Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Özbəkistanın mərhum prezidenti Islam Karimov-un böyük qızı Gulnara Karimova-nın oğlu Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Bu haqda BBC-nin özbək xidməti məlumat yayıb.

Londonda yaşayan kiçik Islam Karimov-un vəkili yanvarın 30-da deyib ki, müştərisi azı bir ay öncə sığınacaq almaqdan ötrü müraciət edib.

Xəbərdə vəkilin adı açıqlanmır.

Vaxtilə atasının potensial varisi sayılan Karimova 2014-cü ildə korrupsiya qalmaqalı üzündən ictimai həyatdan çəkilib, hazırda həbsdədir.

Oğul Karimov dekabrda deyirdi ki, anasının üzləşdiyi “dəhşətli” durum üzündən Britaniyadan sığınacaq istəməyi planlaşdırır.