Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti gərgin olaraq qalır…

Medicina.az  xəbər verir ki, bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib. O bildirib ki, Oqtay Gülalıyev hələ də komadadır.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da sürücü Kənan Abdullayevin idarə etdiyi avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da cərrahiyyə əməliyyatı keçirən hüquq müdafiəçisi sonradan Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Türkiyəyə göndərilib.

 

 

Print Friendly, PDF & Email