Print Friendly, PDF & Email

 

 

 

 

 

1.KQB-in Avropaya yerləşdirdiyi agentləri media üzərindən hər şeyi düz danışırlar, lakin DTX ilə iş birliyi öhdəliyindən irəli gələn bir məsələni yalan danışırlar…
Casus DTX ilə bagladıgı əməkdaşlıq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirir. Və onların Avropada əsas işi də bu yalandır, buna görə də KQB maaşı alırlar. Bu səbəbdən də Azərbaycan DTX-sı tərəfindən külli miqdarda pul müqabilində Avropaya yerləşdiriliblər. Onlara ayrıln büdcə vəsaiti Azərbaycan Təhsilinə ayrılan pul vəsaitindən çoxdur…
2.KQB-in Avropada yerləşdirdiyi casus şəbkəssi özlərini müxtəlif formalarda  büruzə verirlər: Diaspora təşkilatının əməkdaşları, Mədəniyyət efinin əməkdaşları, ən radikal müxalifət partiyasının funksioneri cilidində, jurnalist cilidində, mühacir cilidində, turizm təşkilatları formasıda , iş adamı, “Vor zakon”, sex düşkünü  və s. olurlar.  Bu kataqoriyadan olan KQB casuslarının Avropada yaşayan müstəqil fikirli Azərbaycan mühacirlərinə qarşı terror təzyqlərinin Azərbaycan Gizli polisinin  dövlət terrorundan  məzmunca heç bir fərqi yoxdur.
3.Bunlar real müxalifətçi kimi Azərbaycan hakimiyyətinin əleyhinə etiraz protestolarında iştirak etmirlər.  Bunların işi Xaricidə mütəşəkkil cinayətkar təşkilatdan ibarət Miqrassiya Agentliyi yaradıb zəlil günə qalmış öz dogma vətənlərindən zorən qaçqın düşmüş Azərbaycan vətəndaşlarını dolandırmaq və qorxutmaqla  məşguldurlar.
Fikir verin, 2013-cü ilin məlumatına görə Fransada 184 min, Almaniyada 360 min Azərbaycanlı mühacir qeydə alınıb. Lakin, onların 10%-i belə etiraz mitinqlərində iştirak etmirlər. Bunların da çoxu 90%-i müxalifət partiyalarının xarkteristikası ilə otrum alıblar. Və onların əksəriyyəti, Fransa Miqrasiya İdarəsinə  verdiyi yalan hekayələrində Azərbaycan diktatoru İlham Əliyevin əleyhinə ifadə ermələrinə baxmayaraq Diktatorun Fransaya gəlişi zamanı onu Azərbaycan bayragı ilə qarşılayırlar.
Avropada yaşayan Azərbaycanlı mühacirin digər müstəqil fikirli mühacirin əleyhinə böhtan kompaniyasında iştirak etməsi onun DTX ilə iş birliyində olmasıdır. Bunun iknci bir şərhi yoxdur. Bunlarla rastlaşan Azərbaycanlı mühacirlər, bəzən özünü bir anlıga Fransada deyil, Azərbaycanda hiss edirlər…
KQB (DTX)-in Avropada yerləşdirdiyi Gizli polisini necə tanımaq olar !?
Casusu necə tanımaq və məxfi əməkdaşlığa cəlb olunmanızı (verbovkanı) anlamaq? Latviya xüsusi xidmətinin metodikası:
Latviyanın təhlükəsizlik polisi ilk dəfə olaraq məxfi əməkdaşlığa cəlb olunma və casuslara qarşı mübarizə qaydalarını nəşr edib. Sənəd ədliyyə və dövlət məmurları üçün nəzərdə tutulub. Burada xarici xüsusi xidmətlərinin hansı informasiyalarla maraqlana biləcəyi, cəlb olunmanın əlamətləri və şəxsin xarici hökümətə işləyib-işləmədiyini aşkar etmək yolları başa salınır.
