632CB82B-558A-4F30-840A-6FEE6E8DFEBC_mw1024_mh1024_s

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının 19 avqust 2013-cü il tarixli Hesabatı, (187 səhifə), Çıxarış…

Mahir Abdullayevin Hüquqlarını Müdafiə edən Komitənin Hesabatı:

Mahir Abdullayevin ogurlanması cinayətində iştirak edən şəbəkə. 10 ildir açılmayan cinayət və ya Azərbaycan hakimiyyət Mahir Abdullayev cinayətinin açılmasında niyə maraqlı deyil !?

13-10-2013, 09:11

MTN zabitinin oğurlanmasından 10 il keçir; Faili-məchul cinayətin şok detalları Cumhuriyyet.az-da

Bu gün MTN zabiti Mahir Abdullayevin oğurlanmasından 10 il keçir. Cumhuriyyet.az olaraq M.Abdullayevin oğurlanmasıına dair cinayət işi ilə bağlı İctimai Təhqiqat Komissiyasının Hesabatını tam şəkildə təqdim edirik.

Ümumi məlumat

Hesabatın hazırlanmasında məqsəd Milli Təhlkəsizlik Nazirliyinin keçmiş zabiti Mahir İslam oğlu Abdullayevin 2003- cü il oktyabr ayının 13- də naməlum şəkildə oğurlanması, bu prosesin həyata keçirilmə vəziyyəti, mexanizmi, onu doğuran səbəbləri araşdırmaq, eyni zamanda baş vermiş cinayət işini tədqiq edən hüquq mühafizə orqanlarının  indiyə qədər bu və ya digər səbəblərdən ortaya çıxarmadığı bəzi məqamlara aydınlıq gətirməkdir.

Giriş. Hesabatın hazırlanmasında 2003- cü ildən indiyə qədər M. Abdullayevlə bağlı onun yaxınları, ailə üzvləri tərəfindən müxtəlif dövlət orqanlarına edilmiş müraciətlər, toplanmış dəlil- sübutlardan, şahid ifadələrindən, istintaq materiallarından, eləcə də itkin düşmış qardaşının geri qaytarılması müqabilində ondan pul, rüşvət və digər şeylər tələb edən şəxslərlə bağlı Elşad Abdullayev tərəfindən lentə alınmış çoxsaylı video, audio çəkilişlərdən və s.- dən istifadə olunub.

Hesabat sənədini hazırlayan İctimai Təhqiqat Komissiyası (İTQ) Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən yaradılıb. İTQ- nin məqsədi cinayət işini araşdıran hüquq mühafizə orqanlarından fərqli olaraq bu istiqamətdə obyektiv ictimai tədqiqat aparıb bütün bəşəriyyətin lənətlədiyi və qınadığı ən ağır cinayətlərdən olan adam oğurluğu cinayəti ilə bağlı bir sıra faktları ortaya qoymaq və onlara aydınlıq gətirmək, ictimai diqqəti problemə yönəltmək, Mahir Abdullayevin taleyi ilə bağlı qeyri- müəyyənliyi aradan qaldırmaqdır.

Mahir Abdullayev kim olub?

Mahir İslam oğlu Abdullayev 1962- ci ildə Kürdəmir rayonunda ziyalı ailəsində anadan olub. 1984- cü ildə Azərbaycan Pedoqoji İnstitunu, 2001- ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək sıravi müəllimlik vəzifəsindən professor elmi dərəcəsinə, eləcə də Azərbaycan respublikası Milli Təhlükəsizlik nazirliyinin mayoru rütbəsinə qədər yüksəlib. Mahir Abdullayev vətəninə, millətinə, dövlətinə sadiq, sadə ömür yolu sürüb. Fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Azərbaycan tarixi” kafedrasında çalışmış, dövrü mətbuatda 100-ə yaxın elmi yazısı və 7 kitabı dərc olunub. “Beynəlxalq həyat” jurnalının təsisçi- redaktoru və “Azərbaycan” qəzetinin müxbiri olub. Ölkə həyatının ictimai- siyasi həyatında aktiv iştirak edib, üzvü olduğu Yeni Azərbaycan Partiyasının Binəqədi rayonunda ilk özək təşkilatının sədri, YAP- ın 1- ci və 2- ci Qurultaylarının nümayəndəsi olub. Aktiv və nümunəvi ictimai- siyasi fəaliyyətinə görə YAP- ın Fəxri Fərmanı ilə təltif olunub.

Ziyalı ailəsində doğulan, ziyalı həyatı sürən, peşə fəaliyyətinə sadiq olan, kimsə ilə ədavəti və düşmənçiliyi olmayan, fəaliyyəti dövründə məhkumluq həyatı yaşamayan, ailəli, 2 övlad atası  Mahir Abdullayev 2003- cü ilin 13 oktyabrında gözlənilməz şəkildə oğurlanır. Təəssüflə qeyd etmək lazımdır ki, həmin hadisədən 10 il keçməsinə baxmayaraq M. Abdullayev tapılaraq ailəsinə təhvil verilməyib. Ötən müddət ərzində bu istiqamətdə müxtəlif dövlət orqanlarına onun yaxınları, xüsusən qardaşı Elşad Abdullayev tərəfindən çox saylı müraciətlər edilsə də müsbət nəticə əldə olunmayıb. Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı Azərbaycan Respublikası CM- nin müvafiq maddəsi ilə cinayət işi qaldırılsa və Prezidentin göstərişi ilə 2012- ci ilin oktyabr ayında Müstəqil İstintaq Komissiyası yaradılsa da onun tapılması və cinayətkarların aşkarlanıb cəzalandırılması ilə bağlı hər hansı nəticə əldə etmək mümkün olmayıb. Mahir Abdullayevin oğurlanması ilə bağlı 2003- cü ilin oktyabr ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin adam oğurluğu ilə bağlı cinayət işi açılsa da sonradan bu maddə CM- nin 120- ci maddəsin- adam öldürmə maddəsinə tövsir edilib. İndiyə qədər bu cinyət işi ilə bağlı 12 müstəntiq işə cəlb olunsa da konkret olaraq heç kim həbs edilməyib, hətta şübhəli şəxs qismində belə istintağa cəlb olunmayıb.

 

Mahir Abdullayev oğurlanana qədər…

Mahir Abdullayev oğurlandığı günə qədər Azərbaycan Beynəlxalq Universitetində və Milli Təhlükəsizlik Nazırliyinin Akademiyasında müəllim işləyib, MTN- nin zabiti olub, eyni zamanda bizneslə məşğul olub. Onun iş yerində yoldaşları ilə hər hansı konflikti olmayıb. Binznes fəaliyyəti ilə bağlı oğurlandığı son vaxtlarda MTN zabiti Akif Çovdarov, Qulu və Sənan adlı şəxslərlə ilə sıx əlaqələri və iş birliyi, tez- tez görüşləri və təmasları olub. Hətta, Elşad Abdullayev oğurlandığı vaxtdan az öncə onun Akif Çovdarovla birlikdə Rusiyanın flan şəhərində taxta binesi ilə bağlı səfərlərinə dair foto şəkil əldə edib və onu ictimailəşdirib.

Mahir Abdullayev eyni zamanda tanınmış müğənni Mətanət İsgəndərli ilə yaxın münasibətlərdə olub. Tez- tez görüşləri və müxtəlif bölgələrə birgə səfərləri olub. Hətta bu münasibətlər o səviyyəyə qədər qalxıb ki, Mətanət İsgəndərlinin 2003- cü ilin ortalarında Rusiyanın Sverdlovski şəhərində keçirilən görüşünün əsas təşkilatçılarından biri də Mahir olub.

