Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

elshadalowprof@gmail.com

Hər bir ölkədə yaranmış bütün poblemlrin əsasını dövlət və hökümət başçısı Prezidentin hüquqi vəziyyətinin Əsas qanunda dəqiqiq Konstitussiya statusunu təsbit etməkdən keçir. Çünki, bütün poblemlərin həllinin Qarantı  dövlət və hökümətin başçısı Prezidentdir. Azərbaycanda normal insan  aglına sıgmayan dözülməz bir vəziyyət yaranıb. Btün bu dözülməz problemlərin əsasını Azərbaycan Diktatoru İlham Əliyevin ailə üzvülərinin 60 ilə yaxındırki, Azərbaycan Xalqına məxsus olan dövlət hakimiyyətni zəbt etməsidir və anti Konstitussiyon 11 aprel 2018–ci il tarixli növbədənkənar Prezident seçkiləridə buna hesablanın, bir 7 ildə Xalqı məxsus dövlət hakimiyyətini ogurlamaq. Layiq olmadıqları Hakimiyyətdə 66 illiyini təmin etmək, Kennesin rekordlar kitabına düşmək…

Ölkədə yaranmış aglasıgmaz bütün antoqonist narazılıqları aradan qaldırmaq üçün Azərbaycan Respublikası Konstitussiyasının 1-ci maddəsinə belə bir dəyişiklik edilməlidir. Müasir  dünyada oldugu kimi Azərbaycanda da Əsas Qanuna belə bir dəyişikliyin edilməsi ölkədə İnsan hüquqlarının dövlət qarantiyası olacaqdır, Qanunun aliliyi təmin olunacaqdır, Məhkəmə və Parlament hakimiyyətinin müstəqilliyi təmin olunacaqdır, Müstəqil söz azadlıgı və mətubat azadlıgı təmin olunacaqdır.

Bu səbəbdən də Azərbaycan Respublikası Konstitussiyasının 1-ci maddəsinə belə dəyişiklik və əlavə edilməlidir:

“ Maddə 1. l. Heç kəs 5 il müddətindən,  bir dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

  ll. Bu maddəyə heç bir formada əlavə və dəyişilik edilə bilməz. Bu Konstitussiya normasının dəyişdirilməsi Azərbaycan Xalqına qarşı ən agır dövləti cinayət hesab edilir.’’

 

Normal ölkələrdə demokratiyanın və xalqın xoşbəxt və firavan yaşamasının qarantı, yalnız 5 ildən bir bilavasitə xalq tərəfindən seçilən Prezidentdir, yaxud Baş nazirdir. Artıq, 60 ilə yaxındır ki, bir krimnallaşmış ailə Azərbaycanda dünyanın ən qəddar, zalım və iyrənc əliyev despotik diktaturlugunu yaradıb. Bu müddət ərzində xalqa məxsus olan dövlət hakimiyyəti aglasıgmaz dərəcədə mafiyalaşıb və krimnallaşıb. Bu bütün dünyaya bəllidir, arrıq heç sübut etməyə də ehtiyac yoxdur… – Müqasiyə üçün bildirmək stəyirəm ki, Fransada hər 5 ildən bir yeni bir Prezdent seçilir, son illər, Fransanın prezidenti Respublikaçılar partiyasının nümayəndəsi Nikola Sarkozini, Sosialislər partiyasının nümayəndəsi Fransua Holland əvəz etdi. Onlardan sonra, hazırda Fransanın yeni prezidenti “En marsh” hərəkatını lideri  5 il müddətinə Fransa xalqı tərəfindən bilavasitə seçilən 39 yaşlı , ekonmika professoru Emmanuel Makrondur.

