Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tikilir.

Avropaninsesi.com report-a istinadən xəbər verir ki, ev muzeyi şəhidin doğulduğu Əliabad kəndində, onun yaşadığı evin həyətində tikilir. Artıq muzeyin inşasına bir aya yaxındır ki, başlanılıb.

Tikinti işləri Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.

Ev muzeyi bir mərtəbədən ibarət olacaq ki, burada da sərgi zalı yerləşəcək. Sərgi zalında qəhrəmana aid şəxsi əşyalar və onun həyat yolunu əks etdirən kitablar, fotolar qorunacaq. Muzeyin iki aya təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Qəhrəman 1988-ci ilin fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

 

 

 

 

Print Friendly, PDF & Email