Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Mitinqin sonunda Milli Şura sədri Cəmil Həsənli çıxış edib. Mitinq artıq başa çatıb. Mitinqdən tam videonu hazır olan kimi təqdim edəcəyik.

 

 

 

“Bu meydana gələn, toplaşan insanların hər biri qəhrəmandır”. Bu sözləri çıxışının əvvəlində Milli Şuranın sədri Cəmil Həsənli deyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını xatırlayıb, aksiyanın həm də onların anım mərasimi oldugunu ifadə edib.

“Gülüstan ola biləcək bu vətənin bü gün bu duruma düşməsinin səbəbkarı kimdir? Dövlət düşüncəsi, qaygısı olmayanların hakimiyyətdə olması böyük faciədir. Ölkəmizin bu duruma döşməsinin əsas səbəbkarı İlham Əliyev və onun ogru hökumətidir”, C.Həsənli deyib.

O, həbsdəki jurnalistləri, siyasətçiləri, REAL Hərəkatının sədri İlqar Məmmədovu, dindarları yada salıb, hakimiyyəti onları azad etməyə səsləyib.

C.Həsənli aksiyaların davamlı olacağını da vurğulayıb.

“İlham Əliyev növbədənkənar deyil, qəfil seçki, alternativsiz seçki, beynəlxalq nəzarətdən kənar seçki keçirir. Bizim hədəflərimiz azad seçkidir, bu millətin seçim haqqının özünə qaytarılmalıdır”, o deyib.