Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

                        Foto:Ağayev Əlosət Ağa oğlu

 

Avropanınsesi.com saytına!

Şəki şəhəri, 20 yanvar küçəsi-56, mənzil: 31-fə yaşayan hərbi xidmət əlili
Ağayev Əlosət Ağa oğlu tərəfindən 
Telefon: 0503598987;
E-mail: haqa kryqqm@mail.ru;

Hörmətli redaksiya!

Azərbaycan hakimiyyəti mənim sonsuz sayda fasiləsiz müraciətlərimə məhəl qoymadığına görə, azərbaycan səhiyyəsinin 2014-cü ildən bəri başıma gətirdikləri bu müsibətlər
barəsində yazdığım məqaləmi saytınızda olduğu kimi dərc edib, dünya ictimaiyyətinə çatdırmağınızı xahiş edirəm.

“Şəki şəhərindən hərbi xidmət əlili Əlosət Ağaye, rüşvət əlehdarı olduğina görə, hələ də görmə qabiliyyətini bərpa edə bilmir.”

2014-cü ildən göz xəstəsiyyəm. Həmin problemlə bağlı İlk növbədə Şəki MRX-nın
“Oftolmologiya” şöbəsinə üz tutdum. Şöbənin müdiri məni rüşvət əlehdarı kimi tanıdığından obyektiv müayinə etmədən, “sizin gözlərinizdə heç bir problem yoxdur” deyib məni başdan elədiyinə görə, yuxarı instansiyalara müraciət etməli oldum. Müayinə və müakicə almaq üçün, məni 2015-ci ilin iyun ayında Mirqasımıv adına Kliniki xəstəxnaya gönfərdilər. Müayinə edib, dərman yazıb bldirdilər ki, get iki aydan gələrsən. Belə iki aylar uzun keçdi deyə, məim tələbim əsasıda 2015-ci ilin dekabr ayından məni göndərdinlər Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə.
Orada müayinə zamanı məndən iri məbləğdə pil tələb etdilər. Mən onlara bildirdim ki, birincisi mən hərbi xidmət əliliyəm. İkincisi bura dövlət tibb müəssisəsi olduğuna görə, siz məndən pul tələb etməyiniz qaninsuzdur.
Onlar məni Emil həkimə göndərdlər. Bundan qabaqkı tibb müəssisəsində olduğu kimi, Emil həkim də, məni bir il, get-gələ saldı deyə, mən yenidən dövlət rəsmilərinə şikayət etdikdən sonra, 06.10.2017-ci il tarixdə, məni başdan edən Gülnarə Məmmədova sol gözümdə cərrahi əməliyyat aparmağı öz üzərinə götürdü. Əməliyyat zamanı o, bilərəkdən gözümü şikəst etdi. Gözümü bu hala saldığına görə, mən G.Məmmədovanı məhkəməyə verəvəyim haqda xəbətdarllq edəndən sonra, o məni “Diaqnostika Mərkəzində” işləyən Oftalmoloq-Cərrah Xəlil Hüseynovun qəbuluna göndərdi.
03 dekabr 2016-cı il tarixdən mənim gözlərimə üç ay göz damcılarlı təyyin etdikdən sonra, 08.02.2017-ci il tarixdə mənim sol gözümdə ikinci dəfə cərrahi əməliyyat apardı. Əməliyyat müvəqqəti oldu.
15.02.2017-ci il tarixdən gözümün vəziyyəti əvvəlkindən pis vəziyyətə düşdü. Bu haqda, G.Məmmədovaya məlumat verdikdə o, bu halı, mənim sinir sistemimlə əlaqələndirdi. Mən sinir sistemimi müayinə etdrdim. Həkimlər sinir sistemimdə heç bir qüsur aşkar etmədilər deyə, nəticəsi barədə Şəki MRX-na yeni təyin olmuş Baş Həkim Azad Növruzova müraciət etdikdə, o uzun illər Şəki MRX-nı əsl alver bazarına çevirən, kortupsioner və dələduz kimi məşurlaşmış Qinyaz Məmmədovun məsləhəti ilə, 03 may 2017-ci il tarixdə, MRX-nın “Oftalmolohiya ” şöbəsi olduğu halda, konsiliyum aparmaq adı ilə, məni “Terapiya” şöbəsinə stasonara göndərdi.
5 may 2017-ci il tarixdə təşkil olunmuş konsiliyumda oftalmoloq iştirak etmədi. Həkimlər mənim şikayətimi sotuşduqda mən göz xəstəliyindən əziyyət çəkdiyimi bildirdim. Onlar mənə izah etdilər ki, göz xəstəliyinə Oftalmologiya şöbəsində baxlrlar, biz burada ancaq sizin daxili orqanlarınızda aşkar etdiyimiz xəstəliyinizi müalicə edəsiyik.
Müalicə ərəfəsində mən e-mail vasitəsilə Baş həkimə bu haqda məlumat verdikdə o məni qəbuluna dəvət edərək, bildirdi ki, sizin gözlətinizdə heç bir problem yoxdutr, belə yazmağınızla siz nə Gülnarə həkimə, nə də mənim kollektivimə heç nə edə bilməzsiniz, gedin hara istəyirsiniz yazın, onsuzda, sənin yazın mənə qayldacaq. Biz isə onlara cavab yazasıyıq ki, onun gözlərində heç bir problem yoxdur, bu adam böhtaçıdır. Adekvat olaraq mən ondan dediklərini rəsmi şəkildə yazmasını tələb etdim.
