Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

“BİR AY MÜDDƏTİNDƏ MAHİR ABDULLAYEV İŞİNİ AÇIB ORTAYA QOYARAM”
 Vidadi İsgəndərli:
“Mahir Abdullayev işi XXI əsrin ən dəhşətli cinayətidir və bəlkə də, bu hadisə Hacı Məmmədov cinayətini kölgədə qoyacaq”
Suallara hüquq müdafiəçisi, sabiq prokurorluq əməkdaşı, vicdan məhbusu elan olunmuş Vidadi İsgəndərli cavab verib. Hüquq müdfiəçisi gənclərin 10 mart aksiyasından, özünə və ailəsinə qarşı edilən təzyiqlərdən, habelə Mahir Abdullayevin müəmmalı şəkldə yoxa çıxmasından, Elşad Abdullayevin yaydığı video materiallardan bəhs edib.
– Vidadi bəy, hüquq müdafiəçisi olaraq 10 mart aksiyasını müşahidə etmisiniz. Təəssüratlarınız nədən ibarətdir?
– Sözsüz ki, bu aksiya alınmasın deyə hakimiyyət orqanları əllərindən gələni etdi. NİDA ilə bağlı şoudan hər kəs xəbərdardır. Mən bir hüquqşünas kimi deyirəm ki, bu prosesdə məlum olub ki, həbs edilən şəxslərdən birini NİDA-ya agent kimi yerləşdirərək prosesi qabaqcadan hazırlayıblar. Demək hakimiyyət orqanları aksiyanın mahiyyətini azaltmaq üçün nə lazımdırsa onu da etdi. Qeyd edim ki, martın 2-də mən əsgər Seymur Allahverdiyevin ölümü ilə əlaqədar Göyçaya getmişdim. Hər şey bundan başladı. Mən hüzr yerinə gedəndə meyidi 3 gün idi ki, dəfn etməmişdilər və valideynləri tələb edirdilər ki, Vidadi İsgəndərli gəlsin. Mən hüzür yerinə gedəndə kəndin hər tərəfini polis və MTN-nin əməkdaşları mühasirəyə almışdı. Bizi kəndə buraxmırdılar. Təsəvvür edin ki, ölən bir əsgərin meyidini kamaz avtomobilinə qoyub iki əsgərə verirlər və deyirlər ki, aparın valideynlərinə verin. Məni hadisə yerinə buraxmırdılar. Əsgərin valideynləri və qohumları gələndən sonra da bizi ora buraxmadılar. Kənddə sözün əsl mənasında etiraz oldu və mən bundan istifadə edərək jurnalistlərlə birgə hüzr olan əraziyə keçə bildim. Mən ora gələndən 4 saat sonra hərbi prokurorun müavini, general İmranov, Müdafiə Nazirliyinin dörd generalı, rayon icra hakimiyyətinin başçısı, rayonun bütün idarə və müəssisə rəhbərləri ora gəldi. Mən sual edirəm k, onlar niyə belə ajotaj yaradıb bizim hüzrə getməyimizi problemə çevirirdilər. Onlar xof içindədirlər və hər şeydən qorxurlar. Siz təsəvvür edin ki, biz ora gedəndən sonra əsgərin meyidi yenidən açıldı. Bu zaman dörd general, bir neçə polkovnik və mütəxəssislər mənə sübut eləmək istəyirdilər ki, 1.66 boyu olan bu zavallı uşaq 1.85 sm uzunluğu olan PKA pulemyotu ilə solaxay ola-ola sağ tərəfdən özünə iki güllə vurub. Mən dəhşətə gəldim. Cinayətkarları bu şəkildə də gizlətmək olarmı? Bilirsinizmi orduda, hüquq mühafizə oqanlarında, məhkəmə və ya ədliyyə sistemində cinayətkarları niyə müdafiə edirlər?
– Niyə?