M. Abdullayevin hakimiyyətdaxili müəyyən vəzifəli şəxslərlə də çox yaxın münasibətləri olub. Hətta bu münasibətlər və hakimiyyətin özündə ona münasibət o səviyyədə olub ki, prezidentin 2003- cü il seçki qabağı görüşlərinin birinin əsas təşkilatçılıq işi də ona etibar edilib və epizodların birində onun dövlət başçısının özü, yaxın ətrafı və təhlükəsizlik əməkdaşları ilə bir kadrda fotosu var. Xatırladaq ki, M. Abdullayev 2003- cü ildə dövlət başçısının respublika stadionunda seçki öncəsi keçiriləcək görüşündə iştirak etmək üçün evdən çıxmış və həmin gün oğurlanmışdır.

Mahir Abdullayev necə oğurlanıb?

Yuxarıda qeyd olunduğu kimi Mahir İslam oğlu Abdullayev 2003- cü ildə dövlət başçısının respublika stadionunda seçki ilə bağlı keçiriləcək görüşdə iştirak etmək üçün səhər saatlarında evdən çıxmış və oğurlanmışdır. Onun oğurlandığı gün və ondan əvvəlki günlərdə sürəkli əlaqədə və təmasda olduğu şəxslər var. Həmin şəxslər arasında əsas simalardan biri müğənni Mətanət İsgəndərlidir.

Aparılan araşdırmalardan, toplanmış sənədlərdən və MTN tərəfindən aşkara çıxarılmış anten telefon siqnallarından məlum olur ki,  oğurlandığı gün M.Abdullayevsürəkli Mətanət İsgəndərli ilə danışıb. O müğənni ilə oğurlandığı gün deyil, ondan öncəki günlərdə sürəkli telefon danışıqları olub.

2003-cü ilin 13 oktyabr günü sabiq prorektorun hərəkət trayektoriyasını əks etdirən hazırlanan sxemdə maraqlı faktlar var. Sözü gedən sxemi və bununla bağlı sənədləri Elşad AbdullayevMahir Abdullayevin oğurlanması üzrə istintaq yeni başlayarkən əldə edib və sənədləri ona MTN əməkdaşları 2003-cü il noyabrın sonlarında verib. Sənədi ötürən MTN əməkdaşları sonradan istintaqa ifadə verərək faktı – yəni sözügedən sənədləri E.Adbullayevə verdiklərini təsdiq ediblər. Bu sxem və sxem əsasında hazırlanmış sənəd Mahir Abdullayevin oğurlanmazdan öncə müğənni Mətanət İsgəndərlinin evində olmasını təsdiq edir. Yada salaq ki, keçmiş rektor bir neçə dəfə MTN əməkdaşı olan qardaşı Mahir Abdullayevin oğurlandığı gün 6 saat müğənni Mətanət İsgəndərlinin evində olduğunu bildirib. Yeri gəlmişkən qeyd edək ki, bir çox şahidlər və bu prosesdən məlumatalı olan insanlar da Mahir Abdullayevin M. İsgəndərlinin evindən oğurlandığını təsdiq ediblər. MahirAbdullayev Mətanət İsgəndərli ilə oğurlanandan bir neçə il öncə tanış olub. Onların arasında yaxın münasibətlər Mahir Abdullayev oğurlanan günə qədər davam edib. E.Abdullayev bildirib ki, qardaşından külli miqdarda pul tələb edən şəxslər onun faktiki olaraq girov götürülməsi üçün Mətanət İsgəndərlidən istifadə edib və müğənni də bu prosesdə bilərəkdən iştirak edib.

Aparılan tədqiqatlar və M. Abdullayevin ailə üzvləri təsdiq edirlər ki, 2003-cü il oktyabrın 13-də səhər saatlarında M. Abdullayev M.İsgəndərlinin evinə çağırılıb. Müğənninin evində təxminən 6 saat qalandan sonra Mahir M.İsgəndərlinin yaxın qohumları və onunla işləyən şəxslərlə bərabər Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bir neçə saat sonra müğənninin qohumları və işçiləri BŞBPİ-dən buraxılsalar da Mahir Abdullayev 22 gün orada saxlanıb. Daha sonra o, MTN-in istintaq təcridxanasına göndərilib. Bundan sonra isə Mahir Abdullayevdən heç bir xəbər almaq mümkün olmayıb. Elşad Abdullayev onu da deyir ki, Mahir Abdullayev oğurlanan gün Mətanət İsgəndərlinin evinə israrlı telefon zənglərindən sonra gəlib. Bu səbəbdən o, qardaşının oğurlanacağından müğənninin öncədən xəbərdar olduğunu deyir.

MTN zabitinin oğurlanması sənədlərin və faktların dili ilə….

Mahirİslam oğlu Abdullayev 13 oktyabr 2003-cü il tarixdə səhər saat 10:18-dən 16:20-dək müğənni Mətanət İsgəndərlinin Səbael rayonu, Nizami küçəsi ev 4, mənzil 8 ünvanında yerləşən evində saxlanılıb. Mahirin müğənninin evinə onun həmyerlisi və prodüsseri Əlləddin adlı şəxsin dəvəti ilə gəlib. İbtidai istintaq da ilkin vaxtlar bu faktın üzərində dayanmış və araşdırmalarını bu istiqamətdə aparmışdır. İstintaq zamanı həm də o məlum olmuşdur ki, İbrahimov Sənan İzzət oğlu, Əsədov Ələddin Qurban oğlu, Kərimov Asif Nəriman oğlu, Şəkili Eldar, Mətanət İsgəndərlinin qızı, müğənninin sürücüsü Teymur adlı şəxs və təbii ki, prodüsser 6 saat göstərilən mənzildə saxlanılan M.Abdullayevin başına gətirilənlərdən xəbərdardır. Hətta bəzi məlumatlara görə Mahir 6 saat bu mənzildə saxlandığı zaman odlu silahla yaralanmışdır. Lakin məlum olmayan səbəbdən sonradan istintaq bu istiqamətdə deyil, cinayətin ört-basdır edilməsinə gətirib çıxaran digər istiqamətlərdə aparılmışdır. Məhz istintaqın yanlış istiqamətdə aparılmasının, sanki bilərəkdən cinayətin üstünün açılmamasına yönəldilməsi ötən 10 ildə heç bir nəticənin əldə edilməməsinə səbəb olmuş, əvəzində nəticəsiz istintaq işi süni şəkildə qalınlaşdırılır və müstəntiqlər dəyişdirilir.

