İsveçrə Rus casuslarından şikayətlənir

İsveçrə hakimiyyət orqanları son zamanlar Rus KQB casuslarının getdikcə artan fəaliyyəti haqqında danışırlar. İsveçrənin Federal Kəşfiyyat Xidmətinin direktoru Jean-Philippe Goden iddia edir ki, Rusiyalı agentlər İsveçrənin milli əhəmiyyətli obyektlərnə qarşı hərəkət etmək istəyənin “Qırmızı xətti”ni keçiblər.

Berne Federal Sarayında təşkil edilən mətbuat konfransında, Goden, “İsveçrədə Rusiyanın fəaliyyəti haqqında ətraflı məlumat vermədi, amma bildirdik ki, indi  bu cür hərəkətlər daha çox müşahidə edilir. İsveçrədə, xüsusilə Cenevrədə,  “Bir çox QHT-nin və beynəlxalq təşkilatların mənzilləri,qərargahlarının yerləşməsilə ələqadar olaraq KQB agentləri  İsveçrə Xüsusi Xidmət Orqanlarının l hədəfi halına gəlmişdir.”

Hazırda İsveçrənin Prokurorluğu Lauzan şəhərindəki Dünya Dopinqlə Mübarizə Agentliyinin (WADA) Avropanın baş qərargahında və Kimyəvi Silahların Qadağanolunması Təşkilatının (OPCW) tələbi ilə döyüş nümunələri təhlil edildiyi Spitz laboratoriyasında kiber hücumlara görə şübhələnən iki rusiyalı agentə  qarşı cinayət işi araşdırır. Bunlar Suriyadakı kimyəvi silah istifadə olunması  və Salisburydəki zəhərlənmə iddiası ilə əlaqəli olduğu iddia edilən zəhərli maddələrdi.

Kremldə Qərb ölkələrinin ittihamları qəti şəkildə rədd edilir.

Print Friendly, PDF & Email