İsmail Cəlilov, Tanınmış Hüquq Müdafiəçisi Oqtay Gülalıyev ilə bağlı hər kəsi birliyə çağırdı ! – Video – ABŞ
İsmail Cəlilov Düz yolda addımlayan bütün müxalif qüvvələrə, müstəqil düşünən topluma, jurnalistlərə, fəallara səslənirəm. AXCP, KXCP, Müsavat, ReAl, D18, Nida, Oyan, adlarını çəkmədiyim kim varsa, hamıya. Artıq dərəcədə xahiş edirəm ki, Azərbaycan rejiminə Oktay Gülalıyevin başına gətirdiklərini cəzasız qoymayasız. Aramızdan bir dürüst, təmiz, mübarizəyə sadiq birisini aparmaq istədilər, və ola bilsin ki buna nail oldular, Allah göstərməsin. Susmayın. Gəlin bütün boş, mənasız çəkişmələri qoyaq kanara, öz gücümüzü göstərək. Bu cür hadisənin ətrafında birləşməsək, işimizin məzənnəsi bir qəpikdir. Buna susqun qalsaq, sabah bizi də maşın vuracaq, xəstəxanada diqqətsiz qalacağıq, bu ya digər şəkildə ya öldürüləcəyik, ya şikəst qalacağıq. Dəyərləndirin. Düşünün. Hər bir işinizdə mən də varam. Təkliflər gözləyirəm. Lap elə mənlə danışmaq istəmirsiz, mən özüm sizin işə qoşularam, təki qoşulacaq iş qoyaq ortaya.
P.S:
İsmayil bəy, bir hüquq professoru olaraq təklifinizi dəstəkləyirəm: Tanınmış Hüquq Müdafiəçisi SMMM-in rəhbəri dəyərli Azərbaycanlı Oktay Gülalıyev ilə baglı hamı birləşməlidir !”.
Fransada mühacirtda oldugum 5 ilə yaxın müddtdə hüquq müdafiəçii Oktay Gülalıyevlə intensiv əlaqədə oldum.Hamıya bılliiki, Azərbaycanın despotik diktatura rejimi mənim bir qardaşımı ogurlayıb, birini şikəst etdilər. Bir qardaşım oglunu da mənim hakimiyətin gücündən istifadə edən Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etdiyimə görə Siyasi sifarişlə saxta ittihamlatla 10 il müddətinə həbs etmişlərdi, yaxın qohumlarıma və əmlakıma Stop qoyuldu….
SMMM-in rəhbəri Oktay Güllalıyev mənim qardaşım oglu Qarabag müharibəsi iştirakçısı və Şəhid ailəsi, 5 uşaq atası Mübariz Abdulayevi Siyasi məhbus kimi tanıdı, min yaşsın, Oktay bəyə Allahdan şəfa arzu edirəm, mənə bir Azərbaycanlı olaraq həmişə mənəvi dəstək oldu, bu zaman çox müqavimətə və təxribatlarla üzləşdik, amma mənimlə birlikdə mübarizəsini bir an belə dayandırmadı, geri çəkilmədi.O, tez-tez mənimlə və Siyasi məhbusun ailə üzvülərilə əlaqə saxlayırdı, mənəvi dəstək olurdu…
Lakin, Hüquq müdafiəçisi pərdəsi adı altında gizlənmiş KQB ilə iş birliyində olan “Hüquq işgalçıları”nın hər an müqavimətinə rast gəldik…

Nəticədə, qardaşım oglu Siyasi məhbus 5 ildən sonra azadlıgana və ailə üzvülərinə qovuşdu. Bu Oktay Gülalıyevin gərgin və üzcü fəaliyyətinin nəticəsi idi… Həqiqətən, Oktay Gülalıyev Azərbaycan Xalqının ən dəyərli insanıdı, onu real və dürüst hüquq müdafiəçii kimi gördüm, HALALLDI !

Lakin, bununla müqasiyədə Azərbaycanda Hüquq müdafiəçisi pərdəsi adı altında gizlənmiş çoxlalu neqativ insalarda çoxdu. Bir uzün müddət BDU-in hüquq fakültəsində professor və AAK-in Hüququ Ekspertiza Şurasının sədri olaraq onların 90 % bir Oktay Gülalıyev etmirdi, müqasiyədə onları əxlaqını və mənəviyyatını itirmiş “Hüquq işgalçısı” kimi gördüm.Hələ “Hüquq işgalçısı” Leyla Yunusları demirəm, belələrinə adamın dili gəlmirki, hüquq müdafiəçisi desin, əslində onları krimnal mütəşəkkil cinayətkar dəstə kimi qarşımızda gördük .Belələrnin isə Azərbaycan xalqının adından danışmaga mənəvi haqqı yoxdur…
Avropaninsesi.com saytının rəhbəri, hüquq professoru Elshad Abdullayev
Fransa, Paris, 13 noyabr 2019
elshadalawprof@gmail.com
+33 651 44 95 04
Print Friendly, PDF & Email