İstintaqda azdırılan izlər…

İstintaq hadisənin əsl mahiyyətini gizlətmək üçün fərqli mülahizə ortaya atıb. Bu mülahizəyə görə M. Abdullayev  13 oktyabr 2003-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən tədbirdə iştirak etmək adı ilə 10:30 radələrində evdən çıxmış, yarım saat sonra, yəni saat 11:00 radələrində isə Qaradağ rayonu ərazisindəki 179 saylı postu keçərək Bakı-Astara yolu istiqamətində hərəkət etmişdir. Sözügedən postdan keçərkən M. Abdullayev Baş Dövlət Yol Polisi İdarəsinin Yol Polisi Alayının 7-ci tacımının inspektoru Əhmədov Əli Ələddin oğlu ilə siqnal verərək və əlini havada yellədərək salamlaşmışdır (M. Abdullayev Ə.Əhmədovla çoxdanın tanışı olublar, aralarında dostluq münasibətləri olub və Mahir bu postdan keçərkən hər dəfə onunla eyni qaydada salamlaşırmış). M. Abdullayev həmin gün saat 17:00 radələrində geriyə, Bakıya doğru hərəkət edərək yenə də həmin postdan keçmiş, lakin bu dəfə adətini pozaraq Ə.Əhmədovla salamlaşmamışdır. Ə.Əhmədov onunla salamlaşmamasına görə Mahirin mobil telefonuna zəng etmiş, lakin zəngə cavab verilməmişdir (Maraqlıdır ki, telefon listinqində göstərilən zaman ərzində Mahirə hər hansı bir zəng gəlməsi haqda xəbər yoxdur). İstintaqın gəldiyi son nəticədə isə M.Abdullayevin avtomobilinin 17 noyabr 2003-cü il tarixdə Yasamal rayonu M. Fətəli küçəsi, 2 nömrəli evin qarşısında tapıldığı göstərilir. İstintaq tam obyektiv aparılsaydı bu işdə adı keçən hər kəs dindirilər və bəlkə də bu vaxta qədər üstü açılmayan bir çox adam oğurluqlarına aydınlıq gətirilərdi. Amma göründüyü kimi istintaq fərqli istiqamət götürmüş və Mahirin həmin gün Mətanət İsgəndərlinin evinə getməsi haqda inkarolunmaz sübutlar olsa da onu Bakı Astara yoluna “göndərmişdir”. Hətta DYP zabiti şahid olaraq gətirilir. Mahirlə çox yaxın münasibəti olan həmin DYP zabiti itkin MTN zabitinin yaxınlarına istintaqa verdiyi ifadə, yəni şahidliyi ilə belə deyib: “Həmin vaxt belə demək lazım idi.” Mahirin Bakı-Astara yoluna “göndərilməsinin” heç bir əsası olmadığından istintaq da MTN zabitinin taleyi ilə bağlı konkret nəticəyə gələ bilməmişdir. Beləcə əvvəlcədən planlaşdırıldığı kimi məqsədli şəkildə istintaq dalana dirənmiş və iş bağlanmışdır.

Həqiqəti üzə çıxaracaq telefon danışıqları

Mahir Abdullayevin oğurlanmasında əsas isim yenə Mətanət İsgəndərlidir. Əslində istintaqın diqqət yetirməli olduğu xeyli vacib məqamlar var idi. Bunlardan biri M. Abdullayev  oğurlandığı gün onun mobil və ev telefonuna gələn zənglərdir. Çünki həmin günlər M.Abdullayevin istifadəsində olan 050 223 59 65 mobil telefonuna və 497 36 86 nömrəli ev telefonuna gələn zənglər bir çox mətləblərdən xəbər verir. Mətanət İsgəndərli və onun ətrafında olan şəxslərə aid 050 201 77 12 mobil, 497 15 95 ev nömrələrindən, həmçinin müğəninin prodüsseri Ələddinin istifadəsində olan 050 213 26 26, sürücüsü və yaxın qohumu Teymurun istifadəsində olan 050 321 76 16, oğlu Kərəmin istifadəsində olan 050 200 03 34, qonşusu İntiqama aid 050 363 03 56 nömrələrindən Mahirə gələn zənglər “Qafqaz-2” antenasından istifadə edən mobil telefonların siyahısında aşkarlanmışdır. Bu məlumat da ortaya qəribə mənzərə çıxarır. Belə ki, müğənni M. İsgəndərli 2003-cü ilin oktyabrın 5-də 10 dəfə, 6-da 12 dəfə, 7-də 18 dəfə, 8-də 9 dəfə, 9-da 20 dəfə, 10-da 17 dəfə, 11-də 18 dəfə, 12-də 21 dəfə, 12-də 21 dəfə M. Abdullayevə zəng etmişdir. Bir həftə ərzində üst-üstə 100-dən çox telefon zənginə rəğmən hadisə baş verən gün müğənni bir dəfə də olsun Mahirə zəng etməmişdir.
Hadisədən əvvəlki dövrə aid telefon zənglərinin təhlili onu göstərir ki, M.İsgəndərli və onun yaxın ətrafından Mahirə gələn zənglər günbəgün durmadan artmış, hətta gecə saat 3, 4 və 5 radələrində də danışıqlar aparılmışdır. Oktyabrın 13-dən 14-nə keçən gecə isə müğənni demək olar ki, 24 saat ərzində yatmayıb. Gecə saat 03:14-dən saat 16:31-dək müğənni 8 dəfə Mahirə zəng edib ki, bunlardan ikisində (03:14 və 03:15) öz mobil telefonundan Abdullayevin ev telefonuna zəng edərək musiqi səsi verib. Hadisə günü müğəninin Mahiri axtarmaması, ertəsi gün isə bu qədər narahat olmasının tək bir səbəbi ola bilər: M.İsgəndərli və ətrafı MTN zabitinin “razborka”ya çəkilməsindən xəbərdar olub, lakin sabahısı gün “razborka”nın bitdiyini düşünüb. Tək bu amil müğənni və ətrafının əməliyyat şübhəsi altına alınmasına və onlar ətrafında araşdırmalan aparılmasına bəs edərdi. Amma istintaq bunu da etməyib.

M.Abdullayevin son getdiyi ünvan: Nizami küçəsi ev 4, mənzil 8

M.İsgəndərlinin bu məsələ ilə bu və ya digər şəkildə bağlı olduğunu göstərən daha bir olay; Hadisə günü səhər Mahir ona gələn zəngə “Ələddin gəlirəm”-deyə cavab vermiş, idman geyimini dəyişərək, qara şalvar, ağ köynək və qırmızı qalstukla evdən çıxmışdır. Həmçinin M.İsgəndərli və onun prodüsseri Ələddinlə bir rayondan olan Eldar adlı bir şəxs 055 300 33 00 nömrəli mobil telefonundan 10:01-də Mahirə zəng etmişdir. “Qafqaz-2” antenasının təsir dairəsində olan bu nömrənin listinqi göstərir ki, 13 oktyabrda Şəkili Eldar Mahirin evinin, daha sonra isə oğurlandığı ərazinin yaxınlığında olub.  “Qafqaz-2” antenası vasitəsi ilə əldə olunan məlumatlar başqa bir faktı da ortaya qoyur: M. Abdullayev  10:16 radələrində Botanika bağı həndəvərində, 10:17-də isə N.Nərimanov heykəlinin yanında olmuş, daha sonra Səbael rayonu Nizami küçəsi ev 4, mənzil 8 ünvanına, yəni M.İsgəndərlinin evinə getmişdir. Burda çox güman ki, MTN zabitinin telefonu əlindən alınmışdır. Çünki saat 10:20 radələrindən sonra xeyli zənglər gəlməsinə baxmayaraq Mahir bu zənglərin heç birinə cavab verməmişdir. O  təxminən 6 saat miiddətində müğənninin evində saxlanmış, bu müddət ərzində nə M.İsgəndərli, nə də onun ətrafında olan şəxslər mobil telefondan istifadə etməmişlər. Yalnız bircə dəfə müğəninin prodüsseri Ələddin 54 saniyə telefonla danışmışdır. Bu məlumat, bir qədər də konkret ifadə etsək telefon aktivisti olan bir müğəninin özünün və ətrafının 6 saat (!) mobil ünsiyyətdən kənarda qalması böyük müəmmadır və istintaq bu müəmmanın da üstündən sükutla keçib.