Kimlər ehtiyatlanmalıdır
“Yerli və dövlət məmurları vacib informasiyanın əsas qaynaqlarıdır,” təlimatda qeyd olunur. Casusları təkcə dövlət sirləri deyil, dövlət orqanlarının gündəlik informasiyaları da maraqlandıra bilər. Bu səbəbdən bütün dövlət işçiləri vəzifəsindən asılı olmayaraq məxfi əməkdaşlığa cəlb olunma təhlükəsi ilə üzləşirlər.
Casuslar nə ilə maraqlana bilərlər?
– Rəsmi istifadə üçün nəzərdə tutulan məlumatlar;
– Digər dövlət orqanları, xarici təşkilatlar, podratçılar və qeyri-hökümət təşkilatları ilə görülən işlər barədə məlumatlar;
– Qanunların, layihələrin, islahat planlarının ilkin versiyaları, daxili planlaşdırma sənədləri və s.;
– Şəxsi məlumatlar, peşə təlimləri, texniki avadanlıqlar;
– Təşkilatın təhlükəsizlik tədbirləri;
– Ləkələmək – nüfuzdan salmaq üçün – daxili ixtilaflar, xarakterin mənfi cəhətləri, işdən narazıçılıq kimi istənilən informasiyalar.
Casusu harada görə bilərsiniz
Latviya təhlükəsizlik polisinin verdiyi məlumata görə, xarici kəşfiyyat xidmətlərinin mütəxəssisləri özlərini diplomatlar, dövlət və bələdiyyə qurumlarının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, sahibkarlar, jurnalistlər və digərləri kimi qələmə verə bilər.
Casuslar konfranslar və seminarlar kimi beynəlxalq tədbirlər, qeyri-rəsmi görüşlər və ya qohumları, dostları və xarici ölkələrdəki tanışlar vasitəsilə əlaqə yaratmağa çalışırlar.
Digər metod xarici ölkədə məxfi əməkdaşlığa cəlb olunanı hansısa bir qanun pozuntusunda (məsələn, sənədlərin yanlış doldurulması və ya qadağan olunan əraziyə daxil olma) təqsirli bilməkdir. Sənəddə deyilir ki, bu cür hallar provokasiya ola bilər.
Şübhəli davranışlar
Təlimatda deyilir ki, bütün danışıqlar heç də həmişə məxfi əməkdaşlığa yol açmır. Casus sadəcə vacib məlumatları öyrənə bilər.
Təhlükəsizlik polisi məxfi əməkdaşlığa cəlb olunmanın əlamətlərini sadalayır.
– Tanış ünsiyyət, qeyri-rəsmi söhbətə keçmək arzusu;
– Sosial şəbəkələrdə dostluğa əlavə olunma;
– Söhbət zamanı siyasət, dəyərlər, perşəkar bacarıqlar və başqa şəxsi mövzularda söhbətlərə keçməyə çalışmaq;
– İş öhdəlikləri və xidmət yeri haqda mövzularda söhbətlər.
Metodiki vəsaitdə bildirilir ki, xüsusi xidmət aqentləri qeyri-rəsmi şəraitdə görüşlər təklif edib, onların istəklərini yerinə yetirməyi xahiş edə bilərlər.
Vətəndaş məxfi əməkdaşlığa cəlb olunarsa təhlükəsizlik polisi gələcək əlaqələrə son qoymağı və hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görür.
Metodiki təlimatda bildirilir məxfi əməkdaşlığa cəlb olunanlar kritik situasiyada – məsələn, ailə üzvlərinə həbs və təzyiq təhdidi altında, xarici kəşfiyyatla əməkdaşlığı qəbul edə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ulduz, Fransa, Paris,07.10.2018

P.S. Mövzu ilə baglı fikirləri bu internet adresə göndərin:

www.avropaninsesi.com

info@avropaninsesi.com