Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KQB generalı Hilal Əsədovun agenti, “mühacir alverçisi” və nəhayət “jurnalist” Fikrət Hüseynli Ukraynada saxlanıldı – MTN işi

 

Hilal Əsədovun adamı, “mühacir alverçisi” və nəhayət “jurnalist” Fikrət Hüseynli Ukraynada saxlanıldı

Hollandiyada yaşayan “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli Ukraynada  saxlanılıb.

 

Avropa.info xəbər verir ki, bu haqda müxalifətçilər sosial şəbəkələrdə məlumat yayıblar.
AXCP-çilər Hüseyinlinin Azərbaycan hakimiyyətinin istəyi əsasında saxlanılması görüntüsü yaratmaq istəyirlər. Lakin, qısa araşdırma nəticəsində məlum olub ki, İnterpolun axtarışda olan şəxslərinin siyahısında Fikrət Hüseynlinin adı yoxdur. Bu səbəbdən də olun Azərbaycan hüquq mühafizə orqanlarının İnterpola sorğusu əsasında saxlanılması mümkün deyil.
Bu arada xatırladaq ki, Fikrət Hüseynlinin adı bir çox qalmaqallarda hallanır. Onun ləğv olunmuş MTN nazirinin müavini Hilal Əsədovun mediadakı adamı olduğu haqda məlumatlar var. Bundan başqa, Fikrət Hüseynlinin Avropaya gedən  azərbaycanlı “sənəd düzəltmək” adı ilə xeyli miqadarda pullar qazandığı da gələn məlumatlar arasındadır. Onun bununla öz biznesini qurduğu bildirilir. Hətta bu məsələylə bağlı mediada və sosial şəbəkələrdə də mütəmadi yazılar yazılıb.

15.10.2017

avropa.info