“Qarabulaq” ssenariləri…

İctimai Təhqiqat Komissiyasının apardığı araşdırmalardan aydın olur ki, 2003-cü il oktyabrın 13-də Mahir Abdullayevin Mətanət İsgəndərlinin evinə Ələddin tərəfindən gətirilməsi və onun Eldar, Sənan və “Skripaç” adlı Asifin bu işdən xəbərdar olması onların hər birinin bilavasitə bu prosesdə və əməliyyatda  iştirakçı olmaları haqda nəticəyə gəlməyə əsas verir. Bu kimi ssenarilər əvvəllər də işlənmiş və Mahirdən fərqli olaraq oğurlanmış digər şəxslər azadlığa çıxmışdır. Bu oğurlanma ssenarisinin Qarabulaq istirahət mərkəzində hazırlanması isə heç kəsə sirr deyil. 2003-cü il iyunun 1-də Mətanət İsgəndərli, qızı, bacısı Təranə, Teymurun bacısı Arzu, Teymurun anası Tamella ağ cip markalı avtomobillə Qusardakı “Qarabulaq” istirahət mərkəzinə gəlmiş və burda təlimatlandırılmışlar. Mahir Abdullayev tutularkən onun üzərindən “Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı bir səhifəlik qəzet materialı tapılmışdır. Tovuzlu Səadət deyir: “Hadisəyə bir həftə qalmış Mahir müğənni Mətanət İsgəndərlini Qarabulaqda tutub. Burda Mahir Ələddinlə bərk mübahisə edib”.

Yenə də müğənninin evinə gətirən şübhələr

Mahir Abdullayevin müğənni Mətanət İsgəndərlinin evində oğurlanmasına dair daha bir fakt var. Belə ki,  hadisədən bir gün qabaq ABU- nun yataqxanası ilə bağlı yaranmış borc məsələsin həll etmək üçün Mahir Universitetetin komendantı Məhəmmədəli kişi ilə görüşür və 13 oktyabrda yenidən görüşməyə qərar verirlər. Həmin gün isə Mahir görüş yerinə 20 dəqiqə gecikir və özünün idarə etdiyi AZ 10 CR 067 dövlət nömrə nişanlı Mersedes markalı avtomobillə gələrək Məhəmmədəli kişiyə əhəmiyyət vermədən Nizami küçəsindəki 4 nömrəli evə daxil olur. Məhəmmədəli kişi Mahiri yarım saatdan çox gözləsə də o müğənninin evindən çıxmır. Sabahısı gün Məhəmmədəli kişi Mahirin qardaşlarından onun oğurlandığını eşidir və əhvalatı danışır (Məhəmmədəli kişi bunula bağlı MTN-ə də rəsmi şəkildə müraciət edib). Bundan dərhal sonra Mahirin yaxınları Mətanət İsgəndərlinin evinə gedirlər və mənzildə hər şeyin sındırıldığının şahidi olurlar. Mətanət onları görən kimi ağlamağa başlayır və deyir: “Mən Mahiri 6 aydır ki, görmürəm. Amma sizə kömək edəcəm ki, Mahir Prezident seçkilərindən sonra evinə qayıtsın…”.

Mahir Abdullayevin oğurlanmasında  MTN-in araşdırması, “ZABİT ” siqnal yoxlama işi, fərziyyələr və reallıqlar

2003-cü il oktyabrın 13-də Abdullayev Mahir İslam oğlu oğurlandıqdan bir müddət sonra Azərbaycan Respublikası MTN-nin Akademiyasının rəisi tərəfindən nazirlik rəhbərliyinə M.Abdullayevin yoxa çıxması ilə bağlı rəsmi raport daxil olur. Bundan dərhal sonra rəhbərliyin göstərişinə əsasən nazirliyin müvafiq əməliyyat heyəti tərəfindən M. Abdullayevin mümkün oğurlanması (öldürülməsi) faktı ilə bağlı daxil olunmuş əməliyyat və rəsmi məlumatların davamlı olaraq əməliyyat yolu ilə yoxlanılması məqsədilə “ZABİT ” siqnal yoxlama işi açılmışdır. Əldə edilən məlumatlara görə “ZABİT ” siqnal yoxlama işinin aparılması prosesində Mahirin 13.10.2003-cü il tarixdə itkin düşməsi ilə bağlı əməliyyatçılar tərəfindən keçirilmiş kompleks əməliyyat tədbirləri zamanı obyektin Yasamal rayonu Suleyman Tağızadə, Tolstoy, Bəşir Səfəroğlu küçələri və Nərimanov küçəsinin kəsişdiyi ərzisində itkin düşdüyü ehtimal olunmuşdur. Xatırlatmaq istərdik ki, əslində siqnal yoxlama işinin açılmasında əsas məqsədlərdən də biri daxil olmuş ilkin məlumatı rəsmi və qeyri- rəsmi mənbələr vasitəsilə yoxlayib, ilkin məlumatların mümkün təsdiqini qismən əldə edib, gələcəkdə siqnal yoxlama işinin daha iri masştabda araşdırılması üçün əməliyyat yoxlama işinin açılması məqsədilə hadisənin mümkün baş vermə səbəb və ehtimallarını (versiyalar) müəyyən etməkdir. Buna da əməliyyatçılar demək olar ki, qismən də olsa nail olmuşdurlar. (Baxmayaraq ki, bu araşdırmaların bəzi epizodları ilə istər zərərçəkmiş, istərsə də M. Abdullayevin huquqlarının müdafiə komitəsinin İçtimayi təhqiqat qrupunun üzvləri prinsipial olaraq razılaşmırlar).

Belə ki, siqnal yoxlama işinin materiallarına əsasən ” ZABİT”ə məxsus 223 59 65 saylı telefon 13.10.2003-cü il tarixdə saat 9.20-dən 16.18-ə qədər zəngləri həmin ünvanları efirlə təmin edən ” QAFQAZ-2 ” antennası vasitəsilə qəbul etmiş, saat 21.18-ə qədər obyektin hansı antennanın ərazisində olması telefon çap vərəqində göstərilməmiş, 21.18-dən sonra mobil telefon bağlı olmuşdur. Eyni zamanda məlum olmuşdur ki, ” ZABIT ” saat 10.19-da 055 810 00 23 saylı telefonun abonenti ilə 44 saniyə danışmışdır. 13.10.2003-cu il tarixdə “ZABİT”ə məxsus 10 CR 067 dövlət nömrə nişanlı avtomobilin saat 11.00-da AR DİN DYP-nin Qaradağ Postundan Salyan istiqamətində keçməsi və saat 18.00-da Bakı istiqamətində geri qayıtması faktına aydınlıq gətirilməsi məqsədilə 26.11.2003-cü il tarixdə keçirilmiş əməliyyat eksperimenti zamanı “QAFQAZ- 2” və “QAFQAZ- 1” antennalarının ərazisindən həmin posta ” Mersedes ” markalı avtomobillə 38-40 dəqiqə ərzində getməyin mümkünlüyü dəqiqləşdirilmişdir.
18.11.2003-cü il tarixdə ” ZABİT “ə məxsus 10 CR 067 dövlət nömrə nişanlı gümüşü rəngli “Mersedes” markalı avtomobil Yasamal rayonu Mirzə Fətəli küçəsində ki, 2 saylı evin qarşısında tapılmışdır (“QAFQAZ- 1” antennasının ərazisi). “ZABIT “in “QAFQAZ- 1”və ” QAFQAZ- 2”antennalarının əhatə etdiyi ərazidə düşməsi və ona məxsus ” Mersedes” markalı avtomiobilin həmin kvadratda tapılması aşağıdakı fərziyyəni irəli sürməyə əsas vermişdir.