Prezidentlərin hər 5 ildən bir yenidən seçilməsi Fransanı dünyanın ən demokratk və inkişaf etmiş ölkəsinə çevirib. Bu səbəbdən də Fransız xalqı ən yüksək həyat tərzinə görə firavan və xoşbəxt yaşayır. Lakin, 60 illik əliyev avtoritar rejiminə görə Azərbaycan xalqı bədbəxtdir və faciələr içərisində bogulur, nə özləri yaşa bilirlər, nədəki xalqı yaşamaga imkan vermirlər…!!! ???

Konstitusiya görə Azərbaycanda prezidentli respublika üsül – idarəsinə malik olan ölkəmiz son 25 il ərzində tarixin təkərini XVl əsrin feodal orta əsrlərlər dövrünə geri çəkrək bir ailə tərəfindən idarə olunan dünyanın ən qəddar feodal despotik diktatorlugu idarəetmə sisteminə çevrilib. Hələ keçmiş sovetlər dönəmində 18 il (1969-1987) kommunist Azərbaycanına rəhbərlik edən ata Əliyevin yeni müstəqəllik dönəmdəki 10 illik (1993-2003) hakimiyyətindən sonra taxta çıxan oğul İlham Əliyev 2003-cü ildən etibarən ölkəmizi qəddar avtoritar formada idarə edir. – Hələ nəzərə alsaq ki, sovet dönəmində keçmiş SSRİ-ni DTK (KQB) idarə etdiyi dövrdə İlham Əliyevin atası Heydər Əliyev 1959-1969-cu illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri vəzifəsində oldugu müddətdən hesablansa artıq 59-cu ildir ki, Konstitusisiyaya görə Azərbaycan xalqına məxsus olan dövlət hakimiyyəti bir ovuc adam tərəfindən ogurlanıb. Kriminal Əlyev hakimiyyəti, nəinki, Azərbaycan Xalqına məxsus dövlət hakimiyyətini ogurlayıb, hətta bizim əzizlərimizidə – Mahir Abdullayevin ogurlanması cinayəti kimi minlərlə günahsız azərbaycan vətədaşlarını ogurlayıb və onların yaxınlarını da dövlət terroruna məruz qoyublar. Ölkədə aglasıgmaz kriminalaşmış ailə-feodal idraəetmə sistemi formalaşıb.

– Paris Məhkəməsi 27 noyabr 2017-ci il tarixli Məhkəmə hökmü ilə “Azərbaycanı hakimiyyətini dikatatura, İlham Əliyevi isə dünyanın ən qəddar despotik diktatoru olması haqqında” hüquqi-siyasi “Verdikt” qəbul etmişdir. Bundan öncədə, 2012-c ildə ABŞ Konqresi və 2015-ci ildə Avropa Şurası Parlament Assambleyyası Azərbaycan haqqında belə rüsvayedici beynəlxalq sisyasi-hüquqi sanksiyalar müəyyən edib.

 

Nusabə xanım, tarixən məlumdur ki, dövlət idarə etmə sistemini geri çəkməyə cəhd edənlər tarixin obyektiv nkişaf təkərləri altında qalıb məhv olublar və tarix səhnəsindən rüsvayçlıqla siliniub gediblər.

