Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

rashadgurbanov9999@gmail.com

 

Bu gün görkəmli Hüquq professoru Elşad Abdullayevin doğum günudu. Bu gun, o, mübarizə dolu mənalı həyatının 63-cü ilinə qədəm qoyur. Mən fəxr edirəm ki, hüquq professoru Elşad Abdullayevin təsis etdiyi və rektoru oldugu  Azərbaycan Beynəlxalq Universitetinin (ABU) məzunu olmuşam.

Azərbaycan despotik diktatorlugunun media köpəkləri bizi, ABU-nu və rektorumuz Elşad Abdullayevi nə qədər qaralasalarda, lakin bacarmadılar, əksinə Elşad Abdullayevin nüfüzu daha da yüksəldi, bir neç il dalba-dal müstəqil medialarda xalqın rəy sorgusuna görə Elşad Abdullayev ilin adamı seçildi:

“Yeni Müsavat” qəzetinin və “Minval.az” saytının 21.12.2012 il tarxli analitik qrupu “2012-ci ilin adamı”nı müəyyənləşdirmək üçün ekspert sorğusu keçirib. Sorğuda bir sıra tanınmış siyasətçilər, ictimai xadimlər, jurnalistlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Sorğunun hər bir iştirakçısı öz qənaətinə görə, “İlin adamı” nominasiyasının qalibi olmağa layiq gördüyü bir və ya iki adamın adını çəkə bilərdi.

Rəy sorğusunun nəticəsi olaraq 10 şəxsin adı göstərilib. Sorğunun nəticələrinə dair faiz göstəricilərini yuvarlaq şəkildə təqdim edirik:

Elşad Abdullayev – 40% 
Rüstəm İbrahimbəyov – 15% 
Ramil Səfərov -13% 
İsa Qəmbər – 9% 
Əli Kərimli – 7% 
Nigar Yaqublu– 5% 
Rafiq Əliyev – 4% 
Xədicə İsmayılova – 3% 
Gülər Əhmədova – 2% 
Leyla Yunus – 2% …”

Daha ətraflı:

http://musavat.com/news/sorgu-ilin-adami-ni-mueyyen-etdi-elsad-abdullayev_139951.html

 

Xatırlatmaq istəyirəm ki, ABU Məzunlar Asossasiyasının  da bu il apardıgı sosiolji araşdırmalara görə Elşad Abdullayev 2017- ci ildə də ilin adamı seçilmişdir…

Elşad Abdullayev yaratdiği ABU-i Prezident Aparatının “Abutreynt” jurnalının məlumatına görə Azərbaycan Respubilkasinda fıaliyyətdə oldugu müddətdə  üniversitetlər arasında ilk onluqda  yer almişdir, 42 Universitet arasında reytinq yeri 7-11 yerlərdə olmuşdur, hətta dövlət Universitetlırini qabaqlamışd. Lakin, reytinq göstəricilərinə görə ABU-dan geridə qalan ölkədə bərk gedən həsənovların, mehdiyevlərin, əliyevlərin korrupsiyalaşmış feodal ailə universitetləri təhsilimizə erməni faşistlərindən də daha çox ziyan vurmaşalardı, Azərbaycan xalqının gələcəyini məhv etmişlərdi ! Əliyev rejimi təhsilə biznes mənbəyi kimi baxır, son zamanlar Gardian qəzetinin əliyev ailəsinin 3 milyardlıq cinayətləri barəsindəki informasiyaları da  bu cinayət faktını bir daha təsdiq edir.

ABU-in müəllimlər heyyəti Azerbaycan Respubilkasinin en güclü müellim – professor-akademik heyyetindən ibarət idi. ABU-in muəllim və tələbə heyyəti rektorumuz Elşad Abdullayevdən hər yerdə,  hər zaman fəxr etmişdı.

Elşad Abdullayev 150 den artiq elmi nəşrin müəllifidi. Onun milli təhsil quruculuğu sahəsində ölkə tehsilinin beynəlxalq təhsilə inteqrasiya olunmasi sahnesindəki xidmetleri kifayət qədərdi və misilsiz xidməti vardır…

ABU rektoru Elşad Abdullayev yüksek ixtisasli kadirlarin hazırlanmasında və səmərəli elmi -pedeqoji fealiyyetinə görə təhsil sahəsində ən yüksək medalla AR-in Təhsil Nazirliyi tərəfindən “Azerbaycan Respubilkasinin qabaqcil təhsil işçisi “döş nişanı ile teltif olunmuşdü. Elşad Abdullayevin tehsilde yaratdiği ugürlari saymaqla qurtarmaq olmaz…
Hörmətli müəllimim, rektorum,  Hüquq professoru Elşad Abdullayev,  Sizi 63 illik yubleyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik! Sizə can sagligi, uzun ömür arzulayirıq !

Apardiginiz bu haqq işi ugrunda mübarizənizdə Sizə uğurlar arzulayirıq,  mübarizənizdə həmişə Sizinlə birlikdəyik !

Rəşad Qurbanov, ABU məzunu, Facebook səhifəsindən

 

info@avropaninsesi.com

Mədinə, Paris, 25 sentyabr 2017

P.S:

 

 

 

 

 

 

info@avropaninsesi.com