elshadalawprof@gmail.com

 

Снимок экрана 2017-03-10 в 1.58.44
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) adı ən müxtəlif cinayətlərdə hallanan vəzifəli əməkdaşlarının həbs edilməməsi hələ də Azərbaycan və xarici  KİV-də geniş müzakirə mövzusudur… !!! ???
Azərbaycan KIV-ri niyə adları müxtəlif cinayətlərdə hallanan sabiq MTN-çilər azadlıqda gəzirlər və onları qoruyan kimlərdir?
Bu işdə böyük bir nazirliyin ləğvinə gətirib çıxaran, ancaq azadlıqda qalmağı bacaran Eldar Mahmudovun rolu varmı?
Mahir Abdullayevin ogurlanmsı cinayətini həl etmək əvəzinə, bizi davamlı təhdit edirlər. İnsan hüquqları mühafizə olunmursa, MTN İşi məhkəməsində qanunun aliliyi təmin olunmursa, bəs Akif Çovdarovun MTN işi məhkəməsi nədən ötrüdü !? Bu gözdən pərdə asma nə üçün imiş !?
Yenə də köhnə hamam, köhnə tasdı ölkədə !
Yenə də Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar şəbəkə KQB-in sarı reket qəzetləri leqal olaraq köhnə azərbaycansayagı “xox” edirlər,  cinayətkar  şəbəkə leqal fəaliyyətə keçərək bizi təhdit edirlər! Dünyanın heç bir yerində belə özbaçınalıgı yalnlz Azərbyacanda müşahidə etmək olar….Yenə də Mahir Abdullayevin ogurlanması cinayətindən başqa yalan inforasiyalar əsasında xalqı çaşdırmaga cəhd edirlər. Cənablar,  papagınızı qoyun qabagınıza yaxşı-yaxşı fikirləşin, heç omazsa özünüzə hörmət etmirsinizsə balalrınza hörmət edin. Bir adam a şər-böhtan atanda əvvəlcə özünüz haqqında fikirləşin !
Mən, Mahir Abdullayevin ogurlanması cinayətini dərindən bildiyim üçün sizlərin yalan məlumatları bizi çaşdıra bilməz…! Hilal Əsədov və  polkovnik Rəsul Rəsulov nə üçün müttəhimlər kürsüsündə Akif Çovdarovla yanaşı oturmayıblar !?
Mahir Abdullayevin ogurlanmsı cinayətinin təşkilatçısı keçmiş MTN-in Birinci müavini general Hilal Əsədov və  polkovnik Rəsul Rəsulov nə üçün müttəhimlər kürsüsündə Akif Çovdarovla yanaşı oturmayıblar !? Akif Çovdarovun cinayəti mütəşəkkil cinayətkar təşkilat tərifindən törədilib, o, yalnız cinayətin icraçısı olub, bəs hanı cinaytn başçısı, rəhbəri, təşkilatçısı, himayədarları, media yadımı edən jurnalistləri !?
 Akif Çovdarov bütün tapşırıqları onlardan alıb, onlarda nazirə məruz ediblər.  Onlar ən azından Mahir Abdullayevin ogurlanmsı ciayətini bilə-bilə qəsdlə və vəzifə flərindən sui-istifadə etməklərərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Onlar, eyni zamansa, müntəzəm surətdə mediayaya yalan informasiya ötrüblər. Və müna görə də məhkəmə məsuliyyətinə cəlb olunmalıdırlar. Onlar cinayət məsuliyyətinə cəlb olunmursalarsa, deməli, MTN İşi məhkəməsi bir daha təsdiq edir ki,  Mahir Abdullayevin ogurlamsı  siyasicinayətdir ə buna görə də siyasilər məhkəmə məsuliyyətinə cəlb olunmalıdırlar. Bu günədək azadlıqda qalmağı bacaranlardan biri də sabiq nazir Eldar Mahmudovun Birinci müavini Hilal Əsədovdur, Rəsul rəsulov və Nazim Lətifovdur. 
General Hilal Əsədovun keçmiş şefi Eldar Mahmudovun cinayətləri haqda, istintaqçıların dili ilə desək, “səmimi ifadə” verdiyinə görə azadlıqda qaldığı bildirilir. Eldar Mahmudov Hilal Əsədovu 2005-ci ildə özünə müavin təyin edib. Hilal Əsədov Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib.