– Mən belə hesab edirəm ki, Azərbaycan hakimiyyəti mütəşəkkil formada cinayətkar qrupa çevrilib. Buna görə də, öz törətdikləri cinayət hadisələrini müdafiə edirlər ki, bu sistem dağılmasın. Siz iki il bundan əvvəlki hadisəyə diqqət edin. Deməli 2010-cu ilin fevralında polislər şəhərin ortasında Elvin Əsgərovu qətlə yetirirlər və buna görə bir nəfərdə mühakimə olunmur. Və ya götürək 2010-cu ildə Göyçayda baş verən hadisəni. Mən prokurorluqda sübut etdim ki, rüşvət alırlar və meyid alveri edirlər. Göyçay rayon sakini, 15 yaşlı Zümrüd Ağayevanın ölümü ilə əlaqədar ekspertiza keçirməmək üçün Aftandil Babayev adlı prokurorluq əməkdaşı mərhumənin valideyinindən min manat rüşvət alıb. Biz bu məsələni qaldıraraq 8 ay sonra meyidi ekusqumasiya etdik. Və faktiki olaraq sübut etdik ki, prokurorluq burada meyid alveri ilə məşğul olur. Bundan sonra formal cinayət işi açdılar. Məni həbs edəndən sonra isə cinayət törədən Aftandil Babayevin vəzifəsini bir qədər də artırdılar. İnanın ki, mən səmimi deyirəm. Məhz buna görə də, DİN-in, MTN-nin, Təhsil Nazirliyinin və ya Ədliyyə Nazirliyinin əməkdaşları cinayət törədəndə belə onlar müdafiə olunur. Əvəzində isə lazımsız insanları qurban verirlər. Baxın, korrupsiya sözünün mənası var. Korrupsiyanı törədə biləcək vəzifəli şəxs dövlət qulluqçusudur. Ancaq bunlar korrupsiya ilə baytarı həbs ediblər. Eləcədə müəllimi 200 manatla tutublar. Bəs bu milyonları mənimsəyən Ziya Məmmədov və digər nazirlər nə zaman məsuliyyətə cəlb ediləcəklər? Mənim fikrimcə, Seymur Allahverdiyevi komandirlərdən kimsə qətlə yetirib. Çünki əsgərin alnında küt alətlə vurulan zərbə yeri var idi. Bunlar hesab edirlər ki, əgər cinayətkarları mühakimə etsələr ordu dağılır. Əsla! Dünyada ən gözəl şey qanun və hüququn aliliyidir. Lap istəyir kim olursa olsun. Əgər əsgəri korpusun komandiri general və ya hansısa vəzifəli polkovnik vurubsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilsə hakimiyyət xalqın gözündə ucalar. Amma bu hakimiyyət nə edir? Əksinə, onlar cinayətkarları müdafiə edir. Baxın, əsgər Seymur Allahverdiyevin hərbdən təxris olunmasına düz bir ay vaxtı qalır. Əsgər atasına zəng edib deyir ki, 15-20 gündən sonra evə gəlirəm. Mənə krasovka, şalvar, saat, telefon alarsan. Bunu deyən əsgər səhərisi gün özünü öldürür. Əslində dəhşət bu deyil. Dəhşət odur ki, hakimiyyət orqanları başqa şey edir. Cinayət qalıb bir kənarda onlar əsgərin atası Mürvət Allahverdiyevi meyidi dəfn edəndən sonra aparırlar prokurorluğa. Və ondan tələb edirlər ki, televiziyaya çıxaraq bəyan etsin ki, bəs müxalifət cinayətkardır, yaşasın prezidentimiz və s. Hakimiyyət bu istəyinə nail oldu. Əsgərin atası olmasa da, xalası oğlu televiziyaya çıxıb dedi ki, göydə Allah, yerdə isə İlham Əliyevdir. İlham Əliyev də hamımızın atasıdır. Axı belə şeylər nəyə və kimə lazımdır? Əslində əsgər ölümlərinə etiraz etmək istəyən gənlər rəsmi şəkildə Bakı meriyasına müraciət edərək Təbriz kinoteatrının qarşısını və ya Yasamal rayonunda yerləşən Məhsul stadionunu istəmişdilər. Yaxşı hakimiyyət niyə bu yerlərdən birini onlara vermədi? Gənclərdi, imkan verin aksiya keçirib sözlərini desin və sonrada dağılışıb getsinlər. Bu adamlar yığışıb sözlərini deyəndən sonra sakit şəkildə dağılışıb gedəcəklər.
