Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Foto: Fransa, Paris, Eyfell Qülləsi

 

 

 

 

 

Kürdəmir sözü məkan etibarı ilə Kür çayının  dəymədiyi yer  mənasını verir – elshadalawprof@gmail.com

Fikrimcə,  Kürdəmir sozu də cox qədimlərdən movcud olduğundan onun etimologiyası haqqında bir sıra  fərziyyələr və rəvayətlər soylənilir. Bu gun də bu rəvayətlərdən 3-ü daha cox yayılmışdır.

Dünyada heç nə unudulmur.Yerini-yurdunu-millətini danan adam namərddi deyirlər. Yaşlı nəslin dediklərindən mənə bəlli olan budur.Mənim nənəm Tükəzban xanım 113 yaşında dünyasını dəyişib. Alllah ölənlərinizə rəhmət eləin, qəbiridə Kürdəmir Rayonunun Şahsevən-Qaraqocallı kəndinin qəbirstanlıgında yerləşir. Ata babam Mahmud və ana babam Mikayıl  ziyallı adamllar oduqlarına Müsavatçı kimi gedər-gəlməzə Sibrə sürgün ediliblər və geri qayıtmayıblar. Hər ikisi də Stalin reressiyasının qurbanları olublar. Azərbaycan müstəqil dövlət olmasına baxmayaraq, eyni məzmunlu dövlət terroru bu gündə Azərbaycan xalqına qarşı davam edir.  Mən də Kürdəmirdən çıxan ilk hüquq professor kimi öz dogma vətənimizdən 2012-ci ildən Avropaya sürgün edilmişəm. Lakin, onlardan fərqli olaraq biz geri dönəcəyik. Çünki, biz Sibir sürgünündən fərqli olaraq elm-mədəniyyət mərkəzi dünyanın paytaxtı Paris şəhərində yaşayırıq. Buradan hər şey ovcünun içindəki kimi görünür.

Bir əsrdən çox yaşamış nənəmin dediklərindən mənə bəlli oludu ki, ən düzgü və həqiqət də budur. Sözün tam mənasında  da bu obyektiv həqiqəti əks etdirir.

Birincisi, yerli yaşlı əhalinin həqiqəti əks etdirən fikri budur ki, Kürdəmir sözü məkan etibarı ilə Kür çayının  dəymədiyi yer  mənasını verir.

Həmin daşqınlar əsasən yazın sonu və yayın əvvəllərində (köhnə kişilərin dili ilə desək qara tut dəyəndə) baş verdiyindən Kür sahili kəndlərinin əhalisi həmin vaxtlarda subasmayan məkanlara  köçər və sel təhlükəsi sovuşana qədər hazırkı Kürdəmir şəhərində  məskunlaşardılar.

Kür və Qarasu çaylarının birləşərək yaratdığı daşqınlar hazırkı Sor-Sor kəndi ərazisindən xeyli şimal tərəfə qədər ərazini su altında qoyardı. İndiki Kürdəmir şəhəri ərazisinə isə su gəlib çıxmaz, bu yer Kürün daşqınlarının toxunmadığı sahə hesab olunardı. Odur ki, Kürün dəymədiyi yer, sahə elə Kürdəmirdir. Bu barədə əslən Kürdəmirli dünya şöhrətli mərhum dilçi professor Agamusa Axundovla da apardıgım fikir mübadiləsi də yaşlı nəsilin dediklərini bir daha təsdiq edir.

Araşdırın: 1.Kür dəymir; 2. Kürə dəymir; 3. Kürə Dəmir (Kürədə qızmış dəmir);  4.Ərəb sərkərdəsi “Kürrəmid”in öldürüldüyü yer .Kürrəmid, Səs dəyişməsi – Kürdəmir – Kürdəmir …

Dilin inkişafı zamanı gedən proseslər Kür dəymir ifadəsində də dəyişikliklər yaratmış və bu ifadə assimilyasiyaya uğradığından Kürdəmir şəklində formalaşaraq coğrafi termin kimi qeydə alınmışdır.