Hilal Əsədov “8-ci kilometr bazarı”nın sahiblərindən pul alınmasının birbaşa iştirakçısıdır. Və bunu gizlətmir də. Bir müddət əvvəl yayılan ifadəsində belə bir cümlə də vardı: “Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın”.
“Halallıq” deyilən məsələ bazarın sahibləri olan qardaşların MTN-ə aparılaraq döyülməsi, əmlaklarının əlindən alınması olub. Hilal Əsədov da azadlıqdadır. Baş Prokurorluğun yaydığı məlumatlardan belə aydın olur ki, bu gün həbsdə 20 MTN əməkdaşı var. Həbsdə olanlarla azadlıqda qalanların əməlləri arasındakı fərq isə demək olar ki, yoxdur. Bəs bu ayrı-seçkiliyin səbəbi nədir?
MTN İşi məhkəməsi obyektiv reallıgı əks etdirmir. Hüquq professoru olaraq tam əminliklə təsdiq edirəm ki, Keçmiş MTN-in Baş İstintaq İdarəsinin rəisi KQB generaı Mövlam Şıxəliyev hələ, yalnız, konkret olaraq Mahir Abdullayevin ogurlanması cinayəti epizodu üzrə cinayəti bilə-bilə, qəsdlə ört-basdır etdiyinə və bu agır dövləti cinayət haqqında yalan məlumat verdiyinə görə məhkəmə məsuliyytinə cəlb olunmalıdır. O, eyni zamanda Mahir Abdullayevin ogurlanması cinayətini icraa edən Arzu və Nizami Kazımov qardaşlarından (Ramil Usubovun yaxın qohumları), oglu Zaur Kazımovdan (Binqədi Polis Bölmə rəisinin müavini polkovnik, ABU olan ərazidə) , onlara media yardımı edən reket “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilidən və Arzu Kazımovun qayını Hüsyn Səfərovdan (Binəqədi Rayon Vergi İdarəsinin rəisi, ABU olan ərazidə), xüsusilə, külli miqdarda 3 milyon dollar məbləgində rüşvət alaraq Mahir Abdullayevin ogurlanması cinayətini gizlətdiyinə, habelə Akif Çovdarovun, Hilal Əsədovun, Rəsul Rəsulovun və nazir Eldar Mahmudovun cinayətdə iştirakçılgına görə agırlaşdırıcı halda məhkəmə məsuliyyətinə cəlb olunmaalıdır ! Lakin, MTN İşi məhkəməsi bir daha təsdiq etdi ki, Azərbaycan vətəndaşalrının Konstitusiya ilə təsbit edilmiş hüqularının məhkəmə qaydasında müdafiə olunmasının dövlət səviyyəsində qarantı yoxdur, Azərbaycan məhkəmə hakimiyyəti dərin hüquqi böhran vəziyyətindədir….!
Dünən, MTN İşi məhkəməsinə qədər Mahir Abdullayevin ogurlanmsına görə həbs olunan Arzu və Nizami Kazımov qardaşları, Arzunun qaynı Hüseyn Səfərov bu gün MTN İşi məhkəməsində zərərçəkmiş qismindədirlər. Və cinayətkar dəstə ilə zərərçkmişin yerini dəyişik salıblar. Məsələn, “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərov Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə prosesdə çox kəskin şəkildə istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin həbsini tələb edib. Onun məhkəmədə dediklərindən sitat: “Mövlam Şıxəliyev niyə gizlənir? Bu adam general olsa da, dövlətə xəyanət edib. Akif Çovdarov bir az abırlıdır, heç olmasa, bir neçə epizodu etiraf edir, bunlar onu da eləmir”.
Akif Çovdarov da, Mövlam Şıxəliyev də böyük idarələrin rəisləri olublar. Hər iki şəxs generaldır. Hər birinin əməlləri haqda kifayət qədər məlumatlar, ifadələr ortadadır. Bəs niyə Akif Çovdarov həbsdə, Mövlam Şıxəliyev azadlıqdadır?