12.10.2003-cü il tarixdə işə gedən “ZABİT” “QAFQAZ- 2”antennasının ərazisində onu tanıyan naməlum şəxsləri avtomobilinə mindirmiş və onlarla vacib məsələ barədə mübahisə etmişdir. Mübahisənin şəhər kənarında davam etdirmək qərara alındıqda ” ZABİT “ə məxsus mobil telefon əlindən alınmış və naməlumlardan biri ” QAFQAZ-2 “nin ərazisində qalmışdır. Digərləri isə ” ZABIT “I müşahidə edərək Bakını tərk etmişdi. Saat 11.00-da DYP-nin Qaradağ Postunu keçən “ZABİT ” saat 18.00-da oradan arxada əyləşmiş iki nəfər mülki geyimli şəxslə birgə ” QAFQAZ-2 ” və ya “QAFQAZ-1 ” antennalarının ərazisinə qayıtmışlar. “ZABIT”in , 13.10.2003-cü il tarixdə DYP-nin Qaradağ Postundan keçib 6 saatdan sonar geri qayıtması, Bakı şəhərindən Kürdəmir rayonuna 203 km məsafənin olması onun həmin rayona getməməsini də istisna etmir. Xüsusi qeyd etmək lazımdır ki, siqnal yoxlama işinin aparılmasında MTN Yasamal RB agentura-əməliyyat əməkdaşları yaxından iştirak etmişdir.

Mahir Abdullayev cinayətində iştirak edən şəbəkə

Mütəşəkkil dəstədə kimlər təmsil olunur?

Mahir Abdullayevin qardaşı, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı məşğul və bu işin həyata keçirilməsində iştirakçı olan mütəşəkkil dəstədə xeyli adamın təmsil olunduğunu göstərib. Onlardan ən əsaslarının adları Hesabata əlavə edilib:

MTN-nin generalları; Hilal Əsədov (nazir müavini), Akif Çovdarov (idarə rəisi) 
Polkovniklər; Elçin Quliyev (MTN-nin Anti Terror Mərkəzinin rəisi) 
Rəsul Rəsulov, 
Teymur Quliyev, 
Elçin Əliyev 
Yaşar, 
Qurumun digər zabitləri; 
Azər Aşurov, 
Ilqar Abbasov, 
Mahir Mirzəyev, 
Bəşir, 
Fuad Abbasov, 
MTN-in baş həkimi Hacı Fazil və bacısı oğlu Tural, 
MTN-nin Xətai şöbəsinin rəisi Vəli Nağıyev, 
MTN-nin kadrlar şöbəsinin əməkdaşı Sahib Nağıyev, 
Müstəntiq Şahin Əliyev 
Istintaq Idarəsinin rəisi Mövlan Şıxəliyev.
Müstəntiq Şahin Ələkbərov
MTN Akademiyasının professoru polkovnik Cəlal Qasımov 
Əli Bayramov – oğlu MTN-nin əməkdaşı
BDU-nun professoru Hacı Əsədulla – oğlu MTN-in mayoru

Mahir Abdullayevin oğurlanmasında bu və ya digər formada rol alan şəxslər

Bundan başqa Elşad Abdullayev qardaşının işilə bağlı daxili işlər nazirinin müavinləri Vilayət Eyvazov və mərhum Zahid Dünyamalıyevin adlarını çəkib. 
Sxemdən görünür ki, DIN Cinayət Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirovun, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundovun adlarını çəkir. Sxemdən aydın olur ki, adıçəkilən şəxslər bu və ya digər formada Mahir Abdullayevin oğurlanmasında rol alıblar. Sabiq rektor qeyd edib ki, bu dəstənin xəzinədarı Arzu Kazımov və onun yaxınları olub.

Diqqəti isə başqa bir fakt cəlb edir, bu siyahıda gizli polis təşkilatlarının rəhbərləriylə birgə, təqdim etdiyi siyahıda gözlənilmədən həm də Daxili İşlər Nazirlnin iki muavininin, Zahid Dünyamalıyev (keçmiş) və Vilayət Eyvazovun (indiki) da adı şəklilir. Başqa sözlə desək, E. Abdullayev ciddi olaraq, iddia edir ki, MTN-nin və DİN-nin Anti-terror və Mütəşəkkil cinayətlərlə Mübarizə idarəsi birgə onun qardaşını əvvəl oğurlamış, sonra gizlədərək bu fakt üzərində açıq alver etmişlər.

Mahir Abdullayevin oğurlanmasından qazanmaq istəyənlər

Elşad Abdullayev sxemdə Mahir Abdullayevin oğurlanmasından istifadə edərək dələduzluq yolu ondan pul qoparanların da adını çəkib. Bu sırada Ramiz Mehdiyevin yeznəsi Ilham Əliyevin qardaşı Fikrət Əliyev, PA rəhbərinin yaxını olan meriyanın işçisi Nəriman Ağayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin Səftər adlı generalının yeznəsi Ələsgər və onun iş ortağı Nüşabə Mirzəyeva, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovu göstərmək olar. Sabiq rektor həmçinin qeyd edib ki, onun susdurmaq üçün təhdid ediblər. O, təhdid edənlərdən Vaqif Axundovun, Zahid Dünyamalıyevin, DIN-in 7-ci idarəsinin rəisi Vaqif Şərifovun və digərlərinin  adlarını çəkib.

10 ildir açılmayan cinayət və ya Azərbaycan hakimiyyət Mahir Abdullayev cinayətinin açılmasında niyə maraqlı deyil !?

Aparılan araşdırmalar göstərir ki, hakimiyyət Mahir Abdullayev cinayətinin açılmasında maraqlı deyil. Bunun çox sadə səbəbi var. Çünki bu cinayətin baş verməsində həyata keçirilməsində və bu günə qədər açılmamasında yer alan bir çox vəzifəli şəxslər hakimiyyətin yuxarı ranqında təmsil və himayə olunurlar. Bütün bunları söyləmək üçün kifayət qədər əsaslar var. Necə olur ki, on ilə yaxın bir muddətdə prokurorluq orqanları sırf M.Abdullayevin oğurlanması, hətta prokurorluq orqanlarının töfsir etdikləri öldurülmə faktı ilə heç kimi saxlamır, bu günə kimi istər zərərçəkmişə, istərsə də içtimayətə heç bir tutarlı məlumat vermir, cinayət işinin illərlə istintaqını aparan onlarla prokurorluq əməkdaşı heç bir nəticə əldə etmir, cinayətləri ört- bastır edən əməkdaşları ilə bağlı daxili xidməti araşdırmalar aparılmır, prokurorluq əməkdaşları töhmət belə almırlar, cəzalanmırlar, işdən qovulmurlar? Əksinə nə baş verir? Zərərçəkmişə və onun ailə üzvlərinə, qohumlarına, yaxınlarına qarşı saysız- hesabsız cinayət işləri açılır, zərərçəkmişin Mahirin qardaşı Elşad Abdullayevin rəhbərlik etdiyi universitet butun mövcud sivil qanunlara zidd olaraq bağlanılır, universitetetin rektoru ölkədən qaçaq salınır, özünun və ailə üzvlərinin bank hesablarına həbs qoyulur, numayəndəsi və qohumu, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Azad Mursaliyevin  konstitusyon huquqları sayilan azad hərəkət etmə huquqları kobud şəkildə pozulur, vəkilinin cinayət işində numayəndəsi kimi tanınmaqdan imtina edilir, yataq xəstəsi olan, zəhərlənmiş qardaşı Eldəniz Abdullayevə və qardaşı oğlu Mübariz Abdullayevə qarşı cinayət işi qaldırılır. Bütün qohumların ölkədən giriş- çıxış hərəkətlətinə yasaq qoyulur.