Hamıya bəllidir  ki, coğrafi adlar formalaşarkən yerin, ərazinin relyefi, əhalisinin tərkibi və digər xarakterik xususiyyətləri nəzərə alınır. Həmin ərazilərdə yaşayan tayfa və xalqların dili, adət – ənənələri, tarixi abidələri daha cox ustunluk təşkil edir.

Mən 25.09.1954-cü il tarixində Kürdəmir Rayonunda nadan olmuşam və 10 il Kürdəmir Rayon Təhsilinin Akademiyası olan Kürdəmir Şəhər 1 saylı orta məktəbində oxumuşam.

 

Foto: Mənim 10 il Orta təhsil aldıgım Kürdəmir Rayon Təhsilinin Akademiyası  –  Kürdəmir Şəhər 1 saylı orta məktəbi. Həyatda nə ugur qazanmışamsa bu məktəbə borcluyam…

Bu ərəfədə 3 məktəb drektorumuz olub Şərafətdin müəllim, Oktay Babayev (yoldaşı Frəngiz xanım filologiya müəllmi) Heybət müəllim . Hamısıda dünyada tanıdıgım ən yaxşı pedaqoqlardı. 1 saylı Orta məkəb müəllimlərimdən Xalid, Tərxan, Zibeydə(qızı Sənubər), Xanış, Baba, Soltan, ər-arvad riyaziyyatçı Sara- tarixçi Alı İsmayılovlar (oglu sinif dostum Elxan), rus dili müəlliməmiz Varvara (oglu rus Yoska), kimyaçı Səftər, yoldaşı Solmaz, qonşum Əövsət Yusfov (oglu Fərhad) və s. müəllimlər. Bu gün həyatda sag qalanları varsa can saglıgı arzu edirəm, dünyasını dəyişənlər varsa Allah rəmət eləsin. Onların qarşısında baş əyirəm və sonsuz hörmətlə yad edirəm. Hörmətli müəllimlərim, haqqınızı həlal edin! Mən bir hüquq pofessoru olaraq hər yerdə deyirəm ki, Kürdəmir Şəhər 1 saylı orta məktəbi orta təhsil müəssisəsi deyil, Elmlər Akademiyasıdır. 1979-cu il tarixindən Bakı Dövlət Universitetini hüquq fakültəsini Qırmızı diplom-Fərqlənmə diploma ilə məzunu olmuşam. Bu ərəfələrdə də həmişə dogma Kürdəmir Rayonunna hər həftə gedib-gəlmişəm.

Bu fikirin dogruligunu təsdiq edən əsas obyektiv amillərdən biri də Kürdəmir Rayonunun  azərbaycan dilində yazıb-danışmasıdır.Bizim Rayonda həmin ərəfəərdə kürd dilində danışan və yazan adamlar görməmişəm, müşahidə etməmişəm.

Azərbaycan Konstitussysaına görə Azərbaycanın dövlət dili azərbaycan dilidir.

 

Foto: Kürdəmirin “Ag evi” deyərdik,  Kürdəmir Rayon Mərkəzi Kino-Tearr Klubu

 

Foto: Xalq arasında Kürdəmirin “Qız qalası”. Uşaq illərində bu qalanın üstündən baxanda bütün rayn elə bil ovcuun içində idi. Yaşlı nəslidən eşitdiyimə görə Alman əsirlər tərəfindən tikilmiş su Vişkasıdı. Mən Klubla Su Vişkası arasnda yerləşən Oktyabr kücəsində anadan dogulub -böyümüşəm.

 

Foto: Mən burada anadan olmuşam, ata yurdum, Oktyabr küçəsi  1, Kürdəmir Polis Şöbəsinin yanı,  solunda Klub-“Ag ev” və sagında  “Qız qalası”- Su vişkası.Bu kümədə yadımda qalan uşaqlıq dostları-Rafiq, Mətləb, Fərhad, Təbriz, Teymur, Elşad, Maya, Mələk, Raya, Sveta, Adil, Nazim, Zabit, Telman, Niyazi, Qurban və s. 

 

 

Foto: Ata babam Şahsevən kəndindir

 

 

Foto: Ana babam Qaraqosallıdı

 

 

Foto Kürdəmirin İpək yolunun üzərində yerləşən “Dörd yolu”, Sol tərəfində “Voyenni qarodok”- keçmiş SSRI-də əhəmiyyətinə görə 5-ci Hərbi şəhərcik hesab edilirdi.

