Məhkəmə Almaniyada mühacir həyatı yaşayan Hüseyn Abdullayevlə bağlı qərar verdi – Bakı


Print Friendly, PDF & Email

 

 

 

 

Hüseyn Abdullayevin həbs müddəti 3 ay uzadıldı

Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdim etdiyi vəsatətə baxılıb.

Minval.İnfo xəbər verir ki, vəsatə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə vəsatəti təmin edib və H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub. 3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

Bundan başqa ayrı-ayrı şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Minval.İnfo

 

 

 

 

 

Related Posts

Mahir Abdullayevin ogurlanması  cinayətini  guya kriminal  “Razborka” zəminində baş vermiş  kimi deməklə, insanlarda Vidadi İsgəndərliyə qarşı qeyri-ciddi insan kimi fikir formalaşmasına səbəb oldu – Pərviz Əliyev – Paris 

Mahir Abdullayevin ogurlanması  cinayətini  guya kriminal  “Razborka” zəminində baş vermiş  kimi deməklə, insanlarda Vidadi İsgəndərliyə qarşı qeyri-ciddi insan kimi fikir formalaşmasına səbəb oldu – Pərviz Əliyev – Paris 

Hüquq müdafiəçisi və Prokuror səlahiyyətlərinin fərqini bilməyən Vidadi İsgəndərli Mahir Abdullayevin ogurlanması cinayətini bilə-bilə susması Fransa Qanunlarına görə də agır dövləti cinayət hesab edilir

Hüquq müdafiəçisi və Prokuror səlahiyyətlərinin fərqini bilməyən Vidadi İsgəndərli Mahir Abdullayevin ogurlanması cinayətini bilə-bilə susması Fransa Qanunlarına görə də agır dövləti cinayət hesab edilir

Pul və investisiya qoymaq müqabilində hansı ölkələrdən vətəndaşlıq əldə edə bilərsiniz ?

Pul və investisiya qoymaq müqabilində hansı ölkələrdən vətəndaşlıq əldə edə bilərsiniz ?

No Comments Yet

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.