2018-2019-cu tədris ilində dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində 751 tələbə təhsil alıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, son bir ildə dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 2,4 dəfə azalıb. Belə ki, 2017-2018-ci tədris ilində dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində 1800 tələbə təhsil alıb.
Məlumat üçün bildirək ki, dövlət xətti ilə xarici ölkələrdə təhsil alan tələbələrin sayı ən yüksək səviyyəyə 2015-2016-cı tədris ilində çətib. Həmin il xaricdə 2 998 tələbə dövlət hesabına təhsil alıb.
2018-2019-cu tədris ilində dövlət xətti ilə xaricə gedən tələbələr aşağıdakı ölkələrin  ali təhsil müəssisələrində təhsil alıblar.
Türkiyə – 243 tələbə
Rusiya – 184 tələbə
Almaniya – 98 tələbə
Böyük Britaniya – 52 tələbə
Kanada – 48 tələbə
Çin – 46 tələbə
Belarus – 17 tələbə
ABŞ – 11 tələbə
Hollandiya – 8 tələbə
Rumıniya – 8 tələbə
Latviya – 7 tələbə
Fransa – 6 tələbə
Ukrayna – 5 tələbə
İspaniya – 4 tələbə
Çexiya – 3 tələbə
Sinqapur – 3 tələbə
Avstraliya – 2 tələbə
Avstriya – 2 tələbə
Estoniya – 1 tələbə
İsveçrə – 1 tələbə
Koreya – 1 tələbə
Macarıstan – 1 tələbə

 

 

 

Print Friendly, PDF & Email