Print Friendly, PDF & Email

 

 

 

 

 

 

AMBISIYA…
Musavat AKM -in Kölndə “Siyasi məhbuslara azadlıq!” mitinqi uğurlu alındı. Bu uğurun sirri ora toplaşan insanların müxtəlif əqidə və siyasi görüşlərə malik olmalarına baxmayaraq bir günlük də olsa ümummilli məqsəd naminə bir araya gəlib həmrəylik nümayiş etdirmələridir.
Bu millətin gücü birlikdədir!!!
Bu iqtidar da cin dəmirdən qorxan kimi bundan qorxur. Çünki divin canı şüsədə olan kimi onun da canï milli birlikdədir.
Ay millət ayılın, ambisiyalarınızdan milli mənafey naminə əl çəkin. Ambisiyalarınızdan əl çəkmək demək, siyasi, dini, milli əqidələrinizdən dönün demək deyil. Bu ēl birliyi ilə ayını ovlamaq deməkdir. Ondan sonra azad seçki keçirib, hər kəs öz platformasınï açıqlayar, səsini toplayıb layiq olduğu məqamı tutar.
Iqtidarın dəyirmanına su axıdan bu AMBISIYA-larınızdan əl çəkin!
Vətən, millət eşqinə, arxada buraxdıqlarınız əzizlərinizin xatirinə əl çəkin!!!

 

 

 

Firudin Dügi, Facebook səhifəsindən,

Madina, Paris, 27.12.2017

info@avropaninsesi.com