– Xatırlatmaq lazımdır ki, dünyanın ən çətin dönəmində qonşu Gürcüstan Respublikası Xalqın iradəsini ifadə edərək daha da irəliyə dogru getdib Gürcüstanı Prezidentli dövlət idarəetmə formasından Parlamentlı dövlət idarəetməsinə keçdi. Hətta, bəyənmədiyimiz Ermənistan Prezidentli Respublika idarəetməsindən imtina eib Parlamentli Respublika darəetməsinə keçdi. Azərbaycanda isə Xalqın iradsəsi ilə hesablaşmayaraq geriyə XVl əsrə ailə-feodal dövlət idarəetməsinə dünyanın ən iyrənc despotik diktatorluguna keçdi. Bu səbəbdən də heç bir vaxt müasir dünya Daglq Qarabagı despotik diktatura rejiminin tərkibinə keçməyə razılıq verməz… Azərbaycanın tarixən dövlət quruculugu baxımından 1918-1920-ci illərdə ADR-in qurucuları dünyanın ən demokratik dövlət idarəetmə forması olan Parlamentli respublika idarəetmə sistemini yaratmışlar. 23 ay müddətində Xalqın iradəsini ifadə edən 314 Qanun qəbul etmişlərdi. İcra hakimiyyətinə parlament qarşısında siyasi-hüquqi məsuliyyət daşıyan Baş Nazir , Qanunvericilik hakimiyyətinə parlament və müstəqil məhkəmə hakimiyyəti formalaşdırmışlardı. 80 illik keçmiş sovet dönəmində isə Respublika dövlət idarəetməsi forması olan Azərbayvan SSRespublika idarəetmə forması yaranmışdı. 18 oktyabr 1991 il tarixli Dövlət Müstəqilliyi haqqında Konstitusya Aktına görə Azərbaycanda Prezidentli idaəetmə forması yaranmışdı. Prezidentli Respublikaya Ayaz Mütəllibov, Əbülfəz lçibəy və Heydər Əliyev rəhbərlik etmişdir. – Lakin, 13 oktyabr 2003-cü il tarixindən Azərbaycan xalqınına məxsus olan dövlət hakimiyyəti saxta yollarla qeyri-legitim yolla hakimiyyətin atadan ogula İlham Əliyevə ötürülməsindən sonra Azərbaycan dövlət idaretmə forması tarixən geryə XVl əsrin feodal-ailə idarəetmə formasına keçid başladı və bundanda ən çox ziyan çəkən zəlil günə salınmış Azərbaycan vətəndaşlarıdı. Yüz minlərlə Azərbaycan vətəndaşları çıxış yolunu öz dogma vətənini zorən tərk edib Avropaya sıgınmaqda tapdılar, haradasa , ölkə əhalisinin yardan çoxunu təşkil edir. Fikrimcə, heç ciddi bir sas olmadan öz dogma vətənini tərk edə bilməz. Dünyada hər bir şəxsə ən çox əzizi olan nemət onun digça vətənidir.

– Həmişə əsrlərlə arzusunda odugumuz Azərbaycan dövləti Prezidentdən tumuş Avropada yaşayan mühacirlərədək bütün Azərbaycan Vətəndaşlarınındır. Azərbaycanın gələcəyi naminə , bu dövlətin idarəetmə formasının uğuru və uğursuzluğundan yaranan məsuliyyət payı da bütün dünyada yayşayan Azərbaycan vətəndaşlarının üzərinə ūzərinə dūşūr!!! – Azərbaycanda növbəti 2018-ci il prezident seçkilərinin Konstitusiyada göstərilən və hamının 5 ildir gözlədiyi konkret təqvim ūzrə 17 oktyabrda deyil, növbədənkənar 6 ay əvvəl 11 apreldə keçirilməsi Avropada yaşayan Azərbaycanlılar da dərin təəccūb, narahatçılıq, nigarançılıq və həm olduqca ciddi bir narazılıq da yaradıb. – Ölkənin, dövlətin taleyinə biganə olmayan bir hūquq professoru kimi məndə də bu seçkilərin təyini, qanuniliyi, keçirilmə proseduru barədə bir sıra vacib suallar yaranıb. O suallar ki, onlara aydınlıq gətirilməsə, bu növbədənkənar seçkilərin legitimliyi və ūmimiyyətlə, yeni 7 illik ailə-feodal prezident hakimiyyəti formalaşması prinsipləri kimi çox mūhūm dövlətçilik məsələləri olduqca narahat etdiyi üçün despotik diktator prezidentə, Konstitusiya Məhkəməsinə və Mərkəzi Seçki Komissiyasına Azərbaycan, dövlətçilik naminə obyektiv, qərəzsiz və konstruktiv mahiyyətli mūraciətlərim olacaqdir.