Capture d’écran 2015-10-28 à 19.45.57Capture d’écran 2015-12-05 à 19.38.34Oktyabrın 17-də prezident sərəncamı ilə milli təhlükəsizlik naziri postundan azad olunan Eldar Mahmudovun 1-ci müavini, general-leytenant Hilal Əsədovun evlərində axtarış aparılıb.  Bildirilir ki, adətən 2 mülki geyimli şəxsin müşayiət etdiyi H.Əsədov bu dəfə Bakının mərkəzindəki mənzilinə 10-a yaxın şəxslə gəlib. 28 May küçəsi, ev 18 ünvanında aparılan axtarışdan sonra H.Əsədov həmin şəxslərin əhatəsində naməlum istiqamətə aparılıb. Axtarış zamanı mənzildən sənədlər götürülüb.  MTN generalı Hilal Əsədovun evində axtarış aparılıbYada salaq ki, oktyabrın 17-də Baş Prokurorluğun və Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin əməkdaşları MTN-də xüsusi əməliyyat keçirib. Həmin gün prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb. Xüsusi əməliyyat zamanı MTN-in əksər rəhbər şəxləri nəzarətə götürülüb, 12 rəhbər şəxs – Hilal Əsədov, Akif Çovdarov, İlqar Əliyev, Natəvan Mirvətova və digəriləri həbs olunublar.mtn_elchin__aliyev_1
Qeyd edək ki, “MTN işi” ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
qaynarimage966911– See more at: http://xalqxeber.az/gundem/26662-mtn-generali-hilal-esedovun-evinde-axtarish-aparilib.html#sthash.0n4XBzyg.dpuf
Print Friendly, PDF & Email