Ortada bir cinayət var, ailə başçısı oğurlanıb. İnsanın itməsi bir muamma olaraq qalmaqdadır. Hadisələrin detallarının aydınlaşdırılmasına başlamamışdan əvvəl huquq muhafizə orqanları, məlum olmayan səbəblərdən onlarla bir cəbhə boyu addımlamağa çalışan bəzi dırnaq arası qazet maqnatları, siyasətçi-işbazlar, bu günə kimi bir nəfəri olsa belə ədalətsiz muhakimədən qutarmayan vəkillər, saxta ekspertlər, ayrı-ayrı klanlara xidmər edən edən millət vəkilləri bilərəkdən içtimayətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, güya heç kim oğurlanmayıb, heç kim öldürülməyib, ümumiətlə bu olay içtimayətin muzakirə məsələsinə çevrilməli deyil. Amma bütün təzyiqlərə baxmayaraq bu hadisə son dövrlərdə adam oğurluğu ilə baglı baş verən və açılmayan cinayət hadisələrinin birinə çevrilib.

Mahir Abdullayevin Hüquqlarını Mudafiə Komitəsinin üzvü Vidadi İsqəndərlinin sözləri ilə desək : “Əslində bu çox maraqlı hadisədir. Mən huquqşunas və prokurorluğun sabiq əməkdaşı olaraq hesab edirəm ki, Mahir Abdullayev işi XXl əsrin ən dəhşətli cinayətidir. Bəlkə də bu hadisə Hacı Məmmədov cinayətini kölgədə qoyacaq. ” Nə qədər acınacaqlı olsa bunu demək məcburiyətindəyik ki, istər zərərçəkmiş, istərsədə son zamanlar yeni yaradılmış Mahir Abdullayevin Huquqlarını Mudafiə Komitəsi tərəfindən prokurorluq orqanlarına, içtimayətə təqdim olunmuş onlarla subut xarakteri daşıyan materiallarda respublikanın güc strukturlarının, məhkəmə və prokurorluq orqanlarının əməkdaşlarının adları keçir. Bəlkə də respublikanın içtimai təhlükəsizlik və yaxud sırf təhlükəsizliyi baxımından özəyini təşkil edən bu təşkilatları əyinlərinə mundir geymiş ayrı- ayrı şəxslərin bilərəkdən və yaxud məcburiyət qarşısında bu işə məsuliyyətsizcəsinə, bəzi konkret epizodlarda isə cinayətkarcasınə laqeyd münasibətləri ucbatından ittiham etmək duzgun olmazdı. Lakin reallıq ondan ibarətdir ki, biz nə qədər istəsək belə bu təşkilatların nüfuzlarını bu işdə açıq aydın passivlik numayiş etdirdiklərindən sığortalaya bilmirik. Nədən?

Bu günə kimi bu təşkilatlardan heç birisi əməkdaşlarından birisini olsa belə konkret Mahir olayı ilə bağlı buraxdıqları səhfə, itirdikləri qiymətli zamana görə, etdikləri cinayətlərə əsasən cəzalandırmamışdırlar, əksinə Mahir Abdullayevin ogurlanması cinayəti  məsələsi ilə bağlı qaldırılmış cinayət işinin istintaqında adları keçən bəzi zabitlər orden və medallara təltif olunmaları uçün dövlət başçısı qarşısında məsələlər qaldırılmış və yaxud da şan şöhrətlə təqaüdə göndərilmişdirlər. Bu dövləti və xalqı  aldatmaq deyilmi?

Razılaşaq ki, məhz elə bu kimi neqativ səbəblərdən DİN-nin, MTN-nin, prokurorluq orqanlarının mutəxəsislərinin cəlb olunduğu əməliyyat axtarış tədbirləri hələ də bir nəticə verməyib. Razılaşaq ki, elə bu kimi tuğyan edən özbaşınaliqlar ucbatından on ildir ki,  Mahirin ogurlanması cinayəti və yaxud istintaqın qeyd etdiyi kimi öldürülməsi faktı ilə bağlı bir nəfər olsun belə şübhəli şəxs qismində saxlanılmayıb. Belə olan halda razılaşın ki, bir Azərbaycanlı ailə başçısını oğurlayaraq, onun himayəsində olanları gözu yaşlı qoyanlar , bir nəslilə qarşı repressiv metodlardan istifadə edərək özgəsinin illərlə əldə etdiyi malını, mulkunu almaq istəyənlər qarşısında nəinki, zərərçəkmiş, onun numayəndələri, eyni zamanda siz də acizsiniz. Baxmayaraq ki, 2003-cü il oktyabrın 13-də baş verən hadisənin ustündən xeyli vaxt keçib həqiqəti söyləməkdən çəkinirsiniz. Bu nə qədər davam edəcək !? Həqiqətənmi siz inanırsınız ki, zaman keçdikcə, vaxt otdükcə zərərçəkmişin israrlı muqaviməti, tələbləri heçə enəcək, yaraları sağalacaq və yaxud qardaş qardaşın başından, bacı qardaşından, övlad atasından keçəcək !?

Əgər biz Mahirin vaxti ilə çalışdığı təşkilatın, onun yerlərdə olan nufuzunu nəzərə alsaq, bu təşkilatla bərabər digər, xüsusilə DİN-nin, Baş prokurorluğun da astronomik imkanlarınin olması halını da yuxarıda qeyd etdiyimiz detallara əlavə etsək, həmin zaman axtarışlara laqeyd yanaşıldığını çəkinmədən vurğulamaq olar. Əgər belə deyilsə,  istər-istəməz ortaya sual çıxır. M.Abdullayevin axtarışları nə uçün bir nəticə vermir !?

Həmçinin,  bunun üzərinə yaxın keçmişimizdə Hacı Məmmədovun “daha dəhşətli cinayətkar dəstə hələ də azadlıqdadır” səsləndirdiyi fikirləri əlavə etsək mənzərə aydınlaşar.

Mahir Abdullayev cinayəti ilə bağlı yayılan videolar

Mahir Abdullayevin oğurlanması və qaytarılması prosesində bu və ya digər şəkildə iştirak edən, nəlumatı olan, eyni zamanda gəlir əldə etmək istəyən bir çox şəxslər Elşad Abdullayevlə görüşərək müzakirələr aparır, onun oğurlanmış qardaşının qaytarılması üçün bazarlıq etmək istəyirlər. Sonuncu isə bu görüşlərin əksəriyyətinin gizli şəkilişlə video lentə alır. Hazırda həmin video çəkilişlərin əksəriyyəti ictimailəşdirilib. Elşad Abdullayevlə görüşə gələnlər onunla söhbətində Mahir Abdullayevin necə oğurlandığını, bu işin kimlər tərəfindən koordinasiya olunduğunu və həyata keçirildiyini, eləcə də onun harda, hansı şəraitdə saxlanmasına dair ətraflı məlumat verir və Mahirin qaytarılacağı təqdirdə Elşad Abdullayevdən böyük həcmdə pul vəsaiti tələb edirlər. Maraqlıdır ki, bu bazarlıqda iştirak edən bir çox insanlar hakimiyyətdə təmsil olunan yüksək və orta səviyyəli vəzifəli şəxslərdir. E. Abdullayevin yaydığı ilk videoçarxda onunla söhbət edən DİN-nin 7-ci bölmənin işçisi bildirir ki,  M.Abdullayevin arxasınca bandotdeldən gəlmişdilər. Abdullyev sual edir ki, iki belə şöbə var, hansından gəlmişdilər?