– Sizcə, 10 mart aksiyasına nə qədər insan qatılmışdı?
– Mən bilən aksiyadan bir gün əvvəl ora təxmini 12-15 min civarında vətəndaşın gələcəyi hesablanmışdı. Lakin NİDA-çıların həbsi, onların dövlət çevrilişində ittiham etmək, televiziyaya çıxarmaq, molotov kakteli kimi təqdimat az da olsa aksiyaya təsir göstərə bildi. Ancaq əlbəttə ki, aksiyanın mahiyyəti azalmadı. Mənim hesablamalarıma görə, orada 7-8 min adam olardı. Təxminən bu sayda insanla ətraflarda dayanmışdı. Yəni aksiya davamlı olsaydı orada 15-20 min insan olacaqdı. Əlbəttə ki, hakimiyyət bütün bunları görür, veb kamera ilə izləyir. Bu səbəbdən də, ilk dəfə ortaya tank və silahlı ordu çıxardı.
– Sizin özünüzün həbsi gözlənilirdi. Bu nə dərəcədə real idi?
– Bütün hadisələr martın 3-də mənim Göyaya ölən əsgərin evinə getməyimlə başladı. Bu ajotaj oradan başladı. Orada DİN-in və MTN-nin yüksək vəzifəli şəxsləri məni hədələyirdilər ki, martın 10-da olan aksiyanın təşkilatçısı mənəm. Mən açıq formada mesajlar aldım ki, ixtişaş olsa cinayət məsuliyyətinə cəlb ediləcəyəm. Amma inanın ki, mən bu prosesdə iştirak etmirdim. Görün iş hansı həddə çatdı ki, Azərbaycanda fəaliyyət göstərən Avropa Birliyiniə daxil olan bəzi ölkələrin səfirləri mənimlə əlaqə saxladı. Onlar mənə məsləhət gördülər ki, aksiyaya getməyim. Amma bu şərəf məsələsi idi. Evimdə bütün hazırlıqlarımı gördüm, şəkər dərmanlarımı götürərək həbs olunmağa getdim. İlk olaraq Novella Cəfəroğlu, Arzu Abdullayeva və Səadət Bənəniyarlı məni meydandan zorla çıxarmaq istədilər. Mən dedim ki, siz niyə belə narahatsınız. Onlarda dedilər ki, mənim həbs olunacağım və fiziki işgəncə ala biləcəyim haqda informasiyaları var. Bütün bunlara baxmayaraq onlara təşəkkürümü bildirdim və aksiyada başqa bir yerə gedə bilməyəcəyimi söylədim. Dedim ki, öz hüquqlarını qoruyan gəncliyə mənəvi dəstək olmalıyam. Bu zaman onlar mənlə qeyri rəsmi müqavilə bağladılar ki, onların yanında olum, şüar səsləndirməyim və hüquq müdafiəçisi vəsiqəsini sinəmdən asım. Məndə onların dedikləri ilə razı oldum. Məhz onların təkidi nəticəsində həbs olunmadım.
Siz Mahir Abdullayevin Hüquqlarının Müdafiəsi Komitəsində təmsil olunursunuzmu?
– Bəli. Bu yaxınlarda Mahir Abdullayevin yaxın qohumu hüquq müdafiəçisi olaraq mənə rəsmi müraciət etdi. Məndə bundan imtina etməyərək Müdafiə Komitəsinə üzv oldum. Mən hüquq müdafiəçisiyəm və əsas məqsədim də insanların hüquqlarını qorumaqdır. Mahir Abdullayev MTN-nin əməkdaşıdır və onu 10 ildir ki, oğurlayıblar. Onu kim oğurlayıb, hazırda sağdırmı məsələsi aktualdır. Mənə maraqlı olan budur ki, ortada bir insan taleyi məsələsi var. Mən bunu nəzərə alaraq Müdafiə Komitəsindəyəm. Əslində bu çox maraqlı hadisədir. Mən