parviz1984@live.com

Mənə bir şəhid göstər Atası nazir anası deputat olsun !
Vətənimiz uğrunda canından qanından keçmiş bizlər üçün vətəni qorurkən şəhid olmuş qardaşlarımızın qan pulunu aylardır ki, Əliyev rejimi vermək istəmir.Bu şaxtalı qışın soyuğunda şəhid analarımız Prezident aparatının qatşısında evladlarının qan pulunu yələb edir.Əziz həmvətənlərim şəhid ailəsinə bu cür hörmətsizlik edən bu cür diqqət qayğı göstərən bir rejim sadə vətəndaşa nə qayğı göstərəcək?
Şəhid ailələrinin 11 min manat qan pulunu verə bilməyən rejim xarici ölkələrdə lazımsız layihələrə məbədlərə milyonlarla xalqın sərvətini xərcləyirlər.Biri Erməni kilisələrinə pulsuz qaz verir deyir Allah rızası üçün edirik.Erməni isə o ermənidir ki, Qarabağda Xocalıda bizim günahsız körpələrimizi yaşlı ata analarımızı qətlə yetirib.ölkədə bir dənə qanunla çalışan qurum yoxdur.sonra deyirlər niyə yazırsan?
Bəs bu qədər haqsızlığı görübdə yazmamaq sizcə mümkünmü?
Qonşu ölkələr artıq demokratik seçkilər keçirdir biz isə hələki onlara tamaşa etməklə kifayətlənirik.Bizim nəyimiz əskikdi Gürcülərdən və yaxud mənfur qoşularımız olan ermənilərdən?Çox istərdim ki,bizim vətənimizdə də haqq-ədalət tezliklə bərqərar olsun azad seçki keçirilsin və xalq öz inandığı liderinə səs versin.Bəlkə o zaman söz azadlığından demokratiyadan söz açmaq olar.bu gün isə təəssüflər olsun ki, bu sadaladıqlarım hələki xəyal olaraq bizlərin ürəyində qalır.Fikrimcə Xalq öz müqəddəratını özü həll etməlidir.Kənardan heç kim gəlib bizə qarşı olunan haqsızlıqlara görə bizim yerimizə mübarizə aparası deyil bunu qətiyyən unutmayaq!Arzu edirəm 2019 cu il xalqımız üçün düşərli il olsun.Rejimin isə son ili olsun nəhayət xalqımız layiq olduğu kimi yaşamağa başlasın.Haqq ədalət bərpa olunsun.Sonda xalqımızın 2019 cu ildə əsl həmrəy olmasını arzu edirəm ki, bəlkə o zaman niyyətinə çata bilsin…

 

Pərviz Əliyev – Müstəqil jurnalist,  18.01.2019

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email