Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Dünya Sair və Yazıcılar İttifaqının sədri Qaraxan Əkbəroglu, Vyana

 

yagubovg@mail.ru

 

Kimdir bu dövləti söküb- satanlar !?

Əttökən fikirlər, təriflər yazıb,
Millətin başını sözlə qatanlar.
Nədən ad çəkmirsiz bircə dəfə də,
Kimdir bu dövləti söküb- satanlar !?

Qazı öz xalqına üç dəfə baha,
Satırlar nefti də yetmişə daha,
Yüz oyunla batsa da min günaha,
Kimdir oyun ilə ara qatanlar.

Müxalifət partiyalar qurulub,
Başlarında isə yaltaqlar durub,
Övladını Londonda oxutdurub,
Rəhbər olub arzusuna çatanlar.

Çıxışıya hər kəsi qandıranlar,
Niyə demir parlamentə olsun ar,
Kökü ermənidən neçə rəhbər var,
Kim olubdu torpaqları satanlar.

İyirmi il iş yeri olmayanlar,
Heç bir yerdən maaşsa almayanlar,
Bir soruşun gəlir yeri hardan var,
Ay mitinqlə başımızı qatanlar.

İnanın dövlətdən paket alırlar,
Qalmayıb onlarda namus, qeyrət- ar,
Hansı pulla qulluqçu saxlayırlar,
Dost deyib yoldaşı oda atanlar.

Adam var acından, hirsindən ölür,
Fağır can verəndə, zalımsa gülür,
Başçılar kasıbın malını bölür,
Kef edir barlarda rüşvət alanlar.

Bəsdir, erməniyə deməyin ağa,
Sarılın hamınız şanlı bayrağa,
Yatmayın igidlər, qalxın ayağa,
Rahat yata bilmir şəhid olanlar.

Bizə mitinq deyil, üsyan gərəkdir,
Savaşmağa sağlam ruh, can gərəkdir,
Qaraxandan haqqa qurban gərəkdir,
Durun, haqsızlıqdan cana doyanlar!

Qaraxan Əkbəroglu, Vyana

05.04.2018