hüquqşünas və prokurorluğun sabiq əməkdaşı olaraq hesab edirəm ki, Mahir Abdullayev işi XXI əsrin ən dəhşətli cinayətidir. Bəlkə də, bu hadisə Hacı Məmmədov cinayətini kölgədə qoyacaq. Çünki Mahir Abdullayev düyünü açılsa mənd deyərdim ki, mövcud sistemin törətdiyi müəyyən cinayət işləri açılacaq. Ona görə də, prokurorluq orqanları və yaradılan yalançı komissiyada heç vaxt bu işin açılmasında maraqlı olmayacaq. Çünki bu iş açılsa hüquq mühafizə orqanlarının öz əməkdaşlarını cinayət məsuliyyətinə cəlb etmək lazım gələcək. Fikir verin, hələ 2010-cu uldə Elşad Abdullayev Baş Prokurorluğa və prezidentə rəsmi müraciət edib, bu kasetləri onlara göndərib. Niyə baş prokuror buna reaksiya verməyib? Məsələnin aktuallığı bundan ibarətdir.
– Siz Müdafiə Komitəsində hansı istiqamətdə işləyəcəksiniz, bunu özünüz üçün müəyyən etmisinizmi?
– Mən sizə tam səmimi deyirəm. Bir məsələ var ki, açılmayıb və mən bu yaxınlarda onu açıqlayacağam. İsmayıllı hadisələrindən sonra mənim mənzilimə mülki geyimli şəxslər tərəfindən basqı olub. Bizim ailə məcbur olub 3 gün müddətinə səfirliklərin birində yaşayıb. Şəxsən prezident özü bu işə qarışandan sonra buna bir qədər ara verildi. Əlbəttə yaxın günlərdə mən bu barədə açıqlamalar vercəyəm. Son bir ayda mənim fəaliyyətim bir qədər məhdudlaşıb. Amma görürəm ki, artıq bu mümkün deyil. Burada mənə ciddi təhdidlər var. Onu da, deyim ki, əlimdə müəyyən sübutlar var. Bunu açıq deyirəm. Hansı hüquq mühafizə orqanının rəhbərliyində təmsil olunan şəxsin mənim ailəmə təzyiq etdiyini göstərən sübutlarımız var. Sadəcə olaraq hələ bunları açıqlamıram. Konkret olaraq Mahir Abdullayev məsələsinə qayıdaq. Burada fəaliyyət necə ola bilər? Mənim fikrimcə, orada fəaliyyət olması üçün müəyyən addımlar atılmalıdır. Burada Elşad Abdullayev faktiki olaraq siyasi hakimiyyətin ən yüksək postlarından birini tutan Ramiz Mehdiyevi ittiham edir. Əgər ölkə prezidenti və Ramiz Mehdiyevin özü maraqlıdırsa ki, bu iş açılsın, onların bu məsələyə aidiyyəti olmadığı sübut olunsun. Bu zaman onlar məni müstəqil hüquqşünas kimi istintaq qrupuna cəlb etsinlər. Mən sizə söz verirəm ki, bir aydan sonra bütün cinayət işini açıb ortaya qoyum. Ancaq bunlar Elşad Abdullayevin qaldırdığı məsələləri bir kənara qoyub yanaki işlərlə məşğul olurlar.
Daha ətraflı:
“BİR AY MÜDDƏTİNDƏ MAHİR ABDULLAYEV İŞİNİ AÇIB ORTAYA QOYARAM”
Tarix: 15-03-2013, 
http://www.dia.az/16775-vbdr-ay-mgddzhtdndzh-mahdr-abdullayev-dednd-agb-ortaya-qoyaramv.html#.WvXHVR1hH5Y.google
 

 

 

 

 

Şok gizli telefon danısıqı. Baş prokuror anasının erməni olmasının gizlətmək üçün rüşvət təklifi.-Video – Vidadi Isgəndərli
Videonun 14-cü dəqiqəsində Mahir Abdullayevin ogurlanması cinayəti barəsində danışılır…https://youtu.be/HXh372O9ufQ

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ulduz, Fransa, Paris, 6 mart 2017 il

info@avropaninsesi.com