Mahir Abdullayevin ogurlanması cinayətini ifşa etdiyinə görə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə saxta ittihamlarla hökm oxundu


Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Mahir Abdullayevin ogurlanması cinayətni ifşa eən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə saxta ittihamlarla hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Habil Vəliyevin daha bir vəkili – Zaur İbadov müdafiə çıxışı edib.

Vəkil Habil Vəliyev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

H.Vəliyev məhkəmədən xahiş edib ki, üzərinə həbs qoyulan əmlakları ailəsinə qaytarılsın.

Məhkəmə hökmü qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən hökmə əsasən H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli və digərlərinin barəsində aparılan ibtidai istintaq başa çatıb. Həmin cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

 

 

 

 

 

 

 

 

 

 

Related Posts

Avropa İnsan Haqları Məhkəməsi  Əfqan Muxtarlının işini araşdırmağa başlayıb – Strasburg

Avropa İnsan Haqları Məhkəməsi Əfqan Muxtarlının işini araşdırmağa başlayıb – Strasburg

Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov və Ali Məhkəminin sədri Ramiz Rzayev həbs olunmaldır ! – Video – Cəlilabad Rayon sakini Sammədin Məmmədov

Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov və Ali Məhkəminin sədri Ramiz Rzayev həbs olunmaldır ! – Video – Cəlilabad Rayon sakini Sammədin Məmmədov

Akif Çovdarovun vəkilləri məhkəmədə 7 vəsatət qaldırıb -MTN işi

Akif Çovdarovun vəkilləri məhkəmədə 7 vəsatət qaldırıb -MTN işi

No Comments Yet

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.