Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Pərviz Əliyev, Parizs, Eyfell Qülləsi, 2018

 

parviz1984@live.com

Hər bir Azərbaycanlı kimi mən də Doğma Vətənim olan Azərbaycanı azad,demokratik, müstəqil görmək istəyirəm.Bildiyiniz kimi,2003 cü ildən Hakimiyyəti zorla ələ keçirmiş,mənimsəmiş Əliyev rejimi heç cürə postu təhvil vermək istəmir.bu isə Dövlətimizin ildən-ilə geriləməsinə,xalqımızın səfalət içində yaşamasıma gətirib çıxardır.

2 fevral  2018-ci il tarixində Avropada yaşayan bir qrup müstəqil fikirli  mühacirlərlə  birlikdə Paris şəhərindəki Azərbaycan Səfirliyi qarşısındakı Siyasi məhbuslara azadlıq və Diktaturaya son  etiraz mitinqində çıxış etdik… Protestoda  bir daha Əliyev rejiminə qarşı tənqid və etirazlarımızı açıq şəkildə ifadə etdik. Lakin, Paris şəhərindəki Azərbaycan Səfirliyi qarşısında hakimiyyətə etiraz mitinqindn   sonra Azərbaycanda yaşayan yaxın qohumlarımız  dövlət terroruna məruz qaldılar.

Mənim Parisdəki Azərbaycan Səfirliyi qarşısındakı etiraz mitinqində iştirak etdiyimə  görə Azərbaycanda heç bir günahı olmayan şəxslər  KQB-in təzyiqlərinə məruz qaldılar. Bu səbəbdən də demək istəyirəm ki, söz azadlıgı yoxdu. Bütün diktatura dölətlərində söz azadlıgı görüntü xarakteri daşıyır…

Məndə burdan Əliyev rejiminə bildirmək istəyirəm ki, nə qədər ki, bizim ailələrimizi şantaj edir, bununla heç bir şeyə nail ola bilməyəcək.biz burada Avropada Azərbaycan gəncliyi olaraq axıra qədər mübarizəmizi davam etdirəceyik,taki Əliyev rejimi çevrilənə qədər,taki Əliyev rejimi məğlub olana qədər.Bütün necəki hər zaman tarix boyu Diktatorlar məğlub olmuşdur,eləcədə ümid edirəm ki,tezliklə Əliyev rejimi məğlub olacaq və biz öz arzumuza çatacağıq.Ar olsun rejimə…

 

 

 

 

 

 

Video: 
Avropada yaşayan bir qurup aktivislər,Parisdə mitinq kecirərək Heydər Əliyevin heykəlin Aşırdılar