Fransada yaşayan bloqqer, ABU-nun sabiq rektoru Elşad Abdullayevin sözçüsü kimi tanınan Elnur Məcidlinin ötən ilin son günlərində dövlət başçısını dəstəkləməsi ilə bağlı sosial şəbəkədə paylaşdığı status hələ də müzakirə mövzusudur
Xatırladaq ki, E.Məcidli statusunda “Amerikada, Avropada xırda bir sosial dəyişiklik etmək üçün ən azı on il vaxt gedir. Bu işlərdə İlham Əliyevin rolu böyük olacaq. Bunu deməkdən qorxmaq lazım deyil, ən böyük tənqidçi olsan belə”, – cümlələri ilə xeyli diqqət çəkmişdi.
E.Məcidlinin bu statusu E.Abdullayevin mövqeyi ilə bağlı sualları da artırdı: Sabiq rektor sözçüsünün bu fikirlərinə qatılırmı? Hakimiyyətlə apardığı savaşı yekunlaşdırdımı?
Musavat.com bu məsələ ilə bağlı E.Abdullayevə sual ünvanlayıb. ABU-nun sabiq rektoru sualla bağlı geniş cavab yollayıb və onu eyni anda sosial şəbəkədəki ünvanında da paylaşıb. Amma cavab sualın əhatə dairəsindən xeyli çıxıb və dövlət başçısı İlham Əliyev barədə sərt, məhkəmə perspektivi vəd edən ittihamlar səsləndirib. Musavat.com bu məqamı nəzərə alıb, cavabın yalnız E.Məcidli ilə bağlı olan hissəsini yayımlayır.
E.Abdullayev öncə onu bildirib ki, “mənim tanıdıgım Elnur Məcidlinin bu bəyanatı başa düşüləsi deyildir”: “Bu, onun görünən siyasi fəaliyyəti və təfəkkür tərzi ilə daban-dabana ziddir. Biz saxta və qeyri-səmimi bəyanatları dəstəkləmirik”.
Sabiq rektor daha sonra özünə və ailə üzvlərinə qarşı edilən hüquq pozuntularını yada salıb. Media olaraq bunlar barədə dəfələrlə və tam əhatəli yazdığımız üçün onları xüsusi təkrarlamağa ehtiyac görmədik. E.Abdullayev özü də xatırladıb ki, bu həqiqətlərin bir çoxu KİV-lərdə və sosial şəbəkələrdə ictimailəşdirilib: “Sözün açığı, ölkə hüquqi böhran vəziyyətindədir. İnsan hüquqlarırının mühafizə olunması haqqında Avropa Konvensiyası və AR Konstitusiyası kobud şəkildə pozulmaqda davam edir. Rejimin cinayətlərindən zərəcəkmiş şəxslərin elementar hüququnu müdafiə etməyin dövlət təminatı yoxdur. Yaxşı deyirlər, dövlətcilik iki halda sarsılır: Birincisi, hec bir günahı olmayan adama cəza verildikdə. İkincisi, günahkara cəza vermək əvəzinə mükafatlandırılanda. Həm də KİV də acıq-aşkar cinayət xarakterli yalan məlumatlar yayıldıqda cəmiyyətdə dövlətcilik məfhumu yox olur.  Qeyd etmək istəyirəm ki, Elnur Məcidlinin mənəvi haqqı yoxdur ki, İlham Əliyevi dəstəkləsin. Dəstəkləyirsə, bu işdə qaranlıq məqamlar vardır, onun kecdiyi həyat yolu buna gətirib cıxarırıbdır”.
