Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

salamalta@yahoo.com

İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, Hüquq doktoru İlqar Altayın Facebook səhifəsindən

İqtidarın apardığı kürü diplomatiyası xalqın başında çatlayır: 51 azərbaycanlı Almaniyadan deport edilib
Bədbəxt Azərbaycan xalqımız, illərlə qovha-qovun içindədir.. Ölkəsində öz hakimiyyəti, məmurları sıxışdırır, hüquq-haqqını tapdayır, soyur, talayır və söyür-döyür-qovur. Erməni Ermənistan və Qarabağdan qovur.. Almaniya, Avropa qovur.. Gürcüstan, Rusiya, Türkiyə qovur.. Hamı qovur, bu geniş dünyadan.. Almaniya suriyalını, afrikalı, əfqanı, iranlını belə geri vermir..
Günahsız millət hər yerdə günahlı hiss edir özünü.. Və heç nədən. Çünki, iqtidarı öz böyük günah yükünü yükləyib onun çiyninə. Bu əyri, korrupsioner ölkənin adı xalqındır, dadı iqtidarın. İnam yoxdur dünyada.. İqtidarın apardığı kürü diplomatiyası xalqın başında çatlayır.

Beynəlxalq aləm hər Azərbaycan vətəndaşını əyri-neqativdə görür. Xaricə çıxırsan, ziyalısına korrupsioner-fırıldaq, sıravisinə kriminal-dələduz kimi baxırlar. Ta ki, onun tamam içalatına kimi yoxlayıb, hər şeyi aydın edib üzr istəyənəcən. O da ki, sən savadlı olub, haqqını və o üzürü tələb edə bilsən..

Niyə belədir? Müqavimət əmsalsız, öz mənliyimizi qorumayan, prinsipsiz, qeyri-mübarizik. Tez və düşünmədən, lazımsız güzəşt edən fağır, yuxulu, şokda. Öz həyatı, dövləti vətəninə etinasız. Halal haqqını tələb təpərsiz. Nə bu haqqın mənasını, nə onun tələbi üçün hüququ bilmək istək-həvəssiz.. Nə ölkə iqtidarı, nə xaricdəki məmurlardan tələbsiz.. Özümüzə hörmət lazımdır!

Video:51 azərbaycanlı Almaniyadan deport edilib: Həbs olunan var