Azadlıqda qalan digər bir şəxs isə Mövlam Şıxəliyevin işçisi Elşən Murtuzovdur. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general Elçin Quliyevlə nazirliyin İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Elşən Murtuzov arasında bir müddət əvvəl üzləşmə keçirilmişdi. Yayılan xəbərlərdən bəlli olurdu ki, rəislə müstəntiq 2014-cü ildə intihar edən MTN polkovniki Malik Mustafayevin və nazirlik tərəfindən saxta, qondarma ittihamlarla qanunsuz həbs olunan şəxslərin işi üzrə üzləşdirilib. Müstəntiq Elşən Murtuzov apardığı saxta cinayət işlərindən danışıb. Belə ki, qanunsuz həbslərlə bağlı qərəzli istintaqın birbaşa MTN generallarının tapşırığı ilə həyata keçirildiyini səmimi etiraf edib. O, üzləşmə prosesində general Elçin Quliyevin və MTN-in həbsdə olan digər yüksək vəzifəli şəxslərinin qanunsuz əmrlərini icra etdiyini açıqlayıb. E.Murtuzov hazırda həbsdə deyil, hətta əvvəlki vəzifəsini MTN-in bazasında yaradılan yeni qurumda davam etdirməsi haqda da bilgilər var. Amma E.Murtuzovun əməllərindən zərərçəkənlər də az deyil. Konkret olaraq, intihara vadar edilən MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev hüquq-mühafizə orqanlarından vaxtilə onu qanunsuz həbsə almış Elşən Murtuzovun da həbsini tələb edir.
Bugünlərdə “MTN çetesi” üzvlərinin işi üzrə keçirilən daha bir prosesdə əsas diqqətçəkən məqam polkovnik Təhsin Ağayevlə bağlı oldu. T.Ağayev MTN-in İstintaq Baş İdarəsində rəis müavini olub. Baş idarədə 1-ci idarənin rəisi olan Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş kimi tanınan Müsənnif Salahov Təhsin Ağayevin də əleyhinə ifadə verib. M.Salahov istintaqa ifadəsində bildirib ki, Təhsin Ağayev və Vüsal Ələkbərov ona hədə-qorxu gələrək 600 min manatını alıblar. M.Salahov deyib ki, 2012-ci ildə bank rəhbəri Etibar Əliyev həbs olunduqdan sonra bir qrup MTN əməkdaşı onun çalışdığı filiala gəliblər. Növbəti gün onu Vüsal Ələkbərovun yanına, o isə öz növbəsində Təhsin Ağayevin otağına aparıb.
Zərərçəkmiş deyib ki, bu epizod üzrə ittiham olunan şəxslərdən biri də Təhsin Ağayevdir. Lakin V.Ələkbərovun barəsində olan cinayət işinin ittiham aktında T.Ağayevin dindirilməsinin “səhhəti ilə bağlı mümkün olmadığı” qeyd edilib.
Vəkili isə deyib ki, müvəkkilinin dili tutulub, danışa bilmir.
Vəzifədə ikən xəstəliyinin işinə mane olmayan birinin işdən çıxarılandan dərhal sonra “ağır xəstələnməsi” və bu səbəbdən onun dindirilməsinin mümkünsüzlüyünün əsas gətirilməsinə kim inanar?

Hüquq professoru Elşad Abdullayev

elshadalawprof@gmail.com

Fransa, Paris, 10.03.2017

Daha ətraflı avropaninsesi.com:  
 Arzu Kazımov; Nizami Kazımov; Zaur Kazımov; Hüseyn Səfərov; Tahir Əbdulqasımov; Elxan Qasımov; Nüsrət Şirinov; Asif Mərzili; Habil Vəliyev; Zümrüd Məmmədova; İlham Pirməmmədov; Rövşanə Əliyeva; Arzu Daşdəmirov; Zahid Dünyamalıyev; Telman Muradov; Rasim İldrımzadə; Hilal Əsədov; Nərimanov Rayon Məhkəməsinin sədr Agababa Rzayev;  DİN-in Vll İdarəsinin polkovniki Rövşən Abbasquliyev;  mügənni Mətanət İsgəndərli; prodüsyer Ələddin Əsədov;  Hacı Məmmədov – Polis İşi; Akif Çovdraov – MTN İşi;  Gülr Əhmədova;  Gülərqeyt …
info@avropaninsesi.com
Print Friendly, PDF & Email