 

 Mən millətçilikdən uzaq adamam, Azərbaycanda yaşayan 86 etnik xalqın hamisına hörmətim sonsuzdur, AR-sı Konstitusiyasına ğörə Qanu qarşısında bərabərhüquqlu Azərbaycan vətəndaşıdı. Şəxsən mənim hec kimlə də şəxsi qərəzliyim yoxdu. Lakin, ğörünən budur ki, etnik separatizm politikası pərdəsi adı altibda Azərbaycanin ərazi bütövlüyünə və dövlətçiliyinə qəsd edilir və bu bizim ğözlərimiz qarşısıbda baş verir. Mənim Azərbaycanda yaşayan Talış qohumam var, yaxın dostluq etdiyim kürd, ləzgi, rus, yəhudi və s. etnik millətlərdən  Onlardan separatçılıq görməmişəm, normal Azərbaycanlıdır. Həmişədə Azərbaycanın bütövlüyün dəstəkləyiblər. Bakıda olanda kürdlərin, ləzgilərin, talışların, yəhudilərin toyunda və yaslarında iştirak etmişəm.

İkinci  rəvayətə gorə ərazidə köcəri Dəli Dəmir ləqəbli bir igid yaşamışdır. Guya Dəli sozunun digər ifadə forması Kürdür. Bu yer də onun şərəfinə adlandırılmışdır.

 

Üçüncü versiya isə Kürd Əmir və ya Qurd Əmir ləqəbli kürd əsilli tayfa başçısının adı ilə bağlanır.

Kürdəmir haqqında ikinci və ücüncü rəvayətləri   səhv fikir hesab edirəm. Odur ki, Kurdəmir ərazisində köçəri xalqlar yaşamadığı üçün bu ərazinin köçəri tayfa numayəndəsi Dəli Dəmirlə heç bir bağlılığı ola bilməz.
Mən qətiyyətlə bildirmək istəyirəm ki, Kürd Əmirin yurd saldığı yer də Kürdəmir deyil. Ən azından ona gorə ki, nə ərazidə bircə dənə də olsa Kurd yaşayış məntəqəsi movcud deyil , nə də hazırda 110 mindən çox rayon əhalisi arasında bir nəfər də olsun kurd yaşamırdı və məndə 60 il yaşadıgım ərazidə nə kürd dilində danışan və nə yazan şəxs görməmişəm. 1772-ci ilədən hazıra qədər kürdlərin kompankt yaşadıgı ərazilər erməni işgalçıları tərəfindən işgal edilmişdir.

Lakin, Bakı şəhərində mənim rektoru oldugum Azərbaycan Beynəlxalq Universitetində azda olsa kürd, talış, rus, ləzgi, rus və s.  dilində yazan və danışan müəllimlər çalışırdı. Onlar mənimlə çiyin-çiyinə çalışıblar, onlardan heç bir ayrlı-seçkilik müşahidə etməmişəm. Yadda, saxlamaq lazımdır ki, ayrı-seçkilik, o zaman baş verir ki, xalqlar  natəmiz rəhbər politkaçıların kirli oyunlarının qurbanına çevrilirlər. Bu xoşa gəlməyən söhbətlərində əsas mənbəyinidə brada axtarmaq lazımdı…

Dunya Qitələrə, qitələrlər bölgələrə, bölgələr dövlətlərə, dövlətlər rayonlara, rayonlar da kəndlərə bölünür. Fransa xəritəsinə görə Azərbaycan Avropa materikinə daxil olub Asiya qitəsilə həmsərhəddidir. Mənim anadan oldugum rayon dünyanın ən yaxşı bölgəsi Kürdəmir rayonudur. Orada yaşayan insanlar Allaha yaxın olduqları üçün Allah təla Kürdəmir Rayonuna bütün maddi nemətləri onun kəndlərinə ən yaxşısını və təmizini bəxş edib. Var olasınız Kürdəmirlilər, Sizinlə fəxr edirəm !

 

Elşad Abdullayevin Facebook səhifəsindən,

Ulduz, Paris, 23.12.2017

info@avropaninsesi.com