O cavab verir ki, H.Əsədovun şöbəsindən. Hakim Ağababa Babayev isə E. Abdullayevlə görüş zamanı bildirir ki,  M.Abdullyev bandotdelin təcridxanasında saxlanılır, o, təcili olaraq, Ramil Usubovla və müavini Vilayət Eyvazovla görüşüb, danışmalıdır. Son videolarda isə özünü MTN-in vasitəçisi kimi kimi təqdim edən şəxs Mahir Abdullayev məsələsi ilə bağlı Eldar Mahmudovla danışmağın vacibliyindən bəhs edir. Ən maraqlısı isə odur ki, hər iki nazirlik yayılan videokadrlarla bağlı heç bir açıqlama vermir. Məlumat üçün xatırladaq ki, E. Abdullayev  bundan öncə daxili işlər naziri Ramil Usubovun müavini, mərhum Zahid Dünyamalıyevin qardaşı Mahir Abdullayevin tapılması üçün ondan külli niqdarda pul aldığını iddia etmiş, habelə DİN-nin 7-ci bölməsinin sabiq əməkdaşı polkovnik Rövşən Abbasquliyevlə bağlı konkret video ortaya qoymuşdu. Sabiq rektorun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacı Ağababa Babayevlə bağlı yaydığı video da hüquq-mühafizə və məhkəmə sistemindəki qanunsuzluqları konkret fakt əsasında de-şifrə etmişdi. Hava Limanı polis bölməsinin rəis müavini Rasim İldırımzadə ilə bağlı videonu paylaşması isə hüquq-mühafizə orqanları ilə bağlı vəziyyətin sözün həqiqi mənasında acınacaqlı olduğunu göstərir.

Bu gün Azərbaycanda hüquq-mühafizə orqanları acınacaqlı vəziyyətdədir. Məhkəmə sistemi isə tamamilə iflic olub. Bu, bütün hüquq-mühafizə orqanlarına xas bir durumdur. Həmin qurumların bu qədər acınacaqlı səviyyədə olmasına səbəb hüquq-mühafizə orqanlarının siyasiləşməsidir. Hüquq-mühafizə orqanlarının bu günə düşməsinin səbəbi onların siyasiləşməsidir. Hüquq-mühafizə orqanları siyasiləşəndə öz fəaliyyətini tam olaraq itirir. Hüquq-mühafizə orqanları artıq siyasi quruma, hakimiyyətdəki şəxslərin siyasi sifarişlərinin icraçı orqanına çevrilir. Sifarişli məhkəmə hökmləri də deyilənlərə nümunədir. Azərbaycanda hüquq-mühafizə orqanları, başda məhkəmə sistemi olmaqla, tam siyasiləşib. Onlar öz fəaliyyətilərini həyata keçirmirlər. Sadəcə, siyasi sifarişləri həyata keçirirlər. Buna görə də də hazırda ölkədə hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətindən söhbət belə gedə bilməz.
İndiyə qədər hüquq-mühafizə orqanlarında baş verən qanunsuzluqlarla bağlı ictimaiyyət yetərli qədər məlumatlı olsa da, bunu deyən şəxslər məhkəmələrə verilir və məsuliyyətə cəlb olunurdu. E.Abdullayevin videoları bu həqiqətləri daha sərt və inkaredilməz bir şəkildə ortaya qoydu. Azərbaycanda kimlərin hansı işlə məşğul olduğunu hər kəs bilir. Lakin bunu deyəndə vəzifəli şəxslər həmin adamı məhkəmələrə çəkirlər. Məsələn, əgər biz bu vaxta qədər desəydik ki, hansısa bir polis məmuru kimdənsə qardaşının oğurlanması ilə bağlı bir milyon ABŞ dolları məbləğində pul tələb edir, o zaman polis rəisinin müavini həmin şəxsi məhkəməyə verəcəkdi. Həmin adamdan tələb edəcəkdi ki, dediklərini sübut etsin. Məhkəmə də polis rəisinin xeyrinə qərar çıxardacaqdı, iddia irəli sürən şəxsi bu və ya digər şəkildə cəzalandıracaqdı. Lakin, Elşad Abdullayevin ortaya qoyduğu videolar hüquq-mühafizə orqanında çalışan bəzi şəxslərin qanunsuz əməllərini daha tutarlı şəkildə ortaya qoydu. Elşad Abdullayevin videoları sayəsində bəzi şəxslər bu gün olmasa da müəyyən vaxtdan sonra cəzalanacaqdır. Çünki məhz bu insanların qanunsuz əməlləri sayəsində Azərbaycanın adı beynəlxalq hesabatlarda əsl həbsxana kimi hallanır. Bütün bunlar Azərbaycanda hüquq-mühafizə sisteminin iflas etdiyini göstərir. Artıq bu iflası ictimaiyyətdən gizləmək, bunu hansısa şəkildə ört-basdır etmək mümkün deyil. Baş verənlər onu göstərir ki, polis sistemində çürümə var. Mövcud vəziyyət ölkə başçısının olaylara müdaxiləsini tələb edir. Prezident hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edərək onlardan konkret nəticə tələb etməli, belə bir nəticənin yoxluğu qarşılığında onları istefaya göndərməlidir. Əgər 10 ilə yaxındır ki, baş verən belə bir cinayətin üstü açılmırsa, o zaman prezident hüquq-mühafizə orqanlarının başında dayanan bu şəxsləri istefaya çağırmalıdır. Dünya təcrübəsində bu cür hallar var. Ölkə başçısı tələb etməlidir ki, Mahir Abdullayevin ya ölüsü, ya dirisi tapılmalı, bu işdə müqəssir olan şəxslər cəzalandırılmalıdır.

Seçki faktoru, Azərbaycan Beynəlxalq Universiteti (ABU) üzərində dava, hakimiyyətdə adam oğuluğu ilə məşğul olan cinayətkar şəbəkə