E.Abdullayev bundan sonra E.Məcidlinin həyatı barədə bəzi məqamları paylaşıb: “Elnur Məcidli yüksək ali təhsil alıbdır : 2001-2007 illərdə Türkiyədə Galatasaray Universitetinin hüquq fakültəsindən məzun olub; 2008-2009 illərdə Strasburg Universiteti hüquq fakültəsinin 3 illik Licence mərhələsini; 2009-2010 illərdə Strasburg Universiteti hüquq fakültəsinin 2 illik master pilləsini bitiribdir. O, Fransada əmək fəalyyətinə 2004-2005-ci illərdə  AzerNews jurnalının müxbiri, 2006-2007 illərdə Trend News Agentliyinin müxbiri, 2005-2006 illərdə isə LIDER TV-in Fransada müxbiri kimi başlayıbdır. Bu səbəbdən də Avropa Azərbaycanlılarının Milli Birlik Şurası, Avropa azərbaycanlıları da onu həmişə prezidentin əmisi oglu,  LİDER TV-in drektoru prezidet İlham Əliyevin əmisi oglu Ədalət Əliyevin adamı kimi qiymətləndiriblər, həmişə mənə tövsiyyə edirdilər ki, o, LİDER TV-nin “KQB” jurnalistidir.
Lider TV-in drektoru prezidet İlham Əliyevin əmisi oglu  Ədalət Əliyev
Lider TV-in jurnalisti Elnur Məcidli
Hətta, mənə sosial şəbəkələrdə tənqidi mesajlar da ötürürdülər . Amma, mən buna əhəmiyyət vermirdim. Sosial şəbəkələrdə “11 mart – Böyük Xalq Günü” və “2 Aprel – Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçılarından biri barədə İnterpol vasitəsilə axtarış elan olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidli barəsində beynəlxalq axtarış elan edilməsi haqqında məlumat təsdiqlənib. Onun barəsində dövlət əleyhinə açıq çağırışlar etmə maddəsi ilə cinayət işi başlanıb. 1 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə Məcidli Elnur Abdulla oğlu barəsində cinayət işi başlanıb. Elnur Məcidli barəsində Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. 2011-ci il iyunun 2-də təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırılması qərara alınıb. Azərbaycanın şanlı Hüquq Mühafizə Orqanlarının ‘humanist” fəaliyyəti nəticəsində birdən-birə dövlət cevrilişi etmək istəyən adamı əfv etməsi tərəflərin qarşılıqlı öhdəliklər götürməsi ilə baglıdır. Bundan öncədə, mənimlə ünsiyyətdə olan Fransada yaşayan siyasi mühacirlər – Mustafa Alnca, Əlheydər Agayev, KQB-in kecmiş müstəntiqi Ramin Nağıyev də formaca müxtəlif olsalar da, məzmunca eyni mahiyyətli müxalifət cilidinə girmiş gizli polisin əməkdaşları idilər. Hazırda, Avropada jurnalist cilidində həqiqi demokratik müstəqil fikirli siyasi mühacirlərə qarşı coxsaylı gizli polisin KQB agentləri yerləşdirilibdir”.
Hazırladı: Sevinc TELMANQIZI 
Daha ətraflı
http://musavat.com/news/gundem/elshad-abdullayev-elnur-mecidlinin-beyanatini-pisledi_237519.html
P.S.  Daha ətraflı aşagıdakı fotolara bax, tanı və Sosial şəbəkələr üzərindən paylaçşınkı Sizi sabah pis duruma sala bilməsinlər. Onları üzdən tanıyın:
Foto: Fransanın Strasburq şəhərində  KQB-in agenti Əlheydər Agayev
Foto: Strasburqda KQB-in agentləri Əlheydər Agayev və İsmayıl
Foto: KQB-in Strasburqda yerləşdirdiyi Xəfiyyələri: Fotoda soldan birinci KQB-in tərcüməçi Mustafa Alınca;  ikincisi Qafar Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı;  ücüncüsü Prezidentin Fransada təcrüməçisi Elvin Abbasbəyli;  dördüncüsü Diaspora Komitəsinin aktivisti  iş adamı İlham Salyanski
Foto: Fransanın Karkason şəhərində yerləşdirilmiş KQB-in  Xəfiyyəsi  keçmiş Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində 12 il işləmiş Heydər Əliyev DTK-in Baş İstintaq İdarəsinin rəisi keçmiş polkovnik Ramin Nagıyev (Kod adı “KQB-in Baş cəlladı”)
Print Friendly, PDF & Email