“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 3 aydır ki, koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib. 

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev yayıb.

“Bu gün “Turan” İnformasiya Agentliyinin rəhbəri, dəyərli Mehman bəy atamı ziyarətə gəlmişdi. Mehman bəy hadisə baş verəndən daima bizə dəstək olub. Yeri gəlmişkən, bu gün atamın keçirdiyi “qəzadan” və Baki City Hospitalda bu vəziyyətə salınmasından 3 ay keçir. Cinayətkarlar gec və ya tez cavablarını qanun çərcivəsində alacaqlar”, – deyə Əli Gülalıyev bildirib.

Hazırda Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdirilir.

 

 

 

 

Print Friendly, PDF & Email