə həbsdə olan başqa bir siyasi məhbus, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ifşaedici videolarından sonra şərlənərək 10 il müddətə həbs olunan onun qardaşı oğlu Mübariz Abdullayevin də cəzasının azaldılacağı gözlənilirdi. Amma o da olmadı. Son bir neçə ayda onun 4 məhkəməsi keçirilib və hammısı təxirə salınıb. 2 gün öncəki məhkəmə prosesində isə heç bir müzakirə, sual- cavab olmadan hakim onun ittiham olunduğu maddəni- 182.3.2- ü dəyişdirərək 182.2.4- lə əvəz etsə də əvvəlki cəzanı- 10 il müddətə azadlıqdan məhrum etmə cəzasını qüvədə saxlayıb. Amma aldığım məlumata görə Mübariz Abdullayevlə birgə və bərabər eyni maddənin sanksiyası altında cəza çəkənlərin cəzası 3- 5 il azaldılıb. Bu da siyasi məhbuslara göstərilən ayrı- seçkiliyə aid daha bir nümunə…
“Humanistləşdirmə” nağılı da belə bitdi. Görünən odur ki, hakimiyyətə güclü şəkildə təzyiq olmasa o heç bir siyasi məhbusu azadlıqdan buraxmaq fikrində deyil. Deyəsən maddi və siyasi gəlir baxımdan bu hakimiyyətin 2 əsas gəlir mənbəyi var; neft və siyasi məhbuslar. Hər ikisinin axırına çıxmaq istəyirlər. Nefti talan etdilər. Gəlin, heç olmasa insanlarımızı şərləyib həbs etməyə, siyasi məhbusları həbsxanalarda çürütməyə imkan verməyək!”

 

Ulduz, Fransa, Paris, 17 may 2018

www.avropaninsesi.com

info@avropaninsesi.com