22 və 23 iyun 2017-ci il tarixlərdə Şəki MRX-nın məşur dələduzu Qinyaz Məmmədovun əli ilə, yazılmış biri birini əksinə olan qərəzli cavabları alandan sonra, A.Novruzovun bu cür qanuna zidd hərəkətlərindən Şəki şəhər İH-nə şikayət etdim.
Dəfələtlə adı mətbuat səhifələrində, korrupsiyada hallanan Şəki şəhər İH-nin “Humanitar Məsələlər Üzrə” şöbənin müdiri Z.Cavadova
əvvəlki illərdə olduğu kimi, bu səfər də, Şəki səhihyyəsini məhşur dələduzu və korruosioneri Qinyaz Məmmədovun yalnış cavabını araşdlrmadan, mənim şikayətimi əasasız hesab etdi.
Bu cavabdan sonra, mən Baş Prokuror cənab Z.Qaralova şikayət göndərərək, Qinyaz Məmçədov barəsində cinayət işinin açılmasını tələb etdiyim halda, Baş həkim A.Novruzovun qabaqcadan mənə dediyi kimi, Baş Prokuror mənim şikayətimi heç bir araşdırma aparmadan birbaşa ötürdü mənim hüquqlarımı pozan Q.Məmmədova.
Eyniliklə, Ölkə Prezidentinə, Vitseprezidentinə, Prezident Administrasiyasının Hüquqi Məsələlər şöbəsinin müdiri cənab Fuad Ələskərova, Vətəndaşların Müraciətləri üzrə şöbə müdiri cənab Süleyman İsmayılova, Milli Məclisə Ombudsman Elmira Süleymnovaya və Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə ünvanlalıgım müraviətlərim də, birbaşa ötürüldü həmin mənim hüququmu pozan Şəki MRX-nın korrupsionerlərinə.
Əlacsız qalıb 08 avqust 2017-ci il tarixdə 10-cu dəfə Z.Əliyeva adına MOM-nə üz tutdum. Məni qəbul edən Tərlan adlı həkim gözlərimi müayimə edəndən sonra bildirdi ki, yazdığım bu dərmanları iki həftə qəbil ediəndən sonra, 22 avqustda gələrsiniz əməliyyata. Bakıya yola düşməzdən əvvəl mən Tərlan xanımdan bir daha soruşdum ki: :Əməliyyata gəlim ya yox? O, cavab verdi ki, hə gəlin.
22 08.2017-ci il tarixdə mən qohumumla birgə, Tərlan həkimə yaxınlaşdıqda, o bilditdi ki, 5 dəqiqə gözləyin, şöbə müdiri ilə danışım sonra gedək əməliyyata. Tərlan xanım qayıdan kimi, mənə yeni resept yazaraq, bildirdi ki, sizin gözünüzə əməliyyat etmək məsləhət bilinmədi.
Mən Şəkiyə qayıdıb MOM-nin e-mail poçtu ilə, bunun səbəbini soruşduqda, Humay xanım zəng edərək, 12 sentyabr 2017-ci il tarixə məni Konsiliyuma dəvət etdi.
Beləliklə, uzun illər məndən rüşvət ala bilməyən həkimlər mənim ayağımı MOM-dən üzmək məqsədilə belə qarara gəldilər ki, guya mənim gözlərimdə yaranmış xəstəliyi azərbaycanda müalicə edə bilən mütəxəsis yoxdur. Sonda xatırlatdılar ki, gözünez tam korlaşsa, narahat olmayın, sizi ‘Korlar pansionatına yerləşdirəcəklər feyərək məni işıq üzünə həstət qoydulsr.
Beləliklə, məndən rüşvət ala bilməyən azərbayca
Bütün bunlar azərbaycanda qanunların işləməməsindən, məmur özbaşnalıqlarınnın hökm sürməsinin cəzasızlığın nətivəsidir ki, bu gün mənim kimi Qanunların Aliliyi əsasımda həyat sürən insanlar hələ də bu cür haqsızllqlarla üzləşirməli olurlar.
Əgər belə deyilsə, onda mənə cavab versinlər görək O.Şirəliyev nazir təyin ediləndən sonra, azərbaycan səhiyyəsində baş verən bu qədər həkim terrorluğuna, məmur özbaşnalıqlarına, rüşvətxorluğa və korrupsiyaya görə, hansı səhiyyə işçisi cəzalanıb?
Məgər, uzun illər azərbaycanda hökm sürən məmur özbaşnalıüları, yerliçilik, qohumbazlıq , korrupsiya, rüşvətxorluq, yalançılıq, talançılıq, kasıbların diskriminasiyaya məruz qalması, “hər şey pullular və qohumlar üçündür”, mən olar dənə olmaz prinsipi, vətəndaşların müraciətlərini araşfırmadan birbaşa, onun hüquqlarımı pozan şəxsə qaytarılması halları, haqqını tələb edən günahsız insanlarımızı sifarişli məhkəmələrin qərarları ilə həbs edib orada işkəncə verib öldürülməsi faktları azərbaycanda İnsan Hüquqlarının taptalanması deyilmi?
Buna görə də, belə şəraitdə bu respublikada yaşamaq olduqca çətin və təhlükəlidir !!!