“Gununsesi.org” saytın redaktoru Pərviz Həşimlinin bir il əvvəl ölkədən çıxışına qoyulduğu məhdudiyyət götürüldü. Bu barədə “Turan” İA xəbər verib.

Xəbərdə deyilir ki, redaktorun sözlərinə görə, ona Bakı Şəhər Prokurorluğunun rəhbərliyindən zəng vurub bildirdilər ki, ölkədən sərbəst çıxa bilər. “Mənə heç bir məhkəmə qərarə olmadan məhdudiyyət qoydular. Ötən müddət ərzində 2 dəfə AŞPA-nın sessiyalarına, beynəlxalq tədbirlərə dəvət alsam da qoyulan məhdudiyyətə görə iştirakım mümkünsüz idi”.

2018-ci ilin iyulun 3-də Gəncə şəhərin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsdindən və Gəncə hadisələrindən sonra Bakı Şəhər Prokurorluğu Pərviz Həşimlini şahid qismində açılmış cinayət işinə cəlb etdi, rəhbərlik etdiyi gununsesi.info saytına blok qoyuldu, özünün ölkədən çıxışına qadağa qoyuldu.

Həcər ABASOVA

 

 

 

Print Friendly, PDF & Email