Mahir Abdullayevin oğurlanması ilə bağlı qaldırılmış cinayət işinin istintaqının aparılmasında çoxlu sayda diqqəti cəlb edən şübhəli məqamlar mövcuddur. Komitədə belə bir ehtimal var ki, istintaq həqiqətən də reallığa uyğun olmayan versiyalar üzərində istintaq hərəkətləri aparır. Bu versiyalardan biri ondan ibarətdir ki, 13.10.2003-cü il tarixdə prezidentliyə namizəd İlham Əliyevin Respublika stadionunda seçicilərlə görüşü günü dövlət başçısının əleyhinə provakasiya baş verilməsinə dair ehtimallar üzərində baş sındırır. Güya tədbirin başlanmasına az vaxt qalmış M. Abdullayevin rəhbərlik etdiyi müəlllim-tələbə kollektivi stadiona daxil olarkən naməlum, özlərini universitetin tələbələri kimi qələmə verən şəxslər dövlət başçısının əleyhinə şuarlar səsləndiriblər, hətta mühalifət liderlərindən birinin adını çəkərək qışqırıblar. Bu zaman Mahiri axtarıblar, amma ondan xəbər çıxmayıb. Elşad Abdullayevə zəng ediblər və insindent barədə məlumat verərək qarışıqlıq salanları tanımadıqlarını deyiblər. M.Abdullayevin hadisə yerində olmadığını eşidən rektor E. Abadullayev özu stadionun qarşısına gəlib və danışıqlar apardıqdan sonra tələbələrin tədbirə qatılmasına nail olub…..Elə həmin günü M. Abdullayev yoxa çıxıb. Güya həmin görüşdə baş verən provakasiyadan sonra M. Abdullayev yoxa çıxıb. Misal çün komitənin İTQ-nun uzvləri 13.10.2003-cü il tarixdə prezidentliyə namizəd Cənab İlham Əliyevin Respublika stadionunda seçicilərlə görüşü günü həmin tədbirdə iştirak etmiş ABU-nun bir sıra müəllimləri ilə görüşüb, söhbətlər aparmışdırlar. Məlum olmuşdur ki, əslində həmin görüş zamanı ümumiətlə heç bir insindent baş verməyib, M.Abdullayevin stadionda olmamasına baxmayaraq E. Abdullayev şəxsən özü tədbirdə digər rektorlarla bərabər iştirak edib. Yəni ən böyuk yalanlardan biri də ondan ibarətdir ki, heç kim E.Abdullayevə telefon zəngi açıb onu stadionun qarşısına çağırmayıb.Bu absurddur, cəfəngiyatdır. Ən azından xüsusi xidmət orqanlarında çalışmış hər bir şəxsə məlumdur ki, dövlət başçısının iştirak etdiyi bu kimi tədbirlərdə xüsusi texnoloji proqramlar vasitəsilə vacib personanın ətrafını təşkil edən radiusda abonentlər ixtiyarlarında olan əlaqə saxlama vasitələrdən istifadə etmək məhrumiyətinə məruz qalırlar. Amma Aərbaycan gerçəkliklərini nəzərə alaraq bu gipotezə üzərində prinsipiallıq nümayiş etdirmək fikrində deyilik, 10 ilə yaxın oğurlanmış bir ailə başçısının istintaqı aparılan bir məmləkətdə yuxarıda qeyd etdiyimiz mühafizə sistemi də bir neçə saatlıq tətbiq olunmaya bilərdi. Amma fakt budur ki, stadionda heç bir təxribat baş vermədiyi halda kimlər isə bu şayənin içtimayət arasında səslənməsinə böyük səylər göstərmişdir, ən əsası isə bu şayəyə daha yuxarı instansiyaları inandırmağa çalışmışdır.Yəni M.Abdullayevin oğurlanması prosesi qabaqcadan düşunülmüş bir əməliyyat tədbiri olmuşdur.

13.10.2003-cu il tarixdə Mahirin oğurlanması üçün məntiqlə təhlil etsək həqiqətəndə cox əlverişli bir gün hesab oluna bilər. Soruşa bilərsiniz hansı səbəblərdən?

Ən vacib səbəblərdən biri odur ki, həmin dövrlərdə artıq respublikada müəyyən qüvvələr arasında başı bəlalı ABU-ni inhisara almaq uğrunda amansız mübarizə başlamaqda idi. Amma nəzərə almalıyıq ki, bu inhisarçılıq işğalı ilk anlarda məharətlə maskalanmış şəkildə aparılırdı. Universitetə sahib çıxmaq istəyən şəxslər E.Abdullayevin nufuzundan, respublikanın birinci şəxsinə şikayət etmək üçün çevrəsindən istifadə edə biləcəyindən ehtiyat edirdilər. Bəzi qüvvələr universiteti satın almaq təklifi ilə çıxış edirdilər, digərləri kənardan universitetə mümkün hucumlardan müdafiə olunmaq üçün cəmiyyətdə yüksək mövqe tutan şəxslərin simasında forpost təklif edirdilər, başqaları universitetdə ardıcıl yoxlamalar aparmaqla, təhsil ocağının fəaliyyətini iflic vəziyyətə salıb, bununla da universitet sahibinə başa salırdılar ki, onların razılığı olmadan universitet fəaliyyət göstərə bilməz, bəziləri hətta universitetin onlara məxsus olduğunu vurğulayaraq təhsil ocağının təhfil verilməsini tələb edirdilər. Bu qüvvələrdən fərqli olaraq elə qüvvələr vardır ki, bunlar artıq daha radikal metodlardan yararlanaraq universiteti öz qanadlarının altına almaq istəyirdilər. Misal üçün bu qüvvələr rektorun ətrafında olan şəxsləri sözün əsl mənasında oğurlayaraq, professordan külli miqdarda pullar alırdılar, elə qüvvələrdə var idi ki, digər klanlardan fərqli olaraq daha çox fəallıq göstərib artıq öz adamlarını universitetdə yüksək vəzifəyə təyin edərək təhsil ocağının təsisçiliyin tələb edirdilər, bəziləri ümumiyyətlə universiteti sökməklə şantaj edirdilər. Lakin diqqət yetirin oğurlanan insanalar geri qaytarılırdı, universitet sökülmürdü, təsisçilik rektorun əlindən zorla alınmırdı. Yəni rektora əzələ nümayiş etdirilirdi, hədə- qorxu gəlinirdi, şantaj olunurdu amma butun bu təzyiqlər ayrı- ayrı vaxtlarda pik nöqtəsinə çatmırdı. Səbəb?

Heç kim üçün gizlin deyil ki, ABU – nun rektoru istər respublika daxilində, istərsə də respublika hududlarından kənarda kifayət qədər tanınmış bir şəxs idi. Rektor içtimayət arasında tanınmağı ilə bərabər respublikanın tanınmış, nufuzlu insanları ilə də şəxsi tanışlığı haqqında da kifayət qədər məlumatlara malikik. Belə olan vəziyyətdə rektorun qardaşı oğurlanacağı halda respublikanın birinci şəxsinə baş vermiş cinayətlə bağlı məlumat veriləcəyini heç kim, xüsusilə Mahiri oğurlamağa hazırlaşan insanlar şübhə etmirdilər. Oğurluğu təşkil edən insanlar nə qədər qüdrətli olsalar belə bu kimi riski etməyə cürət etməzdilər. Nə vaxtsa bu oğurluq faktı ilə bağlı onlara ən yuksək instansiyalardan veriləcək mümkün suallara əsaslı, güclu arqumentlərlə izahat verilməsinə hazırlıq görmək tələb olunurdu. Bunun üçün rektorun iqtidara “xəyanət etməsi”, qardaşı Mahirin isə “muxalifətdə təmsil olunaraq dövlət çevrilişində iştirak etmək” senarisinin yazılması mütləq xarakteri daşıyırdı. Artıq əsas hazırlıqlar görüldüyündən Mahiri oğurlamaq olardı.

Bir anlıq 2005-ci ilin fevral ayında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlamasını və eyni zamanda dövlət başçısının şəxsən bu işlə maraqlanmasından sonra sonuncunun azad edilməsini xatırlatmaq yerinə düşər. Mahiri oğurlayanlar 13.10.2003-cü il tarixdə bu səhfə yol verməmişdirlər. Mahiri oğurlayanlar bütün nuansları nəzərə almışdırlar. Hətta nə vaxtsa lazım gəldikdə Prezidentin mümkün iradlarına belə həqiqətə uyğun olmayan cavabları hazırdı. Hər bir zümrə dəqiqliklə hesablanmışdı; “xəyanətkar” rektor, dövlət “çevrilişi hazırlayan” qardaşı. Bu saxta, uydurulmuş senarini əldə əsas tutaraq artıq Mahiri də oğurlamaq olar, məqsədlərinə nail olmadıqda universiteti də bağlamaq, rektorun özünə və ətrafındakılara fabrikə olunmuş onlarla cinayət işi də açmaq, universitetin ərazisində mərhum prezident Heydər Əlirza oğlu Əliyevin xatirəsinə qoyulmuş heykəlin açılışını da illərlə təxirə salmaq, ümumiyyətlə törətdikləri cinayətin izini tozunu silmək məqsədilə elə bütün baş verənlərin məsüliyyətini zərərçəkmişin boynuna qoyaraq onu tədid edir.

 

Ulduz, Fransa, Paris, 02.11.2015

info@ avropaninsesi.com

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email