Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb.
Bu barədə Gununsesi.org-a məlumatlı mənbələrdən informasiya daxil olub.
Məlumatda qeyd olunur ki, sabiq baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. Cinayət işinin açılmasına səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub. Faktı saytımıza təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, onun Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədəliyib :
“Mən də buna görə Gürcüstanın hüquq mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıbdır.” Bax:
https://www.gununsesiaz.info/zakir-qaralovun-qardasina-cinay%c9%99t-isi-acildi/
Zakir Qaralovun cinayət işi açılan qardaşı bu maddə ilə ittiham olunur– TAHİR QARALOVUN YALANI İFŞA EDİLDİ
Xəbər verdiyimiz kimi Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov haqqında bu ölkədə cinayət işi açılıb.
Bu barədə xəbər ictimailəşəndən sonra Tahir Qaralov APA-ya açıqlama verərək, məlumatı təkzib edib.
 “Mənim Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”
Gununsesi.org isə Tahir Qaralovun cinayət işi barədə yeni məlumatlar əldə edib.
Belə ki, Tahir Qaralova Emil Ocaqquliyevin şikayəti əsasında Gürcüstan Cinayət Məcəlləsinin 151-ci (Hədələmə)  maddəsi ilə 007200520004 saylı cinayət işi başlanıb.
Cinayət işinin istintaqı Tiflisin Vake-Saburtalo rayonunun Kriminal Polis İdarəsinin 7-ci bölməsində aparılır.
İstinaqın aparılması isə Mariam Bakuradze adlı müstəntiqə həvalə edilib.
Gununsesi.org
Daha ətraflı:

Zakir Qaralovun cinayət işi açılan qardaşı bu maddə ilə ittiham olunur

 

 

Print Friendly, PDF & Email