Jurnalist Şirin Cəfəri ”bandotdel”dən Prezidentə şikayət  etdi
Məlumat üçün bildirək ki, 10 sentyabrda ”Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri mülki geyimli şəxslər tərəfindən zor gücünə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və idarədə təhqir edilib, psixoloji təzyiqlərə məruz qalıb. Hadisə ilə əlaqədar jurnalist özünün facebook hesabından məlumat yayıb.
Sozcu.az Şirin Cəfərinin paylaşdığı yazını təqdim edir:
”Dostlar, bildiyiniz kimi 10 sentyabr 2019-cu il tarixdə, axşam saatlarında şəxsi işimlə əlaqədar Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin əvvəlki binasının yerləşdiyi əraziyə yaxın küçədən, el arasında ‘banditizm” adlanan Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin mülki geyimli əməkdaşları zor tədbiq edərək məni oğurlayıb həmin qurumun inzibati binasına apardılar. Orada şöbə rəisinin mənimlə necə kobud rəftar etməsi barədə dünən özümün facebook səhifəmdə geniş paylaşım etdim. bildirmişdim ki, mənə və həmkarlarım olan jurnalistlərə qarşı təhqirəramiz, aşağılayıcı ifadələr işlətdi. Mən həmin şöbə rəyisinin hərəkətlərini qətiyyətlə pisləyirəm və onun haqqında ciddi ölçü götürülməsini ölkə rəhbərliyindən xahiş edirəm. Əgər mənim yazdğım yazıya görə, səhvim vardırsa, o halda ölkəmizin məhkəmə orqanları var. Buyursunlar məsələni məhkəmə müstəvisində həll edək. Belə bir məsələni jurnalistə qarşı zor tədbiq etməklə həllinə çalışırlarsa, atılan bu addım beynəlxalq aləmin qarşısında ölkəmizin imicinə xələl gətirə bilər. Elə buna görə də baş verən olayla bağlı ölkə başçısı Ilham Əliyev cənablarına, ölkənin 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova və Daxili Işlər Naziri cənab Vilayət Eyvazova müraciət ünvanlamışam. Eyni zamanda təhlükəsizliyimin təmin olunmasını da istəmişəm. Baş verən olayla bağlı mənə dəstək olan jurnalist həmkrlarıma və ictimai fəallara minnətdarlığımı bildirirəm.”

 

 

 

Print Friendly, PDF & Email