Print Friendly, PDF & Email

 

 

 

 

 

 

yagubovg@mail.ru
TƏNQİDİ
NƏSİHƏTNAMƏ
GERİ ALIN
Hansı üzlə siz belə gülürsünüz !
Vətən gedir, pul üçün ölürsünüz.
Nə haqq ilə belə öyünürsünüz,
Namusu, qeyrəti bir yada salın,
Gedən torpaqları bir geri alın.
Dərbənd, Təbriz haradaydı bir zaman,
Xocalının ahı kəsməz heç zaman.
Həbsxana olub Şuşa, İrəvan,
Əsirlər gözləyir ayağı yalın,
Gedən torpaqları bir geri alın.
Fağır- fuqaranı dirəyib küncə,
Millətin qanını sormayın öncə.
Axşamlar barlarda yeyib- içincə,
Siz də əlinizə bir silah alın,
Gedən torpaqları bir geri alın.
Haram pullar ilə kef eləyincə,
Ciplərlə yollarda bərk şütüyüncə.
Günahsız bu xalqı döyüb, əzincə,
Düşmənin canına vəlvələ salın,
Gedən torpaqları bir geri alın.
Qaraxan deyəcək yenə sözünü,
Açacaq millətin yatmış gözünü.
İgid oğul önə verər özünü,
Siz də əsgər gedin, orduda olun,
Gedən torpaqları bir geri alın.

 

 

Qaraxan Əkbəroglu, Vyana

03.09.2017

Daha ətraflı izlə avropaninsesi.com:
Qaraxan Əkbəroglu; Qaraxan Yaqubov; ABU; Hacı Əyyub Əzizov; Qarabag Yazıcılar Birliyinin sədri Şair Ənvər Əhməd;  Şair Qabil; Xalq rəssamı Tahir Salahov;  Xalq rəssamı Togrul Nərimanbəyov; AYB-in müavini Çingiz Abdullayev; Ramizqeyt işi; Gülərqeyt İşi; Reket jurnalist Asif Mərzili; Sonanın uşaqlar;  MTN İşi;  Polis İşi ;  Siyasi məhbuslar; Mahir Abdullayevin Hüquqlarının Müdafiəsinin İctimai Təhqiqat Komissiyasnın HESABATI …
info@avropaninsesi.com