Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı oğlu məlumat verib.

“Yeni Sabah” xəbər verir ki,Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev atasının hazırkı vəziyyəti ilə bağlı bunları deyib.

“Bu gün atam Oktay Gülalıyevin EEG müayinəsi üçün Bülent Kahyaoğlu həkim gəlib. Onun bildirdiklərinə görə atamın komadan ayılma ehtimalı çoxdur. Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa “ödəm” qaldığı üçün zamana ehtiyacımız var.

Çəkilən şəkildə göründüyü kimi, atam sağ gözünü az da olsa, açmaq istəyib”.

Yenisabah.az

Print Friendly, PDF & Email